İnsanlıq Himni:  “Uşaq Müdafiəsi Hər Kəsin İşidir”

Uşaqlar dünyanın ən böyük səadətidir

” Uşaqlar hər gün binanın qarşısındakı meydançaya toplaşırdılar. Qonşu binalardan da gələn olurdu. Axşam gün batandan sonra dağılışıb evlərinə gedən və hərəsi ayrı-ayrı ailələrin uşaqları olan bu balacalar səhər yenə adəti üzrə həyətə toplaşır, axşama kimi yenə bir ailənin uşaqlarına çevrilirdilər. Müxtəif oyunlar oynayar, deyər-gülər, yorulmaq bilməzdilər. Bir dəfə təmiz hava almaq üçün həyətə çıxıb skamyalardan birində əyləşdim. Bir azdan uşaqlar toplaşacaqdılar. Çox təsirli bir səhnənin şahidi oldum. Balacalar yavaş-yavaş görünməyə başladılar. Maraqlı idi: qısa fərqlə eyni vaxtda hamısı həyətə cəm oldular. Salamlaşdılr. Birisi yeni top gətirmişdi ki, atam dünən alıb. Birisi ayağındakı təzə futbol kedasını irəli uzadırdı ki, atam da mənə bunu alıb. Bir şirin, totuq balaca da əlindəki şaftalını dişlərinə çəkərək: “Mən də atamla tezdən bazara getmişdim” dedi.

Oxumağa davam et

Yeni il  arzuları _ Dünyamızı, bizi bəxtiyar edən uşaqlar

Uşaqlar dünyanın ən böyük səadətidir

Təbəssüm və ya gülümsəmə (ingilis dilində “smile” mənasına gələn) fizioloji haldır: ağızın iki kənarındakı və gözlərin ətrafındakı əzələlərin hərəkəti ilə yaranan bir bəxtiyarlıq, məmnunluq göstəricisidir. Gülümsəyən bir simaya və ya tez-tez gülümsəyən bir adama “güləş” və ya “gülərüz” deyilir.

Oxumağa davam et

 Beləcə, mışıl-mışıl yatsın körpələr…

Uşaqlar dünyanın ən böyük səadətidir

 Cavid əfəndinin məşhur:

Qadın gülərsə, şu issız mühitimiz güləcək,

Sürüklənən bəşəriyyət qadınla yüksələcək...

misralarını  ötməmiş dil-dodaq çətin ki, olsun. Çünki   bu  həqiqət  bəşəriyyətə aid  olduğu kimi, fərdi qayda da hər bir proletara da aiddir.

Oxumağa davam et

Pis uşaq  yoxdur, pis tərbiyə olunmuş uşaq var

Uşaqlar dünyanın ən böyük səadətidir

Dünyaya övlad gətirmək bir arzudur. Bütün sevgilərin baş xətti bu arzudan keçir.

Dünyaya gələn hər körpə aonu dünyaya gətirənlərə ata, ana haqqı gətirir, “nənə kimi, baba kimi fəxri ad gətirir özüylə”. Eləcə də əmi, dayı, bibi, xala kimi fəxri ad və münasibətlər…

Nə vaxt ki, körpə ata belindən ana rəhminə düşür, qadının qayğıları başlayır, proletarlar bilməsələr də, bu, belədir.

Oxumağa davam et

J.J.Russo: “Təbiət uşağa insan olmaqdan öncə, uşaq olmağı bəxş etdi.”

Uşaqlar dünyanın ən böyük səadətidir

 Uşaqlıq qiymətli bir xəzinədir. Şərait nə qədər pis olsa da, dəyərini itirmir, parlaqlığını itirmir. Sınıq qazan qapağı ilə sehrli nağıllar yaratmaq, toz-torpaqdan ümidli oyunlar düzəltmək yalnız uşaqlara məxsusdur. Uşaqlığın sirrini soruşdunuz. Bu belədir! Bu,  sirr deyil. Uşaqlığınız bir küncdə unudulub. Qapını yumşaq bir şəkildə döyün, daxil olun və qaldığınız yerdən oyuna davam edin. Yatmaq vaxtı gələndə böyüyəcəksən. Uşaqlıq gerçəkdir, böyümək xəyaldır.Gerçəkliyə inanın

Bir jurnaldan jurnalı

Oxumağa davam et

Uşaqları   sevindirə bilsək,   necə gözəldir həyat

Uşaqlar- dünyanın ən böyük səadətidir

Lap bu yaxında  qeyd etdik yaşını. Həmin gün məktəbdə  balaca dostları ilə öz sevincini paylaşmışdı. Amma evdə də onu sürpriz göləyirdi: bacısı və balaca qardaşı  divarları, tavanı şarlarla, müxtəlif ornamentlərlə bəzəmişdilər. Hədəiyyə almışdılar…  Qardaşları məktəbdən qayıdanda elə qapını açıb evə girincə, onu hədiyyələrlə qarşıladılar.  İnanın, uşaqların evdəki böyüklərin yönümü ilə yaratdığı diqqətdən çox məni Akifin, eləcə də  bacı-qardaşının üz-gözündə  hiss etdiyim heyranlıq, sevinc, məmnunluq oldu. İdadə etməkdə çətinlik çəkdiyim bir yeni etüd idi bu səhə. Şəkilləri izlədikcə bu balacanın üzündəki müxtəlif sevinc çalarlarını asanca sezmək olur. Gözəllik elə budur. Bu həyatın dadını  çıxmaq    elə budur.

Oxumağa davam et

1970-ci ildən indiyə qədər  dünyada 163 milyon qız uşağının həyatına abortla son verilmişdir

Uşaqlar dünyanın ən böyük səadətidir

Bioloji normalara görə  hər 100 qız uşağına  nisbətdə   105 oğlan doğulmalıdır. Elm adamlarının mülahizələrinə görə,    bu həddən aşağı və ya yuxarı doğum nisbətləri artıq  narahatçılıq doğurmalıdır, deməli, hamiləlik və yaxud doğum prosesinə  kənar müdaxilələr olur.  İnsanlar fərqində olmayıblar, insan ehtiyatları ilə məşğul olan qurum və şəxslər  fərz ediblər ki,  keşicidir, normalaşacaq.  Fəqət,   normallaşma əvəzinə  problem bir qədər də ciddiləşib.  Hətta o səviyyəyə gəlib çatıb ki, bu müdaxilə  cəmiyyətlərin tarazlığını ciddi şəkildə  pozur.

Oxumağa davam et

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir (II yazı)

Uşaqlar dünyanın ən böyük səadətidir

Bəs niyə ailələr çoxuşaqlı ailə olmaqdan qaçırlar? Axı 30-40 il bundan əvvəl Azərbaycan ailələrinin əksəriyyətində ən azından 4-5 uşaq olurdu. Belə ailələr həmin dövr üçün  azuşaqlı ailələr hesab olunurdu. Fəqət, indi iki və üçuşaqlı ailələr çoxuşaqlı ailə kimi tanınır.

Oxumağa davam et

Qız övladı böyütmək qonşunun bağındakı çiçəyi sulamaq kimi deyildir (I yazı)

Uşaqlar dünyanın ən böyük səadətidir

Bir məktubdan:

“Biz iki bacı bizə “qızlarım, ulduzlarının” deyərək sevən bir ana ilə böyüdük . Atam “Matchbox” avtomobil kolleksiyasını heç zaman bizimlə paylaşamadı. Mən o vaxtdan sevə-sevə əzizlədiyim  “Barbi”ləri “gələcəkdə qızıma verərəm”,- deyə saxladım . Bəli,  o gün gəldi və mən hamilə qaldım. Arzularımda həmişə qız uşağım olsun deyə duaçı olsam da, həkim “oğlan” dediyi an mənim  bütün xəyallarım pozuldu …  Axı mən heç oğlan anası olacağımı düşünməmişdim. Anam və əzizlərim “fikir eləmə, ikincisi, inşallah, qız olar ” kimi təsəlliverici sözlər söyləsələr də, mənim təsəllim qız uşaqları üçün mağazalarda gördüyüm, eləcə də özüm alan  paltarlar oldu.  Nəhayət, oğlumu qucağıma aldım … Min  dəfə şükür etdim. Amma “görəsən, mənim  qızım olmayacaqmı?” sualı heç zaman məni tərk etmədi…”

Oxumağa davam et

Qız övladlarınız olanda daha çox sevinin

Uşaqlar dünyanın ən böyük səadətidir

Son illər Azərbaycanda doğulan uşaqlar arasında oğlanlar qızlara nisbətən üstünlük təşkil edir. Allahın qüdrətinə şükür edirəm. Amma Peyğəmbərimizin “Övladlarınız arasında fərq qoymayın, əgər qoymaq lazım gəlsəydi, mən qızlarıma üstünlük verərdim” kəlamını beynimdə dolandıraraq fikirləşirəm:

Oxumağa davam et