Ailədə tərəflər eyni dəyər mühakiməsinə malik olmalıdırlar

Qadın, ana, ailə dəyərləri

İnsan həyatının   çox vacib bir mərhələsi evlilik dövrüdür, ailə həyatıdır.  Digər  dövrlərdən  əsas  fərqi budur ki,  insanla birlikdə   qalan sonuncu dövrdür. Bütün ölkələrdə, bütün xalqlarda evlilik məsələsi  insanların özəl həyatı olmaqla bərabər, həm də dövlətin strateji  məsələsidir. İnsan cəmiyyətinin davam etməsi üçün   evlilik bir ailə institutu kimi qorunub mühafizə edilməkdədir.   

  Bəlkə  40-50 il bundan əvvəl evlilik problemləri  bu qədər   diqqəti cəlb etməzdi. Ona görə yox ki, əhəmiyyət verilməyib. Ona görə ki,  zaman-zaman  savam edən bu ənənə sistemli və təbii axarında davam edib.

 Amma sivilizasiyalar irəli   getdikcə şüurlarda, əxlaqlarda, psixologiyalarda ciddi  dəyişikliklər  baş veməyə başladı.  Nəticəsi də göz qabağındadır.  Bəlkə insan  yaşamaq üçün bir ev tikdirə. 15-20 il  burada yaşadıqdan sonra  bu evi sata da bilər, dəyişə də bilər və yaxud  daha yaraşıqlı və geniş olan yenisini tikə bilər. Olsun, amma ailə  qayda-qanunlarını  təsirlərə məruz qoymaq olmaz.    Evlilik, ailə özəllikləri dədə-baba qanunları ilə   qurulub ərsəyə gətirilər, davam etdirilər,  qanunla qorunar.

 Son onilliklərə qədər belə olub və həmin ailələr indiki ailələrdən daha  möhkəm,  bəxtəvər olub.  Ən az  uşaq olan ailələrdə 4-  5 var idi. İndi  evlilik  qaydaları  ixtisar edilib, sürətləndirilib.  Bu gün sosial şəbəkədə tanış ol, 1 aya  toy et. Götür qaç və yaxud rəsmi nikah olmadan, gəlin köçmədən izdivaca gir. Bu, artıq başqa əxlaq, qadına, qadının da ailə həyatına, ərə tamam başqa  yanaşma tərzidir.

  Belələri  inanmaq olarmı dünyaya 5-6 övlad gətirib, onların uğrunda pərvanəyə dönəcək. Təbii ki, yox.  Belə ailələrdə  2, nadir hallarda 3-4  uşaq  doğulacaq.

 Bununla da  bu qadınların analıq statusu duracaq, amma analıq qayğıları, analıq  vəzifələri bitəcək.

 Bunlar olmayanda da boşanma riski, bunun üçün bəhanələr də intensivləşəcək. Bəlkə də bütün dünyada belədir.  İnternet yazır ki, Çində hər gün 5000-ə yaxın cütlük ayrılır.

   Bu 5 minin 100-nün, 50- nün   boşanması əsaslı ola bilər. Qalanları  isə  qadınların da, kişilərində yaxalarını məsuliyyətdən, borcdan, qayğı çəkməkdən uzaq tutmaqdan başqa bir şey deyi.  Qadınlar   dünyaya uşaq gətirmək istəmirlər. Baxmayaraq ki,  Qadın, ANA kimi müqəddəs ad daşımaq üçün  üçün  can atan qadınlarımız  daha çoxdur.

Mən  çoxdan  bir yazı oxumuşdum. Yazılmışdı ki,  uşaq əmələ gətirən toxumları  xüsusi vasitələrlə laboratoriya şəraitində saxlamaq mümkündür. Bu isə imkan verəcək ki,   ailə  qurmuş qadın gənc vaxtlarında deyil, romantika ilə yaşayıb nə vaxt  uşaq sahibi olmaq istəsə,  o zaman həmin toxumları  yumurtalığa yerləşdirəcəklər.  Daha bu, nə evlilik oldu,  belə evlilkdə hansı ana mehrindən, qadın ülviyyətindən danışmaq olar?

  Sərbəst, rahat yaşamaq istəyən, macəra yaşamaq istəyən evlənməsin onda.  Həm də ailə qurandan sonra məgər  məzmunlu, rəngarəng yaşamaq olmurmu?

 Səbirli olmaq, qarşıya çıxan  baryerləri çiyin-çiyinə birlikdə dəf edib öz səadətini qurmaq lazımdır.

    Sirr deyil ki,  cəmiyyətin sürətli inkişafı, ölkələrin bir-biri ilə inteqrasıyası   yazılmasa da, deyilməsə də  insanlar arasında   fərqliliklər yaratmaqdadır. Bunlar isə insanların  istər həyati məsələlərə  mühakimələrində,   eləcə də evlilik anlayışlarında ziddiyyətlərə, yanlış  addımlara

dəyişikliklərə səbəb olduğunu vurğulayırlar.    

 4-5 uşağı olan ailə də qadın dinclik  tapa bilmir. Bütün günü çapalayır, bağçaya, məktəbə qaçır, biş-düş edir,ev, ailə qayğıları…  Axşam da   nə vaxt yatdı, necə yatdı xəbəri olmur. Belə mənzərələri qızlar görür  və evlilik haqqında  xəyalları tamam fərqli səmtə meyillənməyə başlayır.  Cəmiyyət  də bəzən belə qadınları  unudur. Mətbuatın manşetlərini, ekranlarını aktrisalar,  modellər, müğənnilər  zəbt edir.  Və onlar  ekranda, efirdə elə davranış nümayiş etdirilər ki,  bu, həm də evdəki  gənc qadınlara, analara təzyiq      kimi dəyərləndirilməlidir.

Bunlar hamısı ciddi araşdırma mövzusudur.

Ailə xoşbəxtliklərini nail olmaq üçün  həm evli tərəflər, həm də  binagüzarlıq orqanları  eyni hədəfə  doğru addım atmalıdırlar.

 Gənclərin  etibarlı iş yerləri olmalıdır,mənzilləri olmalııdr.  Bütün ailələr   xan kimi  yaşamasalar da , iqtisadi cəhətdən   heç bir  ər  ailəsinin , övladlarının  qarşısında  xəcil  olmamalıdır. Qalan məsələlər  tərəflərdən asılıdr. Onların evliliyi   bu problemləri dəf etməyi, xoşbəxt həyatı birgə  qurmağı   təmin etməlidir.

 Qarşılıqlı  hörmət və etimad, bir-birini olduğu kimi qəbul etmək,   bir də tolerantlıq ailəni saxlamaq üçün çox vacibdir.  Bunu  ər də, qadın da  eyni  formatda qəbul etməlidir. Onlar  eyni dəyər mühakiməsinə malik olmalıdırlar. Bu, ailədə isti  münasibət saxlamaq ,   öz həyatlarını  rəngarəng və əbədi edə bilmək  üçün vacibdir.   

 Əgər  bu gün    ailəni qorumaq yollarını düşünürüksə,  ailə səadəti haqqında   mülahizələr söyləyiriksə, bu, həm də ailə dəyərləri haqqında   nigarançılıq deməkdir. Demək,  yazımızın əvvəlində toxunduğumuz  kimi,  ailə davamlılığının üstündən   badi-sərsər əsməyə başlayıb, həm də çoxdan.   Çünki səsə-babaların vaxtında  mövcud olmuş ailələrin tərəfləri    hər   vaxt     sahibi olduqları ailənin  qayğılarını  eyni daşıyıblar. Qadın evdə, ər də işdə. İstədiklərinə nail olublarsa,  yorğunluqlarını unudub,  ailə  və uşaqları üçün yaratdıqları əminlikdə öz rahatlıqlarını da tapıblar. Özəl həyatlarını  da yaşayıblar.  Bir daha qeyd edim ki, ən   azuşaqlı ailənin 4-5 uşağı  olub.  Bunların  birlikdəlik  həyatı  o qədər  gizlin, abırlı olub ki, amma olub. Həmin ailələrdə doğulan uşaqlar  özləri ata-ana olandan sonra    həmişə maraqlı olublar ki, bu qədər darısqallıqda, həmişə də işdə-gücdə olan bu sevgililər  bəs   nə vaxt izdivaca giriblər? İndi belədirmi, adamların üzünü internet açdı, seriallar açdı.Qızımız da, oğlumuz da  Qərb dünyasının ailə özəlliklərini yaşamaq istəyir.

Özlərinə qalsın  öz nümunələri.  Bizsə öz abırlı, ədəb-ərkanlı sailə həyatımızı yaşamalıyıq.  Maddi imkanlarla xoşbəxt  olmaq olmaz.  Sevdiyini  parkda öpüşlərə  qərq etməklə bəxtiyar etmək olmaz. Sevgi bir alayı bir  duyğu:

Məhəbbət elə bir ismət evidir,

Onun qapıları bağlı gərəkdir.

Onun sığındığı etibarlı yer

İnsan sinəsində adi ürəkdir.

Rəsul Rza