Məşhurların ölümü

Maraqlı məlumatlar

16-cı yüzilliyin görkəmli alimi və filosofu Frensis Bekon pəncərədən qar fırtınasını izləyərkən qəflətən ağlına toyuğu qarda dondurmaq istəyi düşür və bunu təcrübədən keçirmək üçün toyuğu qarda dondurmağa başlayır. Nəticədə toyuqla bərabər Bekon özü də donaraq dünyasını dəyişir”.

. Makedoniyalı İsgəndərin müəllimi — məşhur filosof Aristotel İsgəndərin vəfatından sonra dinə qarşı cinayətlərdə təqsirləndirilərək təqiblərdən qurtarmaq üçün Evbey adasına qaçmış və adada mədə xəstəliyinə tutularaq vəfat etmişdir.

2. Milli mətbuatımızın banisi Həsən bəy Zərdabi 1907-ci ildə vəfat etdikdən sonra Bibiheybət məscidi yanında dəfn edilmişdi. 1937-ci ildə Bibiheybət məscidi və ətrafı dağıdıldığı üçün Zərdabinin sümükləri çıxarılaraq bir meddət evində ailəsi tərəfindən saxlanılmış, ölümündən 50 il sonra 1957-ci ildə sümükləri Fəxri Xiyabanda dəfn edilmişdi.

3. Böyük rus yazıçısı Nikolay Vasilyeviç Qoqol ömür böyu şizofreniyadan əziyyət çəkib. Psixi narahatlığı ona vaxtaşırı əziyyət verirmiş. Qoqol qidaların ziyanından çox qorxduğu üçün tədricən yeməklərdən imtina edir və sürətlə arıqlayır. Onun ölümünün səbəblərindən biri də həddən qrtıq arıqlaması olub.

4. Çağdaş həkimlər günü bu gün də V. Mayakovskini psixopad adlandırırlar. Mayakovskinin saysız-hesabsız fobiyaları vardı. Tez-tez əllərini yuyar, hətta cibində daim yod gəzdirərdi. Ətrafındakıları həmişə özünü öldürəcəyi ilə təhdid edərdi. Nəhayət 1930-cu ildə Mayakovski 36 yaşında intihar edib.

5. Bəzi araşdırmaçılar Lev Tolstoyun da intihar etdiyini düşünürlər. Ömrünün sonlarında Tolstoy Marksizm ideologiyasından təsirlənərək mal-mülkünü, torpaq sahələrini kasıblara paylayır və bu səbəbdən ailəsində böyük qalmaqal yaranır. Dünya şöhrətli yazıçı küsərək 82 yaşında, çovğunlu bir qış günündə evdən çıxır və üç gün sonra donub ölmüş vəziyyətdə meyiti tapılır. Həkimlər ona sətəlcəmdən ölmüş diaqnozu qoyurlar.

6. Rəvayətə görə Atilla toy gecəsi burnundan açılan qanaxma səbəbindən öz qanında boğularaq vəfar edib. Məzarı Dunay çayının altındadır. Dəfn edilən zaman Dunay çayının məcrası dəyişdirilərək Atillanı çayın içində dəfn edirlər və çayın məcrasını yenidən əvvəlki vəziyyətinə qaytarırlar.

7. İsveç yazıçısı Nobel mükafatçısı Harri Martirson da 72 yaşında 1978-ci ildə özünə qəsd edib. Ədəbi tənqidçilər onu həddən artıq tənqid etdiklərinə görə psixoloji durumunda kəskin fəsadlar yarandığından Martinson xəstəxanada cərrah qayçısı ilə özünə xəsarət yetirərək intihar edib.

8. ABŞ tarixinin yeganə iki müddətdən artıq seçilən prezidenti Franklin Ruzveltin də ölüm səbəbi indiyə kimi açılmamış qalır. Ağ evdə rəssam qarşısında oturub portretini çəkdirən zaman halı pisləçən Ruzvelt iki saat sonra xəstəxanada vəfat edib. Meyitin yarılmasına icazə verilməyib və hətta dəfindən əvvəl vida mərasimi zamanı meyit ustü açıq tabutda deyil, ağzı qapalı tabutda Ruzveltlə vida mərasimi keçirilib.

9. Nobel mükafarçısı Ernest Heminquey 60 yaşından sonra hər şeyin boş olduğuna dair fikirlər söyləməyə başlayıb və 62 yaşında eyniylə babası və atası kimi özünü ov tüfəngi ilə vuraraq intihar edib.

10. XIX-əsr türk yazıçısı və jurnalisti Bəşir Fuad ateist olduğu üçün insanın taleyinin təsadüflər və öz əlində olduğunu isbat etmək üçün hər iki biləklərinin damarlarını kəsərək 45 yaşında intihar edib.

11. Müasir İran ədəbiyyatının öncüllərindən biri Sadiq Hidayət ilk dəfə 25 yaşında intihara cəhd etmişdi. Parisdə özünü körpüdən çaya atmış xoşbəxtlıkdan körpü altında sevişən cütlük suya atılaraq onu xilas etmişdi. Bu hadisədən 23 il sonra Parisdə yaşadığı mənzildə bilərəkdən qaz piltəsini açıq qoyaraq intihar etmişdi.

12. Dünya şöhrətli yazıçı Cek Londonun da ölümü bu günə kimi mübahisəli hesab edilir. Ömrünün sonlarına yaxın onun depressiya keçirdiyi tanışlarının hər birinə məlum idi. Onun ölüm tarixçəsində yuxu sindromu qeyd edilsə də şahidlər Cek Londonun yüksək dozada morfi qəbul edərək intihar etdiyini güman edirlər.

13. 1932-ci ildə xalq mahnılarımızı nota köçürmək üçün istedadlı gənc bəstəkarımız Asəf Zeynallı Qarabağa gedir. Səfər zamanı müəmmalı vəziyyətdə qarın yatalağına tutulur. Həmin zamanlarda bu xəstəlik çox da qorxulu sayılmırdı və müalicəsi mümkün olduğu halda, amma qısa müddət ərzində Asəf Zeynallı yatalaqdan dünyasını dəyişir.

14. Rus şairi Sergey Yesenin damarını kəsərək öz qanı ilə dostu V.Mayakovskiyə həsr etdiyi “Əlvida dost, əlvida” şeirini yazaraq intihar edib. Bir müddət bu hadisənin təsiri altında olan V.Mayakovski də 5 il sonra özünü odlu silahla vuraraq intihar edib.

15. Məşhur alman bəstəkarı Robert Şuman da intihar etmək üçün dəfələrlə özünü çaya atıb, lakin xanımının və dostlarının sayıqlığı sayəsində sağ qalıb. Sonuncu intifar zamanı isə hamının gözündən yayınaraq özünü çaya atmış və boğularaq ölmüşdü.

Mənbə: İnterner (Ş.Rzazadə)

Leave a Reply