Qida parçası və yaxud  hər hansı yad cisim  nəfəs boruna düşmə təhlükəsini önləmək üçün

Əlac/Xalq təbabəti

Bu təhlükəli məqam   haqqında son vaxtlar bir neçə dəfə mətbu vasitədə rast gəlmişəm,  bir neçəsi haqqında isə ətrafımdakı  insanlardan eşitmişəm. İki gün öncə internetdə rast gəldim ki, Nizami rayonunda yerləşən mərasim evlərinin birində  57 yaşlı  bir kişi  boğazında yemək qaldığı üçün boğularaq ölüb.  Çox rast gəlinən anomaliya olmasa da, son vaxtlar bir qədər fəllaşıb.  Artıq beyinlərdə  bir udma fobiyası da özünə yer  edib. Bu fobiyalı adamların ən çox qorxduğu  da bir şey udarkən   nəfəs borusuna düşə   bilmək təhlükəsidir. Belələri, hətta   günbəgün çəki itirsə belə,  əziz yemək növlərindən  qətiyyətlə imtina edir, hətta  su içərkən boğazlarında nəsə qalar və boğular deyə  vəsvəsəyə düşərlər. Daha çox isə   dənəvər qidalardan, məsələn,  fındıq, qoz  ləpələrindən, günəbaxan  tumundan uzaq durarlar.  Bu bununla bağlı müəyyən anlayışları olmalıdır. Odur ki,  sosial şəbəkələrdən  bu mövzuda  nəzərdən keçirdiyimiz bəzi   məlimatları  oxucularımızın  diqqətinə çatdırırıq.

                                                         “Ana və Uşaq”

İnsan qidanı ağzı ilə qəbul edir, bəs hər hansı qida və yaxud yad cisim  nəfəs borusuna necə düşür?Tibdə bu hal udmanın pozulması kimi xarakterizə olunur. Udma aktının pozulması qidanın və ya mayenin yemək borusuna deyil, nəfəs borusuna və ağciyərlərə daxil olmasına səbəb olur və bununla da ağır pnevmoniyaya gətirib çıxara bilər. Boğazda hər hansı yad cisim (qida, sümük, meyvə tumu və s.) qaldıqda nəfəs yolları qismən bağlana bilər. Amma elə də ola bilər ki,  insan nəinki danışa bilər, heç nəfəs də ala bilməz. Yemək yeyərkən tələsməyin! Yeyərkən danışmaq, zarafat-laşmaq  olmaz: təsadüfən bir parça çörək və ya  hansısa qida parçası nəfəs borusuna düşə bilər.  Yalnız masada yeməyə və ya içməyə çalışın. Yataqda ikən, yeməyin  nəfəs  boruna  düşməsi və boğulmaya  səbəb olma ehtimalı daha yüksəkdir.Biz nələri bilmirik:  yemək yediyimiz zaman bədənimizdəki 30-dan çox əzələ çeynəmə və udmağı asanlaşdırmaq üçün aktivləşir. Qida ağızdan çıxmağa və mədəyə getməyə hazır olduqda, o, iki “borunun” uclarında – yemək borusu və nəfəs borusu üzərində tarazlaşır. Yemək borusu qidanı  mədəyə aparır və vücudunuz bunu bilir. Buna görə səs telləri və epiglottis sürüşərək nəfəs borusu, yəni qida qəbul etmək üçün “yanlış kanalı” bloklayır. Yemək yeyərkən, adətən, nəfəsimizi tutmadığımız üçün yemək bəzən traxeyaya daxil ola bilər, bu, adrenalin ifrazına səbəb olan və öskürək və narahatlığa səbəb olan aspirasiya kimi tanınan xoşagəlməz ssenaridir. Bəs niyə su və ya yemək yanlış olaraq qida borusuna deyil, nəfəs borusuna  düşür? Bu o deməkdir ki, söhbət zamanı epiqlottik qığırdaq havanın keçməsi üçün açıldı və onunla birlikdə bir parça yemək də nəfəs borusuna daxil olur. Belə vəziyyətlərdə insan  dəqiqələr ərzində həyata vida edə bilər.  İraq-iraq, belə vəziyyətlərdə (asfiksiya və tənəffüs çətinliyi halı) nəfəs borusuna düşmüş yad cismi  bir -ikiqaşıq  da sulu yeməklə və yaxud mye ilə içəri ötürülməsinə çalışılmamalıdır.Təcili yardım gələnə qədər bəzi hallarda barmaq üsulu ilə hadisə yerində dərhal təcili yardım göstərilir. “…Zərərçəkəni arxadan qucaqlayıb əlinizin birini yumruq şəklində sıxın və digər əlinizlə yumruğunuzu tutun. Yumruğunuzu göbəyindən bir qədər yuxarıda olmaqla döş sümüyü qurtaran yerdə yerləşdirin.Dirsəklərinizi önə verərək, hərəkət istiqaməti dərinə və yuxarı olmaqla cəld hərəkətlərlə yumruğunuzla zərərçəkənin qarnına sıxın. Zərərçəkənin qarnına təzyiq edilməsini yad cisim tənəffüs yolundan çıxana qədər, həkim gələnə qədər və ya zərərçəkən huşunu itirənə qədər davam etdirmək lazımdır. Əksər hallarda Qreymlix üsulu effektli olur və yad cisim boğazdan çıxır (Mənbə: https://news.milli.az/health/560965.html)”.

“Uşaqlarda  nəfəs borusuna qida və ya hər hansı yad yad cisim düşməsi isə  daha çox  6 aydan 3 yaşa qədər müşahidə edilir. Körpələr onlar, adətən,  hər şeyi ağızları ilə tanımağa çalışdıqları üçün əllərinə düşən hər şeyi  o dəqiqə ağızlarına aparırlar.  Ciddi fəsadlar da  bu zaman yaranır. İnkişaf etmiş ölkələrdə yad cisim aspirasiyası uşaq ölümləri siyahısında yüksək yer tutur. Qoz-fındıq sənələri uşaqların  nəfəs borusuna tez yapışa bilir. Bundan başqa dişlədikləri yerkökü, xiyar, alma, kiçik oyuncaq hissələri və hər cür kiçik əşyalar nəfəs borusuna ilişib qala bilər. Fındıq 3 yaşından əvvəl körpələrə birbaşa verilməməli və ya valideyn nəzarəti altında verilməlidir. Onlara içik hissələri olan oyuncaqlar alınmamalıdır, oyuncaqlar uşağın yaşına uyğun seçilməlidir. Saatlar və ya digər cihazlar üçün   nəzərdə tutulmuş batareyalar  əlçatan olmamalıdır. Uşaq ağzında yemək olanda  danışmamalı, gülməməli, qaçmamalıdır. Belə vəziyyət yarananda  panikaya düşmək lazım deyil.  Əgər uşağın nəfəsalması yaxşılaşmırsa, təcili ilk yardımı bacarığı olan  ana, bibi, nənə  əvvəlcə ağzını  yoxlanılmalı və görünən yad cisim varsa, aşağıya doğru girməməsinə diqqət edərək barmaq ilə çıxartmalıdır. Ağızda heç bir yad cisim görünmürsə və uşaq 1 yaşdan böyükdürsə, Qreymlix üsulu tətbiq  edilir.

Buüsulu  yerinə yetirərkən uşağın arxasında durun. Hər iki əllə yumruqlar düzəldib uşağın qarnına qoyularaq arxaya və yuxarıya doğru basılaraq yad cisim çıxarılır. Körpənin yaşı 1 yaşından kiçikdirsə, bir əli ilə üzü aşağı və başı aşağı qoyularaq, digər əli ilə aşağıdan yuxarıya doğru vurularaq müdaxilə edilir. Amma  vaxtında tibbi müdaxilə olmalıdır. Çünki nəfəs borusuna daxil olan yad cisimlər nəfəs borusunu tamamilə bağlaya və ani ölümlə nəticələnə bilər. Sağ və ya sol əsas bronxları bloklayırsa, xəstə nəfəs darlığı yaşayacaq. Erkən müdaxilə edilməzsə, bir müddət sonra ağciyər şişə və partlaya bilər və sinə boşluğunu hava dolduraraq o tərəfdən ağciyəri tamamilə söndürə bilər. Traxeyaya daxil olan yad cisim onu tıxanacaq bir quruluşa malik deyilsə, ağciyər infeksiyasına səbəb ola bilər. Bronkoskopiya traxeyada qalan yad cisimləri çıxarmaq üçün aparılır. Prosedur, adətən yarım, saat çəkir, lakin bəzi xəstələr üçün daha uzun çəkə bilər. Əgər udulmuş yad cisim orqanikdirsə və parçalanırsa, yad cisim bir neçə dəfə girib-çıxılmaqla parça-parça çıxarılır. Qeyri-üzvi obyektlər adətən bir gedişdə və daha qısa müddətdə çıxarılır. Bronkoskopiyaya qədər uşaq çox uzun müddət oksigensiz qalırsa, əməliyyat uğurlu olsa və yad cisim problemsiz çıxarılsa belə qalıcı nevroloji problemlər yarana bilər. Buna görə də, aspirasiya halında uşağı uşaq cərrahiyyəsi və bonkoskopiya imkanları olan xəstəxanaya mümkün qədər tez çatdırmaq çox vacibdir (https://www.memorial.com.tr/saglik-rehberi/cocuklarda-soluk-borusunu-tikayan-yabanci-cisimlere-dikkat) .

Qeyd: Yazı internet mənbələrindən tərcümə ilə təqdim edilir.