Uşaqlar dünyanın ən böyük səadətidir

Bioloji normalara görə hər 100 qız uşağına nisbətdə 105 oğlan doğulmalıdır. Elm adamlarının mülahizələrinə görə, bu həddən aşağı və ya yuxarı doğum nisbətləri artıq narahatçılıq doğurmalıdır, deməli, hamiləlik və yaxud doğum prosesinə kənar müdaxilələr olur. İnsanlar fərqində olmayıblar, insan ehtiyatları ilə məşğul olan qurum və şəxslər fərz ediblər ki, keşicidir, normalaşacaq. Fəqət, normallaşma əvəzinə problem bir qədər də ciddiləşib. Hətta o səviyyəyə gəlib çatıb ki, bu müdaxilə cəmiyyətlərin tarazlığını ciddi şəkildə pozur.
Mütəxəssislər bu qənaətdədirlər ki, dünya ölkələrinin əksəriyyətində belə meyil var: ailə planması zamanı qızlara üstünlük verilmir. Ailə cütlükləri tibbi və ya türkəçarə üsullarla ciddi-cəhdlə hamiləlikdən qorunur, qoruna bilməyəndə isə üstünə arzuolunmaz hamiləlik yarlığı qoyulub aborta üz tuturlar.
Məsələn, Hindistanda bu gün hər 100 qıza nisbətdə 112 oğlan doğulur. Çində hər 100 qıza 121 oğlan doğulur. Bəzi qəsəbə və ya şəhərlərdə bu nisbət, hətta, 150-yə çatır.
Bizim bölgədə də vəziyyət ürəkaçan deyil.
Azərbaycanda hər 100 qıza nisbətdə 115 oğlan, Gürcüstanda 118 oğlan, Ermənistanda isə 120 oğlan doğulur.
Bütün bunlar keçən əsrin 70-ci illərində n intensivləşməyə başladı. USM tətbiqi ilə ailələr öncədən uşaqların cinsiyyətini öyrənə bildilər. Bir jurnalist isə araşdırma nəticəsi olaraq 1970-ci ildən bu yana 163 milyon qız uşağının dünyaya gələnə qədər abort edildiyini hesablayıb.
Psixoloqlar, sosioloqlar və həkimlər bu qənaətdədirlər ki, mövcud vəziyyət “çox pis şeylərin baş verə cəyi günlər”i nəzərə çarpdırır. Onların fikrincə, ənənəvi olaraq qadınlardan daha çox kişilərin olduğu cəmiyyətlər zorakılığa və müharibəyə daha çox meyllidir. Məsələn, Missisipidə qadın-kişi nisbəti 100 – 125, Kaliforniyada 100 – 166 , Kanzasda isə 100 – 768 -dir.
Belə vəziyyət eyni zamanda ailə problemləri yaradır. Kişilər evlənməyə qadın tapa bilmirlər.
Məsələn, Çində qadın və kişi əhali arasında zaman-zaman yaranan fərq artıq öz fəsadlarını göstərməkdədir. Kişi sayının getdikcə artdığı bu ölkədə milyonlarla kişi özünə həyat yoldaşı axtarır. Hətta bunun üçün onlar müxtəlif yollara əl atmaq məcburiyyətində qalırlar.
Çində son dövrlərə qədər tətbiq olunan “tək uşaq” siyasəti üzündən kişilərin sayı qadınların sayını kəskin fəqrlə üstələmişdir. 2022-ci ildə burada evlənmə yaşına gəlmiş kişi və qadınlar arasındakı fərqin 30 milyonu üstələyəcəyi güman edilir. Hətta, 2030-cu ildə Çindəki kişilərin dörddə birinin 30 yaşlarında hələ də subay qalması ( Çində 30 yaşını keçmiş subay kişilərə “şengnan” deyilir) gözlənilir.
Belə vəziyyətdə kişilər özlərindən yaşca çox kiçik olan qızların qəlbini qazanmaq üçün bir çox vasitələrə əl atmalı olurlar.
Bu ölkədə evliik problemləri o qədər problemlərlə müşayiət olunur ki, buna uyğun olaraq da xidmətlər yaradılır. Amma çox vaxt bu xidmətlər də qadına qovuşmaq, ailə qurmaq istəyən kişilərin dəırdinə əlac ola bilmir.
Məsələn, 40 yaşında bir iş adamı özünə uyğun bir qadın tapmaq üçün tanışlıq firmasına bir milyon dollar ödəməsinə baxmayaraq, nəticə hasil olmamış, buna görə həmin iş adamı firmanı məhkəməyə vermişdir.
Quançjou şəhərində kompüter proqramçısı olan digər bir çinli tanış olduğu qıza 99 iphone almasına baxmayaraq, evlilik təklifi qız tərəfindən rədd edilmiş və bu, sosial mediada lağ mövzusuna çevrilmişdir.
Yoldaş tapmaq şanslarını artırmaq üçün çinli qadın və kişilər müxtəlif tədbirlər keçirirlər. Çox qəribə görünsə də, onlara ailə qurmaq üçün həyat yoldaşı qadın və ya kişi falçılar tərəfindən tapılır.
Şanxayda hətta, evlənmək niyyətlərinə xidmət edən bazarlar var. Valideynlər öz subay uşaqlarının keyfiyyətləri, təhsil və gəlir vəziyyəti ilə bağlı məlumatları bu bazarda elanlarla reklam edirlər.
Valideynlər övladlarını evləndirmək üçün həmin elanlardan yararlanır. Amma bəzəiləri ürəyinə daha yapışanı tapmaq üçün uzun zaman belə elanların yenilərini gözləyirlər.
Çində hər il yanvarın sonundan başlayaraq fevralın ortalarına qədər Yeni il bayramları həm çinli kişilərə, həm də qadınlara ünsiyyət yarada bilmələri üçün ən münasib vaxt hesab edilir.
İnternet və Vatsap kimi mesajlaşma proqramları vasitəsilə tanışlıq getdikcə daha populyarlaşmaqda davam edir.
Həmçinin bəzi subay kişilər qruplar halında əyləncə yerləri icarəyə götürüb tanış olduqları qızları görüşə dəvət edirlər.
Bu ölkədə kişilərin ailə qurmaq üçün qız tapması bir doğrudan da çətindir. Çünki, ənənələrə əsasən, bunun üçün kişi qadın tərəfə müəyyən maddi təminat da verməlidir.
Kişi evlənmək istədikdə gələcək qayınanası qızı üçün əvvəlcədən bir ev tələb edir.
Çinin bu vəziyyətə düşməsinə səbəb 2015-ci ilə qədər tətbiq olunan “tək uşaq” siyasəti olmuşdur. Ona görə də oğlan uşağı seçim edilməsi səbəbindən qız uşaqlarından imtina edilmiş, doğulmuş qız uşaqları yetimxanalara verilmiş, hətta öldürüldüyü haqqında məlumatlar var.
Bu və digər səbəblər qadınların da ər tapmasını çətinləşdirir. Çünki qarşısına belə çətinliklər çıxanda kişilər məcbur olub evlənmək planlarını təxirə salır, başqa ölkələrə səpələnirlər. Nəticədə, qadınlar özlərindən yaşca çox böyük olan kişilərlə nikaha girməyə məcbur olurlar.
Bu gün Çində evlənənlər arasında 10-20 yaş fərqliliyi olduqca geniş yayılmışdır.
Eyni problemləri Azərbaycan da yaşaya bilər, bunun müəyyən təzahürləri artıq özünü göstərməkdədir.
Qeyd: Yazı internet məlumatlarından istifadə yolu ilə təqdim olunur.





