Uşaqlar dünyanın ən böyük səadətidir

Cavid əfəndinin məşhur:
Qadın gülərsə, şu issız mühitimiz güləcək,
Sürüklənən bəşəriyyət qadınla yüksələcək...
misralarını ötməmiş dil-dodaq çətin ki, olsun. Çünki bu həqiqət bəşəriyyətə aid olduğu kimi, fərdi qayda da hər bir proletara da aiddir.
Qadın gülərsə, bu ovsunlu qəhqəhələr, lap qəhqəhə olmasın, sakit təbəssüm olsun, yenə mütləq neçə metr radiusunda onun ruhunu saracaq.
Qadın həyatının hansı bir məqamındasa qarşılaşdığı mənzərə, hadisə, eşitdiyi məzəli yumorla bağlı güləcək, təbii ki. Mən isə daha davamlı, insanı ömrü boyu müşayiət edəcək gülüşdən, təbəssümdən danışıram. Bu gülüşün 1 etiabarlı mənbəyi var: qadın anadırsa, körpəsi mehriban günəşli səhərlərin açıldığı məmləkətdə öz pərqu döşəyində mışıl-mışıl yatırsa, qadın məmnundur, mütləq güləcək…
Mütləq gülün, əziz Qadınlar…
Dünyanın hər yerində xoşbəxt olsun uşaqlar. Beləcə, mışı-mışıl yatsın körpələr….












Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.