Nostalji

Mən atları ilahi güzgülər adlandırıram. Onlar sənin hisslərini və emosiyalarını əks etdirirlər. Əgər onlara sevgi, hörmət, mehribanlıq və maraqla yanaşsanız, onlar da eyni hissləri sizə əks etdirəcəklər.


Alan Hamilton – 
Arizona Universitetinin Tuson Tibb Kollecində Neyrocərrahiyyə professoru


“At muraddır” ifadəsinin tarixi, bəlkə də, insan cəmiyyətinin ilkin dövrləri qədər qədimdir. Onda avtomobillər yox idi, reaktiv mühərriklər yox idi. At ən yüksək nəqliyyat vasitəsi hesab olunurdu. Həmçinin tibb (hipoterapiya), qida mənbəyi (at südü) və xammal (dəri, quyruq tükü) kimi istifadə olunub.
Nəqliyyatın, rabitənin çox ibtidai səviyyədə olduğu vaxtlar insanlar digər adamlara, ölkələr digər ölkələrə sfariş və məlumatlarını atlı elçilər vasitəsilə çatdıra biliblər.
Çox vaxt xoşbəxt və ya qətiyyətli məlumatların vaxtında çatdırılması həyati əhəmiyyət kəsb edirdi. Belə olanda atlar, bəli, murad aparırdı, murad gətirirdi. Atın apardığı və ya gətirdiyi məlumat gedişatı büsbütün dəyişə bilirdi.
At sadəcə bir heyvan deyil, eyni zamanda böyük bir ləyaqət, sərvət, güc və qürur mənbəyidir.
Məsələn, Türk dünyasında, xüsusən də Azərbaycan ədəbiyyatında (Koroğlu, Dədə Qorqud) at milli qəhrəmanlıq və azadlıq rəmzidir.
Məşhur sərkərdə Napoleon deyərmiş ki, məni məğlub edən türk əsgəri deyildi, türk atı idi.
At, insanın azadlıq arzusunu, yüksək qürurunu təcəssüm etdirir, sürəti, gücü ilə insanı yüksəklərə aparır.
At igidin ən yaxın yoldaşı, qardaşı sayılır, ona hər zaman arxa-dayaq olur.
Xeyirxahlığı və sadiqliyi səbəbindən insanlar üçün ən dəyərli yoldaş hesab olunur. “Kitabi -Dədə Qorqud” dastanlarında Bamsı Beyrəyin atına qardaş deyərək belə öyurdu:
At deməzəm sana qardaş deyərəm,
Qardaşımdan yey!
Başıma iş gəldi, yoldaş derəm.
Yoldaşımdan yey!
Bu xüsusiyyətləri əsrlərlə yaşadan və dönə-dönə sübut edən At insanlıq üçün həm də müqəddəsləşib.
Elə bilirəm ki, Koroğlunun Qırata verdiyi qiymət bu gğzəl heyvanın halal haqqıdır:
Əylən, deyim Qıratın qiymətini,
Səksən min sərkərdə mala da vermə!
Səksən min ağ tüklü qəmər öyəcə,
Səksən min xəzinə pula da vermə!
Çünki insanın uzaq məsafələri yaxınlaşdırmaq, çətin işləri asanlaşdırmaq , təhlükələrdən uzaq omaq, rahatlıq əldə etmək, ümumiyyətlə, hər bir arzuya çatmaq uğrunda göstərdiyi səyləri gerçəkləşdirmək üçün Koroğlunun sadaladığı vasitələrdən əhəmiyyətli idi. İndiyə qədər insanlığın mövcud olduğu 20 əsrin 19-da insan həyatını, məhz buna görə, atsız təsəvvür etmək mümkün deyil.
Folklorumuzda “At muraddır” kimi məşhur deyim də var. Yəni, at insanları arzularına qüdrətli inanc olaraq əbədiləşib.


Türk xalqlarının çox qızlar elə atın tərkində sevdikləri oğlanlara qoşularaq vüsala çatıblar. Türkiyədə 400 ildən artıq davam etməkdə olan bir ənənə var. Gəlin toy şənliyinə də, bəy evnə də atın üstündə gedir. Hər iki tərəfdən ailəyə yaxın adamlar da onları müşayiət edir, zurna, balabanın göyə bülənd olan melodiyaları altında… Bu, mənəvi zənginliyi davam etdirmək , bir obanın, elin birlik və həmrəyliyin möhkəmləndirmək və qoruyub saxlamaq üçün çox gözəl vasitədir. Yoxsa, indi gəlin də, bəy də istəyir ki, şadlıq evlərinə inomarka avtomobildə qəribə siqnallarla şəhərin canına haray-həşir sala-sala, avtoşluq edə-edə getsinlər. Təki balalara toy olsu, amma peşmançılıq olmasın. Bunun ən xeyirliyolunu dədə-babalar miras qoyublar, sadəcə, onları yaşatmalıyıq. İnternetdə rast gəlmişdim: bəylə gəlin Ziya Bünyadov prospekti boyunca atla Şadlıq evinə doğru irəliləyirlər.


At bəyimizi də, gəlinimizi də murada aparır… Az olar deyə, gəlinimiz özü də bəyə murad aparır…. Bəyimiz də həmçinin. Zakir Məmməd adlı şairimiz bir şeirində yazır:

Yadımdan çıxmışdı, deyim:
Bir həyat borcluyam sənə.
Çapıb murada yetməyə
Bir də at borcluyam sənə…. Bu misralar ailə səadətini incəliklərinə bələd bir şairin şirin sevgi etirafıdır, sevgi ehtiramıdır, sevgi qəhrəmanlığıdır…

İstər sevginin başlanğıcında, istər ailəlik müddətində oğlan/ər qadını üçün, onunla birgə qurduğu ailə səadəti üçün birinci şəxsdir, qovuşduğu parasını sevgi ilə əhatə edən “həyat yoldaşı, yoldaş və ən yaxşı dost”dur. Bu misralar kişinin sevgi və sədaqətini ifadə edir, münasibətlərin sağlamlığını və qarşılıqlı xoşbəxtliyi vurğulayır. Gözəl br atalar söümüz var: “Arı kimi əri olanın cənnət kimi yeri olar.”Bu ifadə arının şirinliyini həyatla əlaqələndirən bir ifadə, ailə həyatındakı sabitlik və xoşbxtliyi ifadə edən məşhur bir atalar sözüdür. Doğrudan da, əgər ər arı kimi zəhmətkeşdirsə, nəinki qadın, o ailədəki uşaqlar da cənnətə layiq bir həyat yaşayacaqdır.
Amma ərin belə olması üçün qadının dəstəyi çox önəmlidir. Ailə körpüsünün bir tağı ərin çiyinlərində, digərisə qadının çiyinlərindədir. Səadətin xeymədi yalnız belə ailələrdə davam gətirə bilir. Bu mənada hər Qaqın da bir ailəyə murad gətirir….

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!