Baş redaktordan

Oxumağa davam et
Təbriklər

Təbriklər

Kəpənəklər uçub gedər,
Əlimizdə işıldayan
toza bənzər xatirələr.
Payız gələr…
Yollar üstə səpələnən xəzəllərdən
Gah itən, gah üzə çıxan
izə bənzər xatirələr…
Fikrimizin aynasında
Gah alçalır,
Gah yüksəlir xatirələr…
Gah olur ki,
acılıqdan ürək dəlir xatirələr…
Gah həyatın özündən də əziz gəlir xatirələr…
Dağ başından gün əyilər,
Bir müddətsə istiliyi
daş-divarda qalar ancaq.
Gənclik gedər,
xatiratı könlümüzü alar ancaq…
Unudulmuş bir kədərli nəğmədəki
Qırıq-qırıq sözə bənzər xatirələr.
Hərdən yanıb,
Hərdən sönən közə bənzər xatirələr.
Cığırları dağa çatan
Düzə bənzər xatirələr.
Bir işıqsız gözə bənzər xatirələr…
B.Vahabzadə
Oxumağa davam etTəbriklər

Adəm Əliyev Bakı şəhəri Ekologiya liseyinin VI A sinfində oxuyur. Bu gün onun ad günüdür. Sinif rəhbərlri zəmanət verir ki, şox şirin uşaqdır, yoladaşları ilə çox səmimi münasibətləri var, çalışqandır. Olsun… Bütünbalalarımız şirin olsun, bilikli olsun, sağlam olsun… Bunlar özbaşına bu yerə həlib çatmayıblar ki. Ata-ananın zəhməti tərəzi ilə ölçülə bilməz. Müəllimlərin ümidləri dünyalar qədər. Bəs bu qədər ümid və niyyətlərdən sonra Adəm bala niyə şirin olmasın. Hələ Asının müqəddəslik qatı da bu şirinliyin məsuliyyətini döpnə-dönə artırır.


Adəm bala, Anaveushaq.wordpress.com saytı olaraq, biz də sənin sevincli günlərinin dua edənıərindən biriyik.Dünyamız salamat olsun. Canın sağ olsun.İnşallah, yüksək balla ali məktəbə qəbul olunanda, daha şəstlə təbrik edərik….

Ad günün mübarək!



Təbriklər

Bu dünyadan doymaq olmur, İlahi,
Aman Allah, dünya necə şirindi.
Fəsil gözəl, həftə gözəl, ay gözəl,
Aman Allah, dünya necə şirindi.
Zəlimxan Yaqub
Oxumağa davam et