Təbriklər


22 oktyabr Kazımlı Nurayla qızımızın ad günüdür, 11 yaşı tamam olur. Nurayla Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 №-li Ekologiya liseyinin VI a sinfində oxuyur. Çox çalışqan, səmimi birşagirddir. 9-10 il öncə balaca fidandı, anası başına lent bağlayardı. Hər şəhərə çıxanda bir gəlincik alardı… O da elə qayğısına qalardı ki, bu gəlinciklərin. Özü bir əlçim uşaq olsa da, bu bir əlçim gəlinciyin başına fırlanardı ki, birdən özgələr apara, bhirdən soyuq dəyər… Əlindən qoymazdı. Sonra, bağça…. Daha sonra məktəb… Evlərində olsun ki, o neçə-neçə gəlincikdən indi də qalanları var və Nuraylanın uşaqlığını ata-anasının gözlərindən uzaqlaşmağa qoymur.


Hər şey zaman baxır, zaman isə heç nəyə baxmır deib şairimiz… Zaman saniyə-saniyə irəli getdiyi kimi, Nurayla da saniyə-saniyə böyüyür, kamilləşir, evə, ailəyə yeni arzu ümidləri vəd edir. İndi 6-cı sinufdə oxuyur, bir də görəcəyik məzundur. Bir də görəcəyik, yüksək balla TibbUniversitetinə qəbul olunub və yaxud bəstəkarlıq fakültəsinə…. Bütün uşaqlarımıza hamımızın arzuları beldir. Dünyamız salamat olsun. Balalar, nəvələr sağlam və xoşbəxt böyüsünlər. Nurayla qızımız, saytımızın oxucuları adından səni təbrik edirik… Valideynlərini təbrik edirik… Biz sənin adını fəxarət gətirəcək hər yerdə arayacağıq.





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.