Təbriklər

Bu dünyadan doymaq olmur, İlahi,
Aman Allah, dünya necə şirindi.
Fəsil gözəl, həftə gözəl, ay gözəl,
Aman Allah, dünya necə şirindi.
Zəlimxan Yaqub

Şair çox gözəl deyib və bizi huşyar olmağa çağırıb. Bütün əksliklərinə, qaralarına, ziqzaqlarına, acılarına baxmayaraq, dünya çox şirindir, yaşamaq çox şirindir. İnsi 14 yaşına sevindiyimiz nəvələrimizin yaşında olmamışıqmı özümüz. İndi ovaxtki özümüz boyda əksimiz var dünyada, gələn il də olacaq, o biri ildə… Beləcə yaşa dolacağıq.

Mərvə nəvəmin 14 yaşı tamam olur bu gün. Xüsusi duyum qabiləyyəti, canıyananlığı, həssaslığı var. Nənələrini deyə bilmərəm, olsun ki, babalarından əxz edib İNSANLIQ HİMNlərini…)) Balama kimsən deməyə bənzərlik tapa bilmirəm.Yoxdur bənzəri. Elə Mərvəm deyəcəm. Mərvə, ad günün mübarək!


Sənə cansağlığı, uzun ömür, təbəssümlü dünya, ata-analı, baba-nənəli günlər arzulayıram. Doyunca, döy qədər, dəniz qədər….. Sonda sevdiyim Cabir Novruzun bu şeirini ahəstəcə sənin üçün pıçıldayıram:

Cabir Novruz / Böyüməyə tələsmə
Saf dağ çeşmələri tək,
Gözləri duru qızım.
Yanaqları gül-çiçək,
Ürəyi nurlu qızım.

Dünyada ola bilməz,
Sənin tək saf, müqəddəs.
Sən başdan-ayağacan,
Təpədən dırnağacan
İlkinliyin rəmzisən,
Təmizlərin təmizisən.

Əllərin totuq-totuq,
Tellərin vəsmə-vəsmə.
Sənə qurban olduğum,
Böyüməyə tələsmə.

Dünya işləklərinə
Uyma çox da, ay qızım.
Onda bircə gilə də
Vəfa yoxdur, ay qızım.

Sənin qadan alaram,
Qaşı, kirpiyi əsmər.
Bir daha yalvarıram,
Böyüməyə tələsmə.






Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.