Təbriklər

Hər uşaq bir çiçəkdi,
Gülümsəyir günəşə.
Hər ana körpəsilə
Xoşbəxt olur həmişə.
Dolsun gülüşlərilə
Qoy yaxınlar, uzaqlar.
Dünyanın hər yerində
Xoşbəxt olsun uşaqlar.
Dolsun gülüşlərilə
Qoy yaxınlar, uzaqlar….

Bu gün daha bir xoşbəxt balamızın — Azad Hümbətov adına 291 nömrəli ekologiya liseyinin V A sinif şagirdi Əkbərov Ayxan Anar oğlunun ad günüdür. Uşaqlar ad günü olanda çox sevinirlər. Pnların psixologiyasında onsuz da bu meyil var:seçilmək istəyirlər, təqdir olunmaq istəyirlər. Onlar buna layiqdirlər. Biz onları əzizləməsək, bayraq kimi başımız üzərinə qaldırmasaq, inciyərlər axı. Ayxan adı, Türk mənşəlidir və “ay” və “xan” sözlərindən yaranır. “Ay” işıq, parlaqlıq və gözəllik simvolu olaraq, “xan” isə “hökmdar”, “padşah” və ya “lider” mənasına gəlir. Ayxan adı, ümumiyyətlə “gözəl və parlaq lider” və ya “işıqlı hökmdar” kimi mənalarla əlaqələndirilir. Bu ad, güclü və parlaq şəxsiyyətləri simvollaşdırır və bu adı daşıyan insanlar təbii liderlik xüsusiyyətlərinə malikdirlər. Professor Bəşir Əhmədovun izahına görə, kişi adlarının tərkibində olan “Ay” sözünün mənası “xoşbəxt” (şəxs, igid) deməkdir. Ayxan “xoşbəxt xan” deməkdir . Hamısı gözəl. Biz də deyirik ki, səma cisimləri deyəndə gözümüz önünə ilk olaraq Ay gəlir, Günəş gəlir, ulduzlar gəlir, yəni, bunlar səma cisimlərinin ən seçilənəridir. Bizim Ayxan da xanların, seçilmişlərin Ayı olacaq.ə İndi yaşayırıq, görərik necə seçilir, necə önə çıxır… İnşallah…
Ayxan! Ad günün mübarək!
Sənə aydın səma, can sağlığı və ata-analı günlər arzulayırıq.








Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.