Tarixdə bu gün
İlin 358-ci günü (uzun illərdə 359-cu).
İlin sonuna 7 gün qalır.
Mühüm hadisələr:
1638 – Osmanlı hökmdarı IV Murad Bağdadı ələ keçirmişdir.
1961 – Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ümummilli lider Heydər Əliyevin ailəsində dünyaya göz açmışdır.

2007– Şirvan şəhərində “Cənub” elektrik stansiyasının təməlqoyma mərasimi keçirilib. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. 780 meqavat gücə malik bu stansiya 2013-cü ildə istifadəyə verilib.
2007 – Azərbaycan Kommunist Partiyasının (AKP) XXXVII (IV) qurultayı keçirilmişdir.
2011– Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyevanın iştirakı ilə “Bakı Ağ şəhər”in təməli qoyulub. Bakı buxtasının mərkəzində yerləşən və 221 hektar sahəni əhatə edən bu ərazi vaxtilə “Qara şəhər” kimi tanınırdı və ekoloji baxımdan tamamilə yararsız vəziyyətdə idi. “Bakı Ağ şəhər” layihəsinin baş məsləhətçisi Böyük Britaniyanın dünyada tanınmış beynəlxalq layihələndirmə şirkətidir.
Doğum günləri:

1902 – Azərbaycanın ilk kişi radio diktoru İsmayıl Əlibəyov Bakıda anadan olmuşdur.
Azərbaycanda radionun tarixi 1926-cı il noyabrın 6-dan başlayır. Həmin gün Bakının küçə və meydanlarında qurulmuş reproduktorlardan ilk dəfə “Danışır Bakı!” müraciəti ətrafa yayılıb.
Radionun ilk azərbaycanlı kişi diktoru Azərbaycan Politexnik İnstitutunun tələbəsi İsmayıl Əlibəyov, ilk azərbaycanlı qadın diktoru isə Azərbaycan Dövlət Darülfünunun Hüquq-iqtisad fakültəsinin tələbəsi Raya İmanzadə olurlar.
1927-ci ilin payızında İsmayıl Əlibəyov baş diktor vəzifəsinə təyin edilir. Raya İmanzadə ilə Azərbaycan Dövlət Gənclər Teatrının əməkdaşı Ənvər Həsənov 1928-ci ildə radioda diktor kimi fəaliyyətə başlayırlar. Bu dövrdə məşhur şair Hüseyn Natiq (o, II Dünya müharibəsində həlak olmuşdur), Səməd Səmədov (sonralar Buzovna qəsəbəsində birləşmiş xəstəxanada həkim kimi fəaliyyət göstərdi), hərbçi Əsgər Mövsümzadə, əməkdar artist Leyla Terequlova, filoloq Soltan Nəcəfov, şairə Mirvarid Dilbazi, Hüseyn Qafarlı, Rafiq Ağayev də diktor vəzifəsində çalışmışlar.
Azərbaycan radiosunun inkişaf etdiyi sonrakı mərhələdə isə Fatma Cabbarova, Züleyxa Hacıyeva, Gültəkin Cabbarlı, Aydın Qaradağlı, Sabutay Quliyev, Ramiz Mustafayev kimi ustad diktorlar yetişdilər.
İsmayıl Əlibəyov 1988-ci ildə Bakıda vəfat etmişdir.

1906 – Böyük Vətən müharibəsinin iştirakçısı – Brest şəhərinin azad edilməsi uğrundakı döyüşləridə IV Qvardiya korpusunun tank əleyhinə qırıcı divizionunun komandiri olmuş qvardiya mayoru Əliqulu oğlu İbrahimov Bakının Bilgəh kəndində dünyaya gəlib.
Zaqafqaziya hərbi məktəbini, sonra isə birləşmiş süvari hərbi məktəbini bitirib polk qərargahının rəisi olmuşdur. 1926-cı ildən 1937-ci ilə qədər bir sıra şəhərlərdəki hərbi məktəblərdə, birləşmə və diviziyalarda xidmət edib. Əliheydər İbrahimov hər yerdə özünü rəşadətli əsgər kimi göstərmiş, komandanlığın və şəxsi heyətin rəğbətini qazanmışdır.
1941-ci ildə alman-faşist işğalçıları keçmiş sovetlər ölkəsinə hücum edəndə Əliheydər İbrahimov komandanlığa müraciət edərək könüllü olaraq cəbhəyə göndərilməsini xahiş etmişdir. Cəbhəyə gəldikdən sonra Əliheydər İbrahimov komandanlığın əmri ilə 4-cü qvardiya Kuban qırıcı tank əleyhinə korpusunda divizion komandiri vəzifəsinə təyin edilmişdir. Əvvəllər Şimali Qafqaz cəbhəsində, sonralar isə Cənub cəbhəsində, 3-cü və 4-cü Ukrayna cəbhələrində döyüşmüşdür. Poltava yaxınlığında yaralanmasına almasına baxmayaraq, xidmətini davam etdirmiş, Taqanroq, Nikolayev, Odessa şəhərlərinin alınmasında iştirak etmişdir.
Əliheydər İbrahimovun komandirlik etdiyi divizion Brest şəhərinin azad olunmasında misli görünməmiş qəhrəmanlıq göstərmişdir. Onun divizionu Brest şəhərinə birinci girmiş, şəhər uğrundakı döyüşlərdə Əliheydər İbrahimov 17 yara almış, hər iki gözünü itirmişdir. Ağır yaralanan Əliheydər İbrahimov 1944-cü ildə Penza hərbi xəstəxanasına gətirilmişdir. Hər iki gözünü itirməsinə baxmayaraq, o, dəfələrlə bu sözləri təkrar edirmiş: “Eybi yoxdur, mənim cəbhə yoldaşlarım faşistlərdən mənim intiqamımı alacaq, qanımı yerdə qoymayacaqlar”. Əliheydər İbrahimovun vəziyyətinin get-gedə ağırlaşdığına görə 1944-cü ildə hərbi xəstəxananın rəisi məktub yazaraq, həyat yoldaşı Asya Hüseynzadəni onun yanına çağırmışdı. Daha sonra qəhrəman həmyerlimizin vəziyyətini nəzərə alaraq onu Sovet Ordusu sıralarından tərxis ediblər.
Əliheydər İbrahimov bu ağrılı həyatı 9 il yaşamış, 1953-cü il noyabrın 6-da ömrünün 47-ci ilində həyatla vidalaşmışdır. Cənazəsi doğulub boya-başa çatdığı Bakının Bilgəh kəndindəki qəbiristanlıqda dəfn olunmuşdur.
1958-ci ildə qəbri üstündə Dövlət Mükafatı laureatı Fuad Əbdürəhmanovun yaratdığı tunc barelyef qoyuldu. Son anlarınadək onun qayğısına qalmış həyat yoldaşı Asya xanıma isə 1958-ci ilin 12 fevralında Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin qərarı ilə fərman verilmişdir: “Sovet Ordusunun döyüşçüsü, Böyük Vətən müharibəsi əlili, Brestin azad edilməsi uğrundakı döyüşlərin iştirakçısı, qvardiya mayoru Əliheydər İbrahimova qulluq edərkən göstərdiyi fədakarlıq, diqqət və qayğı üçün Asya Səracəddin qızı Hüseynzadə yoldaş Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı ilə təltif edilsin”.
1961 — Azərbaycan Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyev Bakı şəhərində anadan olmuşdur.
—1967-77-ci illərdə Bakıdakı 6 saylı orta məktəbdə, 1977-82-ci illərdə isə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil alıb; —1982-ci ildə həmin institutun aspiranturasına daxil olub. 1985-ci ildə dissertasiya müdafiə edərək “tarix elmləri namizədi” elmi dərəcəsini alıb; —1985-90-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun müəllimi kimi çalışıb; —1991-94-cü illər ərzində özəl biznes sahəsində çalışıb və bir sıra istehsal-kommersiya müəssisələrinə rəhbərlik edib; — 1994-cü ildən 2003-cü ilin avqust ayınadək Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olub. Ümummilli lider Heydər Əliyevin neft strategiyasının həyata keçirilməsində fəal iştirak edib; — 1995-ci və 2000-ci illərdə Milli Məclisə üzv seçilib; —1997-ci ildən Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidentidir. — 1999-cu ildə Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, 2001-ci ildə sədrin birinci müavini, 2005-ci ildə isə partiyanın sədri seçilib; —2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub; —2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞPA-nın Büro üzvü seçilib; — 2003-cü il avqustun 4-də Milli Məclisdə təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Baş naziri təyin olunub. Bununla əlaqədar deputat səlahiyyətlərinə xitam verilib; — 2003-cü il oktyabrın 15-də Azərbaycan Respublikasının Prezidenti seçilib. Prezident seçkisində seçicilərin 76 faizindən çoxu İlham Əliyevin lehinə səs verib; — 2004-cü ildə Avropa Şurası Parlament Assambleyasının fəxri üzvü diplomu və medalı ilə təltif edilib. —2008-ci il oktyabrın 15-də keçirilən seçkidə seçicilərin 88.73 faiz səsini qazanan İlham Əliyev ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib; — 2013-cü il oktyabrın 9-da keçirilən seçkidə isə seçicilərin 84.54 faiz səsini qazanan İlham Əliyev növbəti dəfə Azərbaycan Respublikasının Prezidenti seçilib; —2018-ci il aprelin 11-də keçirilən seçkidə İlham Əliyev seçicilərin 86.02 faiz səsini qazanaraq yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib; — 2024-cü il fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar seçkidə seçicilərin 92.12 faizi İlham Əliyevə səs verib;
İlham Əliyev Azərbaycan, rus, ingilis, fransız və türk dillərini bilir. O, 1983-cü ildə Mehriban Əliyeva ilə ailə həyatı qurub. Leyla, Arzu və Heydər adlı üç övladı və doqquz nəvəsi var. İlham Əliyev qalib sərkərdədir. Onun siyasi qətiyyəti, düzgün strategiyası nəticəsində Azərbaycan öz torpaqlarını işğaldan azad edib. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək düşmən təxribatlarına qarşı şalı Ordumuz Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarixi Zəfər çalan şanlı Ordumuz ölkəmizin ərazi bütövlüyünü bərpa edib. 2023-cü ilin sentyabrın 19-da isə Ordumuzun keçirdiyi antiterror tədbirləri nəticəsində ölkəmizdə separatizmin kökü kəsilib və Azərbaycan dövləti bütün ərazisi üzərində suverenliyini qəti şəkildə təmin edib. Dövlət başçısı antiterror əməliyyatından sonra, demək olar ki, ölkənin bütün bölgələrində səfərlərdə olub. İşğaldan azad edilmiş bölgələrimizdə görülən işlərlə tanış olub, onlarla kəndin təməli qoyulub. Hər zaman xalq arasında olan Azərbaycan lideri sakinlərlə görüşlərdə böyük sevgi və hərarətlə qarşılanıb. 2025-ci il avqustun 8-də isə İlham Əliyev nəinki Azərbaycan, bütün Cənubi Qafqaz üçün vacib olan sənədə imza atıb. Azərbaycan bu gün bütün dünya dövlətlərinin tərəfdaş olmağa etimad qazandığı ölkədir. Azərbaycan bu gün dünya dövlətlərinin əməkdaşlıq etməyə can atdıqları ölkədir. Bütün bular Cənab Prezidentin qətiyyətli siyasəti ilə mümkün olmuşdur.
Anaveushaq.wordpress.com Cənab Prezidenti doğum günü münasibətilə təbrik edir, ona Azərbaycanın müstəqil ölkə kimi müzəffər yürüşündə daha böyük uğurlar və cansağlığı arzulayır!
Vəfat etmişdir:

1970 – Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəcəbəli oğlu Rəfiyev 55 yaşında vəfat etmişdir.
Nəcəfqulu Rəfiyev 1915-ci il martın 22-də Ordubad şəhərində anadan olmuşdur. 1935-ci ildə Sovet Ordusuna çağırılmış, 1937-ci ildən ali hərbi məktəbdə təhsil almağa başlamışdır. Faşist Almaniyasının SSRİ-yə hücum etməsindən 4 gün keçdikdən sonra sürücü-mexanik, tank komandiri, tank vzvodunun komandiri kimi Cənub—Qərb, Şimali Qafqaz, I Belorusiya cəbhələrində alman faşist işğalçılarına qarşı vuruşmalarda iştirak etmişdir. 1944-cü ilin yayında Minsk şəhəri yaxınlığında gedən vuruşmalarda, Baronoviçi şəhərinin azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir.
SSRİ Ali Soveti Rəyasət Heyətinin 1944-cü il 9 sentyabr tarixli fərmanı ilə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Müharibədən sonra müxtəlif hərbi hissələrdə qulluq etmiş, 1955—1959-cu illərdə Lənkəran Hərbi Komissarlığında şöbə rəisi, Culfa Rayon Hərbi Komissarı işləmişdir.
1959-cu ildə ordudan tərxis olunmuş, Azərbaycan SSR avtomobil nəqliyyatı sistemində əmək fəaliyyətini davam etdirmişdir.

1979 – Azərbaycan teatr və kino aktrisası, Azərbaycan Respublikasının Xalq artisti Sona Salman qızı Hacıyeva 72 yaşında Bakıda vəfat etmişdir.
Sona Hacıyeva 25 iyun 1907-ci ildə Şəkidə dünyaya göz açıb, bir yaşında ikən atasını itirib.
1923-cü ildə Sona Hacıyeva Azərbaycan Dövlət Dram Teatrının səhnəsində ilk rolunu ifa edib. Əbdürrəhim bəy Haqverdiyevin “Pəri-Cadu” əsərində yaratdığı Səlimə rolu teatrın direktoru Rza Təhmasibin çox xoşuna gəlib. Sonralar Sona Hacıyeva uzun illər bu teatrda çalışaraq müasir və klassik dramaturqların əsərlərinin tamaşalarında diqqət cəlb edən obrazlar yaradıb.
Sona Hacıyeva 1920-ci ildən ömrünün sonuna (1979) kimi Dövlət Dram Teatrının səhnəsində Azərbaycanın klassik dramaturqlarından tutmuş müasirlərinə kimi, eləcə də dünya dramaturqlarının əsərlərindəN müxtəlif obrazlar yaratmışdır. Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Süleyman Sani Axundov, Cəfər Cabbarlı, Səməd Vurğun, Mirzə İbrahimov, Mehdi Hüseyn, Zeynal Xəlil, Sabit Rəhman, İslam Səfərli kimi dramaturqların əsərlərində müxtəlif obrazlara səhnə həyatı vermiş Sona Hacıyeva dövrünün görkəmli teatr xadimləri ilə tərəfmüqabil olmuşdu. Kazım Ziya, Rza Əfqanlı, Ülvi Rəcəb, Mərziyyə Davudova, İsmayıl Osmanlı, Möhsün Sənani, Mustafa Mərdanov, Ağasadıq Gəraybəyli kimi korifeylərlə nəinki bir səhnədə, həm də eyni tamaşada məharətli oyun nümayiş etdirmək çətinliyi qədər də şərəfli idi. Rejissor Adil İsgəndərov Sona Hacıyeva ilə işləməyi çox sevirdi. O, tamaşalarda Sona xanıma ayıracağı rolu dəqiq və düzgün seçirdi. Bu səbəbdən də gənc aktrisanın yaratdığı obrazlar inandırıcı təsir bağışlayırdı.

1918 — Fizika-riyaziyyat elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Abdulla İbrahim oğlu Muxtarov Dağıstan Muxtar Respublikasının Rutul rayonunun Saxur kəndində anadan olmuşdur. Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsini bitirmişdir.
Fizika-riyaziyyat elmləri doktoru, professordur. Milliyətcə saxurdur.
Bakı Dövlət Universitetinin professoru idi.
Əmək fəaliyyəti:
-1944-1946cı illər – ADU-nun tərkibində Riyaziyyat-fizika İnstitutunda kiçik elmi işçi;
-1947-1950 ci illərdə Moskva Dövlət Universitetində aspirant;
-1950-ci ildən indiyə kimi BDU-da baş müəllim, docent, professor, kafedra müdiri;
-1972-ci ildə AMEA-nın müxbir üzvü seçilib.
30-a yaxın aspirant, 5 elmlər doktorunun elmi rəhbəri olub, 140 elmi məqalənin, 4 dərsliyin müəllifidir. 5 dərsliyin rus dilindən Azərbaycan dilinə tərcüməçisi olub. Bakalavr və magisrtr pilləsində təhsil alan tələbələrə elementar zərrəciklər fizikası, kvant mexanikası, kvant elektrodinamikası kurslarından mühazirə aparmışdır.
Abdulla Muxtarov 2013 –cü il may ayının 17-də 93 yaşında vəfat etmişdir.

2016 – Xalq rəssamı Fərman Qulamov 71 yaşında Bakıda vəfat etmişdir.
1945 – ı Fərman Qulamov Astara şəhərində doğulmuşdur.
1967-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbini bitirmişdir.
1976-cı ildə Tbilisi Rəssamlıq Akademiyasını bitirmişdir.
1973-cü ildə Ümumittifaq və Xarici sərgilərdə iştirak etmişdir.
1986-cı ildə Xəzərətrafı respublikaların Biennalı sərgisində III mükafata layiq görülmüşdür.
1993-cü ildə Almaniyanın Fulendorf şəhərində fərdi sərgisi keçirilmişdir.
1993-1994 cü illərdə Bakı, Fulendorf və Moskva şəhərlərində fərdi sərgiləri keçirilmişdir.
1993-cü ildə Moskvada (Şərq Qalereyasında) “Şərqin Qalereyası” adlı birgə sərgidə iştirak etmişdir.
1994-cü ildə 1993-cü il üzrə ən yaxşı əsər üçün 1-ci mükafata layiq görülmüşdür. 1994-cü ildə “Humay” mükafatı ilə təltif olunan rəssam dəzgah boyakarlığı ilə məşğul olur.
Əsərləri Fransa, Almaniya, Polşa, Finlandiya, Türkiyə, İran və Əlcəzairdə keçirilmiş sәrgilәrdә nümayiş etdirilmişdir. Onun işləri ilə Tretyakov Qalereyasında, Şərq Ölkələrinin Açıq Muzeyində tanış olmaq olar. Əsərləri, həmçinin, dünya muzeylərində və şəxsi kolleksiyalarda saxlanılır.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.