Təbriklər

Mehdizadə Arda — Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin VI a sinif şagirdi. Bu gözəl balanın 11 yaşı tamam olur. Yeni yaş sevincini yeni dostlarla bölüşür bu gün. Bu sinfə , bu mehriban ailəyə bu dərs ilindən üzv olub. İlk baxışdan gülərüz, şirin, səmimi təəssürat yaratdı. Sinif rəhbəri tam əminliklə deyir ki, Arda balamız da ailəmizə təsadüfən gəlib çıxmayıb. Bizim qollarımız ağıllı, zəkalı balalarımızın hər birinə uzanılıdır. Biz onların hər birinə böyük ümid bəsləyirik, onların yolunu hər aman gözləyirik. Onları litseyimizdə pərvazlandırıb qaynar həyata hazırlayırıq. Arda balamızın şəklini dünyalarca məşhur Kembric Universitetinin dəhlizində bir arzu olaraq versək də, həm də etimad bəslədiyimizi ortaya qoyuruq. Arda da, onun bütün həmyaşıdları da bunu unutmamalıdırlar…

Əziz Arda, doğum günün mübarək! Səni https://anaveushaq.wordpress.com/ olaraq ürəkdən təbrik edirik. Sənə xoşbəxtlik arzulayırıq. Təhsil uğurları arzulayırıq…Kembric Universitetinin tələbəsi olacağın günü gözləyirik… Valideynlərini təbrik edirik! Sənin uğurların onları hər zaman sevindirsin.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!