Təbriklər


Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin V A sinif şagirdi İbrahimli Sərxanın 11 yaşı tamam olur. Müəllimləri – hörmətli Sevinc xanım şagirdini o ki var təriflədi. “Sinfimizin sevimlisidir, iti hafizəsi var, çox məntiqlidir”- dedi. Belə olmazdısa, biz də heç belə səmimiyyətlə ona təbrik hazırlamazdıq ki. Bu uşaqlar bir ailənin, şəcərənin övladı olmaqla yanaşı, həm də bu xalqın övladlarıdır. Belə ağıllı, savadlı, mənəviyyatlı gənclərlə biz əsrlərin lap o tayına gedəcəyik. Düşünmədən, daşınmadan… Sərxan bala, üzündəki təbəssüm hamımızn arzusudur. Sənin bütün həmyaşıdların üçün qəlblərimizdə göyərtdiyimiz arzumuzdur. Səni təbrik edirik. Valideynlərini təbrik edirik. Ad günün mübarək!




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.