Təranə Dəmirin poeziyasında həyat, ağrı və ümid motivləri

Təranə Dəmirin şeirləri oxucunu, sadəcə, misralarla deyil, yaşanmış duyğuların dərin qatları ilə qarşılayır. Onun poetik dünyasında həyatın ağrıları, insan taleyinin ziddiyyətləri və ruhun yorğunluğu səmimi bir dillə ifadə olunur. “Oynadıq” şeirində taleyin sərt üzünə qarşı insanın acizliyi və eyni zamanda dirənişi aydın hiss edilir.

Oxumağa davam et

Təbi bulaq kimi coşğun

Poeziya buketi, nəğmə çələngi


“Şairin “Səndən savayı”, “Biləydin kaş”, “Bir qız bir oğlanındır”, “Qurban olum”, “Sənsiz”, “Min yaşasın”, “Axtarar səni” kimi daha neçə bir-birindən oynaq və şirin mahnıları Əlibaba Məmmədov, Arif Babayev, Teymur Musstafayev, Mais Salmanov, Zümrüd Məmmədova və Təhmiraz Şirinov kimi sənətkarların repertuarında hər zaman yer tutmuşdur”. Görən, bu mahnılarla tanınan müğənnilər xatırlayırlarmı onu?!

Oxumağa davam et

Balalarımızın mahnıları


Poeziya buketi, nəğmə çələngi

Dolsun gülüşlərilə
Qoy yaxınlar, uzaqlar.
Dünyanın hər yerində
Xoşbəxt olsun uşaqlar

Gözəl Vətən

Sözləri: Teymur Elçin
Musiqisi: Oqtay Zülfüqarov


Oxuyuruq, nəğməmiz
Uzaqlara yayılsın,
Səsimizdən hər tərəf
Tez yuxudan ayılsın,

Gözəl vətən, can vətən,
Bizə mehriban vətən.

Qarlıdır,vüqarlıdır
Papağı şiş dağların,
Barlıdır, baharlıdır
Tarlaların, bağların.

Gözəl vətən, can vətən,
Qoynu gülüstan vətən.

Sən xoşbəxt böyüdürsən
Bizi hər gün, hər saat.
Daim ucalaq deyə
Bizə verirsən qanad.

Gözəl vətən, can vətən,
Hər gün ucalan vətən.

Yığışdı bizim evə
Dovşan, keçi, qaz dəvə.
Qızıl xoruz çaldı saz,
Nəğmə oxudu naznaz.

Gətrdim iki tava
Şəkərbura, paxlava.
Yeyin, oyuncaqlarım,
Ay əziz qonaqlarım.

Axşamacan qaldılar,
Oynadılar, çaldılar.
Çox sevinə-sevinə
Hərə getdi evinə.

Kəndimiz

Sözləri: Zeynal Cabbarzadə
Musiqisi: Tofiq Quliyev

Yurdum, yuvam, ey əziz kəndimiz,
Azad, abad, ay gözəl kəndimiz.
Gözəl olur səndə yay, qış, bahar…

Yaşıl meşəli, ömrüm nəşəli
Sevirəm səni, gözəl kəndimiz…

Quşlar-quşlar nə gözəl oxuyur,
Bəh — bəh, bəh — bəh nə gözəl oxuyur
Yaşıl, əlvan, sarı çiçəklərin…

Qarlı dağların, barlı bağların,
Sevirəm səni, gözəl kəndimiz…


Can nənə

Sözləri: Teymur Elçin
Musiqisi: Oqtay Zülfüqarov


Baxdı mənə,
Güldü mənə.
Can nənə,
Can nənə,
Can nənə.

Sevir məni,
Mən nənəmi.
Can nənə,
Can nənə,
Can nənə.
Can nənə.

Kukla

Musiqi: Ağabacı Rzayevanındır;
Sözləri: Cahangir Məmmədovundur


Ay uzunsaç, qaragöz,
Ağıllı kuklam mənim!
Gəl “Əlifba” oxuyaq,
Sən şakird ol, mən müəllim.

Bir de görüm “A”,
Ay gözəl kukla!
Yoxsa səninlə
Danışmıram ha…

Atam alıb mənimçün,
Rəngli qələm və dəftər.
Kitabımda var budur
Gözəl-gözəl şəkillər.

Ağzını aç sən,
Gözləyirəm mən
Nə tənbəl qızsan,
Niyə dinmirsən?

Oxumağı, yazmağı
Öyrənmişəm bacımdan.
Dərsə gedəndə mən “beş”
Alacağam hər zaman.

Asan bir hərfi
Sən bilmirsən ki
Incimə, kukla,
Alırsan “iki”!

Bax..Kim dərsini bilməsə alacaq iki.

Günəş olaram mən də

Sözləri: Xanımana Əlibəyli Musiqisi: Hökümə Nəcəfova


Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.

Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.

Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Lap istisində yayın
Çimir içində çayın.

Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.

Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Odur ki, parpar yanır,
Hər tərəf işıqlanır.

Xoşbəxt olsun uşaqlar

Sözləri : Şəkər Aslan Musiqisi: Emin Sabitoğlu

Hər uşaq bir çiçəkdi,
Gülümsəyir günəşə.
Hər ana körpəsilə
Xoşbəxt olur həmişə.
Nəqarat:
Dolsun gülüşlərilə
Qoy yaxınlar, uzaqlar.
Dünyanın hər yerində
Xoşbəxt olsun uşaqlar

Gələcəyə yol açan
Ayaq izləri olsun.
Hər evə işıq saçan
Körpə gözləri olsun.

Hər bağçada, hər bağda
Nəğmələri ucalsın.
Boy atıb, bu torpaqda
Cavanlaşsın, qocalsın.

Şamxal Rüstəmdən seçmələr

Poeziya buketi/Nəmə çələngi

Şamxal Rüstəm 1952-ci ildə Şəmkir rayonunda anadan olub. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Bir müddət Azərbaycan radiosunda fəaliyyət göstərib. İlk şeirləri 70-ci illərdə çap olunub və maraqla qarşılanıb. Şamxal Rüstəm 2019-cu ildə vəfat edib.

Oxumağa davam et

Təranə Dəmir – duyğuların şairəsi

Poeziya buketi, nəğmə çələngi

Neyləyim ki, ara-sıra
İtər, azar ayaqlarım.
Durar küçənin tinində,
Bizi gəzər ayaqlarım…

Təranə Dəmir

Oxumağa davam et

“Oğul arxadırsa , qız yaraşıqdır..”

Poeziya buketi/Nəğmə çələngi

Yaşlı ata üçün qızlarından qiymətli heç nə yoxdur.
Euripid
Qızlar qəlblərimizi sonsuz sevgi ilə doldurmaq üçün yuxarıdan göndərilmiş mələklərdir.
Jet Li

Oxumağa davam et