Təbriklər

Müstəqil, qüdrətli Azərbaycanın gələcəyi üçün addımlayan uşaqlar…Yolunuz uğur olsun….

Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına Bakı şəhər, 291 nömrəli Ekologiya liseyinin V A sinif şagirdi Fərid Xəlilli biz bu təbriki hazırlayanda dünyanın ən sadə ailələrinin birinin evində sevinc içindədir. Ayaqlarını basdığı yerin sahəsi də olsun eni və uzunu ən yaxşı halda 50 sm. Yer səthinin sahəsi isə 510,073 milyon km² dir. Bunun 70,8 faizi (361,132 milyon km²) su, 29,2 faizi (148,94 milyon km²) isə qurudur. Hamısını nəzərdə tutmuram, nəzərdə tuturam 148, 94 milyon km²-ni, yəni, o sahəni ki, indi Fəridin ayaq üstə dayandığı bu əl boyda yer də o torpağın daxilindədir. Və Fəridin dayandığı bu balaca yer 148, 94 milyon km²-lik həmin səthin bir zərrəsi qədərdir. Amma Fəridin dayandığı yer dünyanın istinad nöqtəsi ola bilər ey…Eşidirsinizmi bizi. Fəriddir, bir mktəbin 5-ci sinif şagirdidir deyib keçməyin. Əgər biz uşaqlara böyük ümidlərlə baxmasaq, etimad göstərməsək, nə istəyirik bu dünyadan, istəməyə haqqımız da olmamalıdır. Antik dövrün məşhur yunan alimi, riyaziyyatçısı və fiziki Arximedin məşhur fikri burda lap yerinə düşür: “ Mənə bir istinad nöqtəsi verin , dünyanı yerindən oynadım…”

Oynatmaq, burada canladırmaq, hərəkətlilitini dinamikləşdirmək mənasındadır. Bu gün Fərid balanın dayandığı yer də yaxın gələcəkdə böyük kəşflərin və ixtiraların ilk ünvanı ola bilər. Bu, hanımızın arzusu. Elə uzaq da vaxt istəməz 15-20 ilə Fərid bala dünyanı yerindən oynatmasa da, Azərbaycanın şərəfinə üçrəngli bayrağımızı başlar üzərinə qaldırar. Dünya üfüqlərində Azərbaycana bir heyrət və heyranlıq yaradar.
Arzu edək və gözləyək…
Fərid bala, ad günün mübarək!



Sənə və dünyanın bütün uşaqlarına Sülh şəfəqləri ilə açılan səhərlər, cansağlığı, təhsil uğurları, çoxlu-çoxlu ata-ana, baba nəvazişləri arzulayırıq.
Valideynlərini təbrik edirik…
Müəllimlərini təbrik edirik…


Hörmətlə: https://anaveushaq.wordpress.com/

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.