Sənan Səfərov -Belə gənclərimizlə fəxr edirik

Baş redaktordan

Bu balanın adına, ruhuna,  ədəb-ərkənına  tələbə yoldaşım Məleykə xanımın səhifəsində rast gəldim: Sənan Səfərov !   Məleykə xanımın  şəklinin altında  2 sözlük  br statusu vardı:  “Əziz  müəllimim”.  Nə olsun ki, fikir cəmi 2 sözdən ibarətdir.  Bəlkə də bu iki sözün ölçüsündə, vəznində   Məleykə  Dadaşovanın   45-50 il   hər dəfə  böyük sevgilərlə sinfə daxil   olub  zəngdən sonra müəllimlər otağına qayıdanda  sakitcə içində   hər dəfə  səsləndirdiyi “Görəsən, ürəyimi uşaqlara verə bildimmi?” nidalarına   verilmiş ən böyük cavabdır bu “Əziz Müəllimim”  sözləri.  Bu,  bir  dözəl balamızın “ona ay öyrətmiş, say öyrətmiş”,  sevmək öyrətmiş, ayaq üstə dura bilmək öyrətmiş , yaşamaq öyrətmiş bütün ağsaçlı, müqəddəs  müəllimlərə    Şərxan kimi  sevimli şagirdlərimizin təslimiyyətidir.  Sənan bala, sevdim səni. Elə bildim bu ehtiramı  bütün  121-ci qrupa etmisən, bütün  müəllimlərə etmisən. Əvvəlcə elə bilmişdim ki, sən əsgərsənsən, məktəbi bitirib əsgər getmisən. Yanlış da bir naxışdır. Gör bir əsgərlərimiz haqqında , şəhidlərimiz haqqında nə qədər zoş duyğulara daldıq.. Olsun qoy. İki sözümüzün biri şəhidlərimidən, biri də onların hünərini bu gün səngərlərdə yaşadan əsgərlərimizdən olsun.

Amma öyrəndim ki, sən Məleykə müəllimənin ən sevimli şagirdlərindən biri olmusan. Onaolan sonsuz ehtiramını müəlliminin yolunu davam etdirməkdə görmüsən. Qarabağ Universitetinin filologiya fakültəsində təhsil alırsan.İnşallah bir neçə ildın sonra müəlliminin yolunu davam etdirəcəksən. Amma şəhid dayıoğlun haqqında ehtiramımız bu yazıda saxlayaq.

  • Vətən Sərhəd dirəklərindən başlayır.
  • Vətən bir körpənin mışıl-mışıl yatsığı  beşikdən başlayır.
  • Axan çaylarımızın  məcrasından başlayır.
  •  Bir gözəl, ağıllı  gəncimizin bir namuslu el gözəli ilə əhd-peyman etdiyi yerdən başlayır.Bunların keşiyində duran isə əsgərlərimizdir.
    • Sənan balanın səhifəidəki şəkil isə dayısıoğlu şəhid Hacəli Qasımövundur. Elə bil qartaldır, vüqarlı, sərvaxt, indicə qanad açıb Vətənin laləli çöllərini süzəcək….

… Hacəli Qasımov ölümünə razı oldu ki, murdar ayaqlar, murdar niyyətlər belə laləzar torpaqlarımıza bir daha ayaq basa bilməsinlər. Ölkəmizdə əbədi sülh olsun. Bu gün Haçəlinin ideal qardaşları Ali Baş Komandan İlham Əliyevin müzəffər sərkərdəliyi ilə bu müqəddəsliyin keşiyindədirlər. Uca Allah səni və bütün əsgərlərimizi qorusun, sağ-salamat ailənizə və sevdiklərinizə qovuşdursun.

Bir cavab yazın