Uşaqlar- dünyanın ən böyük səadətidir

Lap bu yaxında  qeyd etdik yaşını. Həmin gün məktəbdə  balaca dostları ilə öz sevincini paylaşmışdı. Amma evdə də onu sürpriz göləyirdi: bacısı və balaca qardaşı  divarları, tavanı şarlarla, müxtəlif ornamentlərlə bəzəmişdilər. Hədəiyyə almışdılar…  Qardaşları məktəbdən qayıdanda elə qapını açıb evə girincə, onu hədiyyələrlə qarşıladılar.  İnanın, uşaqların evdəki böyüklərin yönümü ilə yaratdığı diqqətdən çox məni Akifin, eləcə də  bacı-qardaşının üz-gözündə  hiss etdiyim heyranlıq, sevinc, məmnunluq oldu. İdadə etməkdə çətinlik çəkdiyim bir yeni etüd idi bu səhə. Şəkilləri izlədikcə bu balacanın üzündəki müxtəlif sevinc çalarlarını asanca sezmək olur. Gözəllik elə budur. Bu həyatın dadını  çıxmaq    elə budur.

Balacaların sevinci   bütün başqa sevibclərdən üstün olduğu kimi, kədəri də  təsirli olur, heç vaxt belə kədər  görməyək, bilməyək: çox mütəssir edir adamı… Heç balaca uşaqların qanamış barmağını, yuxuda boğaz nahiyyəsindəki  damarları qalxıb-endiyi  vəziyyətdə   görməmisinizmi, oğul istəyirəm ki, diqqətsiz də ötüb də keçmiş olsun, ürəyinə  mərhəmətdolu hisslər gəlməmiş olsun…Yemək verən olmasa, ac qalacaq; susuz qalacaq…

Köməksiz məxluqdurlar. Böyüklər qorumasalar, heç böyüyə bilməzlər ki… Amma sevilsələr, daim nazlarını çəksələr, əyin-başları isti, qarınları tox olsalar, onlar  məmnun böyüyəcəklər .

Uşaqlar  bizim əbədi müqəddəslik, məsumluq qaynağımızdır. Uşaqlar böyüklərə sevmək öyrədir. Uşaqlar insanları istər ailədə, istər dünyada barışa çağırır…

Uşaqlar “Yaşa!” deyir..

Böyüklərin o qədər qəbahətləri var ki, yalnız uşaqlara sığınıb Allahdan imdad diləyirlər. Dua edirlər ki, dünyamızda əmin-amanlıq olsun. Qayğılarımız elə ancaq uşaq qayğısı olsun…

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

I’m Emily

Welcome to Nook, my cozy corner of the internet dedicated to all things homemade and delightful. Here, I invite you to join me on a journey of creativity, craftsmanship, and all things handmade with a touch of love. Let’s get crafty!

Bağlantı