Valideyn guşəsi

Maşınları sevmirəm. İnternetə nifrət edirəm, kompüterlərə nifrət edirəm. Həyatımıza qarışırlar, vaxtımızı itirirlər. İnsanlar kompüterdə çox işləyir, bir-birini dinləmək və eşitmək əvəzinə çox danışırlar.
Rey Bredberi – Amerika yazıçısı

Sovet dövründən ayrıldığımız çox uzaq vaxt da deyil. Yadınızdamı: tələbə olanda, rayonla əlaqə saxlamaq üçün az qala Bakının bütün teledon danışıq məntəqələrinə baş çəkməli olurduq. Uzun növbələr gözləməli olurduq, uzun vaxt sərf edirdik. Növbəmiz çatanda, telefonçu qız ha çalışırdı, İsmayıllı, Ağdaş və yaxud Göyçay onlara bir Qutqaşen verə bilmirdi. Yorğun və əsəbi halda geri dönürdük. İndi , buyur, günün istənilən vaxtı dünyanın harası ilə arzu edirsən, əlaqə yarada bilirsən, həm də görüntülü.
Rahatlıq deyilmi?
Amma inkişaf bəzən xeyirlə yanaşı, fəlakət də gətirir. Təbii ki, heç kim inkişafın, yeni texnologiyaların əleyhinə olmaz. Amma diqqətli olmalıyıq. Xüsusilə internet sarıdan. Artıq məişətdə “internet planetdə ən geniş yayılmış və qanuni narkotikdir” kimi ifadələr özünə leksik mühit qazanmışdır. Amerikalı kinorejissor Terri Gilliam bu barədə çox doğru fikir işlətmişdir ki, yaddaşını itirəcək bir nəsil haqqında film çəkmək istərdim. Dostlarının adlarını və telefon nömrələrini, mühüm tarixləri xatırlaya bilməyənlər haqqında… O nəsil hazırda böyüyür. Bu uşaqlara hər hansı bir sual verildikdə dərhal IMDB, Wikipedia və Google axtarışlarını yoxlamaq üçün internetə tələsirlər. İnternetə bu qədər aludə olan insanlar haqqında çoxlu film çəkmək olar. Onlarda yaddaşın tamamilə itməsi təhlükəsi görmədiyimiz acı həqiqətdir. Bunlar hamısı amerikalı rejissorun müşahidələrlə gəldiyi qənaətlərdir .
Bu gün internetin faydadan daha çox zərərli olub-olmaması ilə bağlı fikirlər bölünür, çünki onun təsiri mürəkkəbdir: o, informasiya və kommunikasiyaya çıxış təmin edir, çoxlu məlumat əldə etmək imkanı açır və biliyi daha əlçatan edir. Sosial və peşəkar qarşılıqlı əlaqələr üçün geniş imkanlar imkanlar yaradır. Əyləncə və istirahət üçün rəngarəng seçimlər təklif edir. Amma o, həm də asılılıq, fırıldaqçılıq, sağlamlıq problemləri və yanlış məlumat mənbəyi ola bilər. Bu faydalar və zərərlər əsasən insanın bu texnologiyadan necə istifadə etməsindən asılıdır. Xüsusilə uşaqları belə sərhədsiz imkanlara sərbəst burxmaq olmaz. Uşaqlar həyət-bacaya sdüşmək istəmirlər.Təbiət qoynunda olmağın əhəmiyyətinui dərk etmirlər. Bütün bunları onlar üçün internet əvəz edir. Həticədə, internetə həddindən artıq alüdəlik asılılığa, sosial izolyasiyaya və təkliyə səbəb olur, uşaqlar kommunikativ əlaqələrdən məhrum olurlar.
Sosial şəbakələr nəzarət olunmayan məkandır. Burada təsdiq edilməmiş , bəzən də zərərli məlumatlar çoxdur. Bu cür məlumatlar onlayn olaraq çox sürətlə yayıla bilər, mənəvi və siyasi baxışlara mənfi təsir edərək cəmiyyətin mənəvi dəyərlərinə dirayət edərək daha ciddi təhlükələr yarada bilər. Bir məşhurun dediyi kimi, əxlaqın azaldığı yerdə cəmiyyətin xərcləri də çoxalır. .
İnternetin psixoloji problemləri də unudulmamalıdır. Həddindən artıq internet istifadəsi də özünə hörmətin azalmasına, zehni fəaliyyətlərin ancaq bir hissəsinə diqqət yetirməyə – konsentrasiyaya (öyrənmə, məntiqi düşüncə, planlaşdırma,problem həll etmə, yadda saxlama, qərar qəbul etmə) gətirib çıxarar və sonda da psixoloji pozğunluqlara səbəb ola bilər.
Kompüter arxasında uzun müddət oturmaq görmə və əzələ-skelet sisteminin sağlamlığına mənfi təsir göstərə bilər (onurğanın əyriliyi – skolioz sindromu riski) və ürək-damar xəstəliklərinə səbəb ola bilər.

Bəs bu problemi aradan necə qaldırmaq olar?
İnternet asılılığından qurtulmaq üçün onlayn baxış üçün dəqiq məqsədlər və vaxt məhdudiyyətlərinin müəyyən edilməsi, onlayn sərf olunan vaxtı əvəz etmək üçün yeni hobbi və maraqlar axtarılmalı, uşaqları kompüterdən ayırıb bu hobbi və maraqlara təşviq etmək lazımdır. Bunun üçün ailə üzvlərinin dəstəyilazımdır. Ehtiyac yaranarsa, peşəkar psixiatrla məsləhətləşmək və bu ailə-valideyn yanaşmaları ilə psiaxatr tövsiyələrini birləşdirmək lazımdır.
Bunun üçün bir plan və davranış tövsiyəsi hazırlamaq və ona necə əməl edilməsinə diqqət edilməlidir.
Əvvəlcə, oyunlar və qısa videolar kimi potensial asılılıq yaradan onlayn məzmunu məhdudlaşdırın və lazım bildiyiniz halda, onları silə də bilərsiniz.
Əgər övladlarınızda bu asılılıq şiddətlidirsə, “şok terapiyası” na əl atın, oyunu müəyyən vaxt daxilində baxmağa icazə verin, onu tamamladıqdan sonra uşağınızı internetə fasilə verməyə alışdırın. Bununla bağlı uşağınızla razılaşın, ayrılmış vaxtı azaltmaq üçün mükafatlar, aşmağa görə izə cəzalar tətbiq edin. Tədricən onlayn vaxtı azaldın. Bundan sonra alternativ maraqların axtarışına keçin, məsələn, idman və səyahət kimi internetlə əlaqəli olmayan hobbilər tapmaq təbii olaraq uşağınızın internetdən asılılığınızı azaldar.
Valideyn olaraq ailəniz və dostlarınızla daha çox vaxt keçirərək uşaqlarınızın diqqətini onlayn dünyadan real həyata keçirin. Bir dəstək sistemi və psixoloji uyğunlaşma yaradacaq.
Həddindən artıq internetdən istifadənin zərərlərini tam başa düşmək, çıxmaq üçün motivasiyanızı gücləndirməyə kömək edəcək.
Bir çox mühüm vasitə də uşaqlarınızda yaranmış kompüter asılılığının arxasında duran səbəbləri təhlil etmək, onları narahatlıq və ya depressiyadan xilas olmaq istəyi olmalıdır. Bu, əsas səbəbi həll etməyə kömək edəcək.
