Hikmət bağçası / Kəlamlar

Mənə bir hərf öyrədənə belə, qırx il qul olacağam.

Məhəmməd peyğəmbər

Təhsildə ən böyük savaş cəhalətlə savaşdır.

Mustafa Kamal Atatürk

Ölkəmizi əsl məqsədinə və həqiqi xoşbəxtliyinə çatdırmaq üçün iki ordu lazımdır: Biri ölkəmizi xilas edən hərbi ordu, digəri isə millətimizin gələcəyini formalaşdıran elmi ordudur.

Mustafa Kamal Atatürk

Heykəltəraş bir mərmər parçası üçün nə deməkdirsə,  müəllim də uşağın  tərbiyəsi üçün o deməkdir.  

Tomas Edison

Xalqın su-çörəkdən sonra ən vacib ehtiyacı təhsildir.

Dante

Təhsil sistemi müəyyən bir nizamla işlədiyi halda, həyat məktəbi nizamsız və qarışıqdır.

Albert Eynşteyn

Təhsil faktların öyrədilməsi deyil. Düşünmək üçün zehnin təlimidir.

Albert Eynşteyn

Bizi maraqlandıran təkcə sülhün bərqərar olması və qorunub saxlanması üçün texniki vasitələr deyil, həm də zehni tərbiyə və maarifləndirmə yoludur.

Albert Eynşteyn

Mən biliyin gücünə inanıram, mədəniyyətin gücünə inanıram. Amma mən daha çox təhsilin gücünə inanıram.

 Seyid Qutb

 Misirli İslam mütəfəkkiri və yazıçı

Savadlı xalqı istənilən tərəfə aparmaq asandır, amma sürükləmək  olmaz. Onları idarə etmək sadədir,  kölə etmək isə mümkün deyil.

Monten

Təhsil yaddaşı doldurmaq deyil, zehni inkişaf etdirmək deməkdir.

Mark Tven

Təhsilin edə bilməyəcəyi heç bir şey yoxdur. Heç bir şey onun təsir dairəsindən kənarda qala bilməz. Yalnız təhsil pis əxlaqı yaxşılığa çevirə bilər: İnsanları mələklər səviyyəsinə yüksəldə bilər.

 Mark Tven

Təhsil insanın yaşamaq sənətini dərk etməsi üçün bələdçi olmalıdır.

A.Nort Uaytxed

İnsan təhsillə doğulmur,  amma təhsillə yaşayır.

Servantes

İnsan  dünyaya gücü, qüvvəti və dayağı olmadan göz açır. Onu güclü, dözümlü insan edən isə  tərbiyədir.

Jan J. Russo

Təlim evdən-ailədən  başlayır. Ailədə  danışılan hər söz, hər hərəkət, davranış  uşağın şəxsiyyətinə qoyulmuş bir kərpicdir.

O. Bekon

İnsanı əxlaqi cəhətdən tərbiyə etmədən yalnız əqli cəhətdən tərbiyə etmək cəmiyyət üçün fəlakətdir.

Teodor Ruzvelt

İnsanlara hara getməli olduqlarını söyləsəniz və ora necə çatacaqlarına qərar versəniz, nəticələrə heyran qalacaqsınız.

General George Patton

Kişi nizam-intizamlı olanda tək fərd, qadın intizamlı olanda isə bütün ailə intizamlı olur.

Volfhanq Van Göte

Təhsili olmayan insanlar ölənə qədər şəxsiyyətsiz qalmağa məhkumdurlar.

Ziya Göyalp

Təhsil insanın diktator deyil, lider olmasına kömək edir.

 Lord Braugham

Bildiyini bilənin arxasınca get. Bildiyini bilməyən insanı oyat. Bildiyini bilənə bilmədiyini öyrət. Bilmədiyini bilməyən insandan uzaq durun.

Konfutsi

möhkəm dayanacaq ayaqları yoxdur.

Jozef Jube

Jozef Juber

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı