“Oğul arxadırsa , qız yaraşıqdır..”

Poeziya buketi/Nəğmə çələngi

Yaşlı ata üçün qızlarından qiymətli heç nə yoxdur.
Euripid
Qızlar qəlblərimizi sonsuz sevgi ilə doldurmaq üçün yuxarıdan göndərilmiş mələklərdir.
Jet Li

·
Cabir Novruz
Böyüməyə tələsmə
(Balaca Fatimə üçün)

Saf dağ çeşmələri tək,
Gözləri duru qızım.
Yanaqları gül-çiçək,
Ürəyi nurlu qızım.

Dünyada ola bilməz,
Sənin tək saf, müqəddəs.
Sən başdan-ayağacan,
Təpədən dırnağacan
İlkinliyin rəmzisən,
Təmizlərin təmizisən.

Əllərin totuq-totuq,
Tellərin vəsmə-vəsmə.
Sənə qurban olduğum,
Böyüməyə tələsmə.

Dünya işləklərinə
Uyma çox da, ay qızım.
Onda bircə gilə də
Vəfa yoxdur, ay qızım.

Sənin qadan alaram,
Qaşı, kirpiyi əsmər.
Bir daha yalvarıram,
Böyüməyə tələsmə.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.