Mehdizadə Arda – 11

Təbriklər

Mehdizadə Arda — Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin VI a sinif şagirdi. Bu gözəl balanın 11 yaşı tamam olur. Yeni yaş sevincini yeni dostlarla bölüşür bu gün. Bu sinfə , bu mehriban ailəyə bu dərs ilindən üzv olub. İlk baxışdan gülərüz, şirin, səmimi təəssürat yaratdı. Sinif rəhbəri tam əminliklə deyir ki, Arda balamız da ailəmizə təsadüfən gəlib çıxmayıb. Bizim qollarımız ağıllı, zəkalı balalarımızın hər birinə uzanılıdır. Biz onların hər birinə böyük ümid bəsləyirik, onların yolunu hər aman gözləyirik. Onları litseyimizdə pərvazlandırıb qaynar həyata hazırlayırıq. Arda balamızın şəklini dünyalarca məşhur Kembric Universitetinin dəhlizində bir arzu olaraq versək də, həm də etimad bəslədiyimizi ortaya qoyuruq. Arda da, onun bütün həmyaşıdları da bunu unutmamalıdırlar…

Əziz Arda, doğum günün mübarək! Səni https://anaveushaq.com/ olaraq ürəkdən təbrik edirik. Sənə xoşbəxtlik arzulayırıq. Təhsil uğurları arzulayırıq…Kembric Universitetinin tələbəsi olacağın günü gözləyirik… Valideynlərini təbrik edirik! Sənin uğurların onları hər zaman sevindirsin.

Anaveushaq.wordpress.com  təbrik edir

Təbriklər

 

    Bakı şəhəri Ekologiya liseyinin  VI A sinfində oxuyur. Sinif rəhbərləri bu səhər bir neçə şəkil göndərib və yazmışdı: “-Səid adlı şagirdimizin bu gün ad günüdür. O, bizim el atamız, ağsaqqalımız, -Yeməkdən doymayan 😂. – Səyahəti və futbolu çox sevir. – Zəngin dünyagörüşü var, ağıllı və savadlı sagirdimizdir. – Qoğalımızdır…”

 Əvvəl elə bildim ki, “ağsaqqal” deyəndə məni nəzərdə  tutur,  rəğbətləndirir. İkinci misraya keçəndə, aydın oldu ki,   bunların ayrıca ağsaqqalları varmış… Olsun… Yəqin, Səid bala yaşını qabaqlayır. İndi müəyyən edə bilmirəm ki, bu sinifdə  Səid hansıdır. Nəvəm də düşərgədə olduğundan soruşa bilmirəm. Həmişə uşaqları tanımaqda mənə o, kömək edir. Onda əlac qalırdı uşaqları bir-bir  vücudlarını baxım.  “Yeməkdən doymayan” qoğal kimi şirinimizi tapdım. Çətinlik bundadır ki, bu sinifdəki uşaqların hamısı bir qoğaldır. Bizim nağıl dünyamızın bir qoğalı …

Sinif rəhbərləri – hörmətli Sevinc xanım  Səidin təhsilindən və kommunikasiya qabiliyyətlərindən də  razılıq edirsə,  bunlara ancaq yaxşı yeməklə,yaxşı istirahət etməklə sahib olmaq olar.   Doyunca yeməyən,  ən   kalorili komponentlərlə zəngin olmayan  qidalara möhtac uşaqlara  baxanda üzlrindən vitaminsizlik yağır. Belədə biz uşaqlardan hansı uğurları gözləyə bilərik?! Bizim xalqımız düşünən başlar da çox lazımdır, vuran, polad yumruqlar da… Qaraca çobanlar da. Qəvi düçmənlərimiz çox  hiyləgərdir. Biz  istəmirik  ordular  bir daha üz-üzə dayansın. Üz-üzə dayanmış ordular da intellek orduları olsun. Biz ümidimizi Səid kimi balalara dikmişik.  Bu ordunun ön sıralarında indidən onları görürük. İnşallah…

 Səid bala,  Anaveushaq.wordpress.com oxucuları adından səni təbrik edir, cansağlığı, uzun ömür,  sıhırlırihəmişə belə SÜLH şəfəqləri ilə açılan VƏTƏN arzulayırıq…  Valideynlərini, müəllimlərini təbrik edirik…Hamımızın idealı birdir…

Ad günün mübarək!

Ayxan – 11

Təbriklər

Hər uşaq bir çiçəkdi,
Gülümsəyir günəşə.
Hər ana körpəsilə
Xoşbəxt olur həmişə.

Dolsun gülüşlərilə
Qoy yaxınlar, uzaqlar.
Dünyanın hər yerində
Xoşbəxt olsun uşaqlar.

Dolsun gülüşlərilə
Qoy yaxınlar, uzaqlar….

Oxumağa davam et