Görkəmli şəxslərin həyatına aid maraqlı faktlar

Görkəmli şəxslərin həyatından

Azərbaycan mayası nur, qayəsi nur ki…
Hər daşından alov dilli ox ola bilər.
“Azərbaycan!” deyiləndə ayağa dur ki,
Ana yurdun ürəyinə toxuna bilər…
Məmməd Araz

Ömər Xəyyam öz müasirlərinə sevilə-sevilə oxunan rübailəri ilə yanaşı, cəbr və həndəsə üzrə klassik əsərlər də bəxş etmişdir.

Görkəmli şərqşünas alim Mirzə Kazım bəy Kazan Universitetində L.N.Tolstoya ərəb vətatar dillərindən dərs demişdir.

Azərbaycanın görkəmli səhnə ustası Hüseyn Ərəblinski ilk dəfə səhnəyə 16 yaşında çıxmış və mehtər rolunu oynamışdır.

Məşhur italyan skripkaçısı N.Paqaninin kilsəni görməyə  gözü yox idi. Buna görə din xadimləri ölümündən  yalnız 56 il sonra  onun cənazəsini torpağa basdırmağa icazə vermişdilər. Həm də onu çox gizli şəkildə basdırmışdılar.

Arximedin başını Roma əsgərləri kəsmişlər.

    Təkəbbürlü bir yazıçı məşhur yazıçı Bernard Şouya dedi: -Mən səndən üstünəm, çünki mən şərəf üçün yazıram, siz isə pul üçün.” Bernard Şou dərhal cavab verdi: -Doğru deyirsən, hər kəs özündə çatışmayan şeyin ardınca gedir”.

   Böyük İngilis yazıçısı  Bernard Şou  hədsiz dərəcədə arıq olmuşdur. Hədsiz kök olan başqa bir nəfər də ona sataşmaq üçün demişdir: -Sizi elə görənürsünüz ki, elə bil  İngiltərə  aclıq çəkir.  Bernard Şou usə ona belə  cavab vermişdir: -Sizi görəndə isə adama elə gəlir ki, İngiltərənin yoxsul olmasına siz səbəb olmusunuz.

Bir gün məşhur rus bəstəkarı N.Q.Rubinşteynin yanına gözəl bir qız gəlir. Qız bəstəkara pianist olmaq arzusunu çatdlrır və xahiş edir ki, onun bir ifasını dinləsin. Heç çalmağı da çox yaxşı bacarmayan qız bir- daha bir neçə hind mahnısı ifa edərək bəstəkardan soruşur ki,ifam xoşunuza gəldimi? Siz mənə nə məsləhət görürsünüz?Rubinşteyn gülümsəyərək deyir: -Siz vaxtı yubatmadan ərə getməlisiniz.

 C.Bayron  həmişə bir yerdə oturmaq istədikdə mütləq ətrafa diqqətlə nəzər salarmış, görək   duz qabı  yoxdur ki. Duzun xarici görünüşü  şairi hövsələdın çıxarırmış.

    Çarlz Darvin qonaqlıqda bir xanımın qolundan tutub qonşu otağa keçir və nəzakət xatirinə xanıma deyir: -Siz necə gözəl, necə də yaraşıqlısınız. Məclisdə hamı sizə valehdir.  Xanım: -Amma mən isə sizə belə tərifli sözlər deyə bilməyəcəyəm. Çünki siz buna layiq deyilsiniz.  Pərt olmuş  Darvin də xanımı pərt edir: -Zərər yoxdur, xanım.  Siz də mənim kimi yalan deyin.

           Vyanalı yazıçı Peter Altenberq bir vəziyyətinin ağırlaşdığını görüb həkimə gedir.Həkim onu diqqətlə müayinə edib  ona spirtliiçki içməməyi tövsiyə edir.Yazıçı  bunu eşidən kimi şlyapasını, paltosunu  götürüb getməyə üz tutur.Həkim   ona müraciət edir ki, siz məsləhət üçün pul verməyi unutdunuz. Peter Altenberq belə cavab verir: –Niyə? Axı mən sizin  məsləhətlərinizi qəbul etməmişəm.

    1902-ci ildə çar hökuməti Maksim Qorkinin fəxri akademik seçilməsini ləğv etmişdir. Buna etiraz əlaməti olaraq, Korolenko və Çexov da  akdemiklik adından imtina etmişlər.

Mənbə: İnternet