Poeziya buketi, nəğmə çələngi

Dolsun gülüşlərilə
Qoy yaxınlar, uzaqlar.
Dünyanın hər yerində
Xoşbəxt olsun uşaqlar
Gözəl Vətən
Sözləri: Teymur Elçin
Musiqisi: Oqtay Zülfüqarov
Oxuyuruq, nəğməmiz
Uzaqlara yayılsın,
Səsimizdən hər tərəf
Tez yuxudan ayılsın,
Gözəl vətən, can vətən,
Bizə mehriban vətən.
Qarlıdır,vüqarlıdır
Papağı şiş dağların,
Barlıdır, baharlıdır
Tarlaların, bağların.
Gözəl vətən, can vətən,
Qoynu gülüstan vətən.
Sən xoşbəxt böyüdürsən
Bizi hər gün, hər saat.
Daim ucalaq deyə
Bizə verirsən qanad.
Gözəl vətən, can vətən,
Hər gün ucalan vətən.
Yığışdı bizim evə
Dovşan, keçi, qaz dəvə.
Qızıl xoruz çaldı saz,
Nəğmə oxudu naznaz.
Gətrdim iki tava
Şəkərbura, paxlava.
Yeyin, oyuncaqlarım,
Ay əziz qonaqlarım.
Axşamacan qaldılar,
Oynadılar, çaldılar.
Çox sevinə-sevinə
Hərə getdi evinə.
Kəndimiz
Sözləri: Zeynal Cabbarzadə
Musiqisi: Tofiq Quliyev
Yurdum, yuvam, ey əziz kəndimiz,
Azad, abad, ay gözəl kəndimiz.
Gözəl olur səndə yay, qış, bahar…
Yaşıl meşəli, ömrüm nəşəli
Sevirəm səni, gözəl kəndimiz…
Quşlar-quşlar nə gözəl oxuyur,
Bəh — bəh, bəh — bəh nə gözəl oxuyur
Yaşıl, əlvan, sarı çiçəklərin…
Qarlı dağların, barlı bağların,
Sevirəm səni, gözəl kəndimiz…
Can nənə
Sözləri: Teymur Elçin
Musiqisi: Oqtay Zülfüqarov
Baxdı mənə,
Güldü mənə.
Can nənə,
Can nənə,
Can nənə.
Sevir məni,
Mən nənəmi.
Can nənə,
Can nənə,
Can nənə.
Can nənə.
Kukla
Musiqi: Ağabacı Rzayevanındır;
Sözləri: Cahangir Məmmədovundur
Ay uzunsaç, qaragöz,
Ağıllı kuklam mənim!
Gəl “Əlifba” oxuyaq,
Sən şakird ol, mən müəllim.
Bir de görüm “A”,
Ay gözəl kukla!
Yoxsa səninlə
Danışmıram ha…
Atam alıb mənimçün,
Rəngli qələm və dəftər.
Kitabımda var budur
Gözəl-gözəl şəkillər.
Ağzını aç sən,
Gözləyirəm mən
Nə tənbəl qızsan,
Niyə dinmirsən?
Oxumağı, yazmağı
Öyrənmişəm bacımdan.
Dərsə gedəndə mən “beş”
Alacağam hər zaman.
Asan bir hərfi
Sən bilmirsən ki
Incimə, kukla,
Alırsan “iki”!
Bax..Kim dərsini bilməsə alacaq iki.
Günəş olaram mən də
Sözləri: Xanımana Əlibəyli Musiqisi: Hökümə Nəcəfova
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Lap istisində yayın
Çimir içində çayın.
Qoy gətirim ləyəni,
Su tök, yuyundur məni.
Ay ana, böyüyəndə
Günəş olaram mən də.
Qışda şaxtada, buzda
Günəş çimir hovuzda.
Odur ki, parpar yanır,
Hər tərəf işıqlanır.
Xoşbəxt olsun uşaqlar
Sözləri : Şəkər Aslan Musiqisi: Emin Sabitoğlu
Hər uşaq bir çiçəkdi,
Gülümsəyir günəşə.
Hər ana körpəsilə
Xoşbəxt olur həmişə.
Nəqarat:
Dolsun gülüşlərilə
Qoy yaxınlar, uzaqlar.
Dünyanın hər yerində
Xoşbəxt olsun uşaqlar
Gələcəyə yol açan
Ayaq izləri olsun.
Hər evə işıq saçan
Körpə gözləri olsun.
Hər bağçada, hər bağda
Nəğmələri ucalsın.
Boy atıb, bu torpaqda
Cavanlaşsın, qocalsın.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.