Sərbəst səhifə

  “Uşaq xəyalların, arzuların ümid tumurcuğu,ailə qalasının misilsiz sevinc qaynağı, cənnətin qoxusunu dünyada yayan yeganə gül, millətin övladı və ilahi əmanətdir.” 

“Füyuzat” jurnalı

Ömrümüzün yollarına nur  çiləyir bu kitablar. Biz böyüklər həyatımızda bu  gerçəyi yaşadıq və yaşamaqdayıq. Hər bir uşaq da bir ailənin kitabıdır. Ailənin, şəcərənin yollarına nur çiləyir. Ata, ana, baba  bütün ömürləri boyu o nurun şəfəqlərinə qollarını uzadıb çanatırlar…. Bütün arzular çin olsun. Bakı şəhəri, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov adına   291 nömrəli Ekologiya liseyinin  V A sinif şagirdi  Nurəddin Məmmədov da belə nur vəd edən övladlarımızdan biridir. Elə adının özündə NUR ifadəsi gələcək böyük   nurun bəlirtiləridir… Nurəddin Məmmədov şöhrətli bir təhsil ocağının şagirdidir. Bu təhsil ocağı  Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun adını daşıyır. Buradan məzun olacaq  bütün şagirdlərimizin qəhrəmanımızın adına, şöhrətinə layiq övladlar olacaqlarına ürəkdən inanırıq. Onların biri də Sən…. Nirəddin bala, səni təbrik edirik! Valideynlərini təbrik edirik! Müəllimlərini təbrik edirik..!  Sənə Sülh, səadət dolu bir həyat, cansağlığı,  təhsil uğurları  və  böyük zirvələr  arzulayırıq…

  Ad günün mübarək!

 Hörmətlə: Anaveushaq.wordpress.com

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!