İbrət

Ac bir aslan tülküyə dedi: “Mənə yemək gətir, yoxsa səni yeyərəm!” Tülkü eşşəyin yanına gedib deyir ki, aslan səni padşah etmək istəyir, mənimlə gəl.
Onlar yola düşürlər, aslanın yanına çatar-çatmaz, adlan hücum edib eşşəyin qulaqlarını qopardı, lakin eşşək qaçdı. Yolda Eşşək tülküyə dedi: “Məni aldatdın! Aslan məni öldürməyə çalışdı!” Tülkü cavab verdi: “Axmaq olma! Qulağını ona görə qopartdı ki, tacı başına rahat taxasan! Qayıdaq”. Eşşək bunun məntiqli olduğunu düşünüb yenidən tülkünün arxasınca aslanın yanına qayıtmağa razı oldu.

Bu dəfə aslan hücum edib eşşəyin quyruğunu qopartdıi! Eşşək yenə qaça bildi və yolboyu tülküyə dedi: “Yalan deyirdin! Aslan quyruğumu qopartdı!” Tülkü dedi: “O, sadəcə, sənin taxtda rahat oturmanı istəyir! Qayıdaq, o, səni şah görmək istəyir”. Eşşək çox tərəddüd etsə də, tülkü onu bu dəfə də qayıtmağa razı saldı. Onlar aslanın yuvasına çatan kimi, qəzəblənmiş aslan eşşəyin boğazından yapışıb bu dəfə onu nəfəsi tamam kəsiləndən sonra buraxdı. Aslan eşşəyə tapşırıq verib yuvasına çəkildi: “Sən onun ancaq dərisini soy, indi qayıdıb yeyəcəyəm.” Tülkü də eşşəyin dərisini soyub aslan hiss etməsin deyə, təkcə onun beynini yedi. Aslan qayıdıb ovunu parçalayıb yeməyə başlayır. Beyinhissəsinə çatanda tülküdən soruşur ki, bəs bunun beyni hanı?! Tülkü cavab verdi: “Beyni yoxdur, padşahım. Əgər olsaydı, sən onu 2 dəfə yaralayandan sonra 3-cü dəfə sənin yanına qayıtmazdı!”
Aslan bir anlıq fikirləşdi və “çox doğrudur” dedi.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.