Təbriklər

Bakı şəhəri Ekologiya liseyinin VI A sinfində oxuyur. Sinif rəhbərləri bu səhər bir neçə şəkil göndərib və yazmışdı: “-Səid adlı şagirdimizin bu gün ad günüdür. O, bizim el atamız, ağsaqqalımız, -Yeməkdən doymayan 😂. – Səyahəti və futbolu çox sevir. – Zəngin dünyagörüşü var, ağıllı və savadlı sagirdimizdir. – Qoğalımızdır…”

Əvvəl elə bildim ki, “ağsaqqal” deyəndə məni nəzərdə tutur, rəğbətləndirir. İkinci misraya keçəndə, aydın oldu ki, bunların ayrıca ağsaqqalları varmış… Olsun… Yəqin, Səid bala yaşını qabaqlayır. İndi müəyyən edə bilmirəm ki, bu sinifdə Səid hansıdır. Nəvəm də düşərgədə olduğundan soruşa bilmirəm. Həmişə uşaqları tanımaqda mənə o, kömək edir. Onda əlac qalırdı uşaqları bir-bir vücudlarını baxım. “Yeməkdən doymayan” qoğal kimi şirinimizi tapdım. Çətinlik bundadır ki, bu sinifdəki uşaqların hamısı bir qoğaldır. Bizim nağıl dünyamızın bir qoğalı …


Sinif rəhbərləri – hörmətli Sevinc xanım Səidin təhsilindən və kommunikasiya qabiliyyətlərindən də razılıq edirsə, bunlara ancaq yaxşı yeməklə,yaxşı istirahət etməklə sahib olmaq olar. Doyunca yeməyən, ən kalorili komponentlərlə zəngin olmayan qidalara möhtac uşaqlara baxanda üzlrindən vitaminsizlik yağır. Belədə biz uşaqlardan hansı uğurları gözləyə bilərik?! Bizim xalqımız düşünən başlar da çox lazımdır, vuran, polad yumruqlar da… Qaraca çobanlar da. Qəvi düçmənlərimiz çox hiyləgərdir. Biz istəmirik ordular bir daha üz-üzə dayansın. Üz-üzə dayanmış ordular da intellek orduları olsun. Biz ümidimizi Səid kimi balalara dikmişik. Bu ordunun ön sıralarında indidən onları görürük. İnşallah…

Səid bala, Anaveushaq.wordpress.com oxucuları adından səni təbrik edir, cansağlığı, uzun ömür, sıhırlırihəmişə belə SÜLH şəfəqləri ilə açılan VƏTƏN arzulayırıq… Valideynlərini, müəllimlərini təbrik edirik…Hamımızın idealı birdir…
Ad günün mübarək!




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.