Yay tətilində uşaqlarla birlikdə getmək üçün ən maraqlı 5 məkan  

Virtual səyahət

“Bu gün uşağı hara aparım?” sualı yay aylarında anaları ən çox düşündürən mövzudur. Bakı və ayonlarda uşaqların həm əylənəcəyi, həm də enerjisini çıxaracağı məkanları tanıyın, onlar daha çoxdur. Biz sizə Bakıda olan məkanlarıtəqdim edirik:

  • Heydər Əliyev Mərkəzi: Uşaqların elmə və incəsənətə olan marağını artırmaq üçün nəhəng interaktiv sərgi zonaları təklif edir.
  • Bakı Bulvarı və Kiçik Venesiya: Açıq havada gəzinti, uşaq əyləncə mərkəzləri və kanallarda qayıqla unudulmaz gəzinti fürsəti yaradır.
  • AF Hotel Aquapark (Novxanı): İsti yay günlərində uşaqların əylənə biləcəyi hovuzlar və müxtəlif su attraksionları ilə zəngindir.
  • Amburan Beach Club (Bilgəh): Açıq havada, dəniz kənarında uşaqlarla təhlükəsiz hovuz əyləncəsi, qum oyunları və mini qolf üçün idealdır. Üstəlik, 12 yaşa qədər uşaqlar üçün giriş pulsuzdur. 
  • Megafun Əyləncə Mərkəzi: Qızmar yay günlərində, günorta saatlarında sərin məkanda uşaqların müxtəlif attraksionlar, oyun avtomatları və boulinqlə vaxt keçirməsi üçün ən böyük qapalı mərkəzdir. 
  • Abşeron Milli Parkı (Şah Dili): Uşaqlara təbiəti sevdirmək, köçəri quşları, Xəzər suitilərini görmək və əsl ekoloji gəzinti (piknik) təşkil etmək üçün sakit və fərqli bir məkan.
  • Bakı Zooloji Parkı: Yenilənmiş zoopark uşaqların heyvanlar aləmini yaxından tanıması, açıq havada maarifləndirici və maraqlı gün keçirməsi üçün anaların vazkeçilməz seçimidir.

💡 Analara məsləhəti: Açıq hava məkanlarına gedərkən mütləq uşaqların günvurmadan qorunması üçün papaq, günəş kremi və bol su götürməyi unutmayın!


Leave a Reply