Uğurlarını hər zaman gözləyəcəyimiz Uğur

Təbriklər

Anaveushaq.wordpress.com təbrik edir

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına 291 nömrəli Ekologiya liseyinin yaxın gələcəyə hədəflənmiş daha bir Uğuru. Adı da uğur, yolu da uğur… İyunun 11- də 11 yaşını qeyd edəcəyimiz V A sinif şagirdi Babayev Uğur.
Ağlı-kamalı, biliyi-dərrakəsi yerində.. Sevimli müəllimi Sevinc Hüseynovanın Ox Ucudur. Elm aləminə hədəfləyib ki, bizim riyaziyyatçımızdır. Bir şey bilməsə, deməzdi ki. Görkəmli alim, mütəfəkkir, texnika elmlər doktoru, akademik Azad Mirzəcanzadənin davamçısı ola bilməzmi Uğur? Müəllimləri deyirsə, olar, ümidlə gözləyək bu günü…
Əziz Uğur bala, görürsənmi səninlə bağlı nə qədə gözləntilər var. Ailəniz, şəcərəniz, məktəbiniz, müəllimləriniz, “Ana və Uşaq” saytı və ən nəhayət, Azərbaycan adlı səcdəgahımız..
Ad günün mübarək…
Sənə cansağlığı, uzun ömür və ata-analı günlər arzulayırıq…