Maraqlı məlumatlar


Görkəmli şairlərimiz Molla Pənah Vaqif və Molla Vəli Vidadi quda olmuşlar. Belə ki, Vidadinin iki oğlu Vaqifin iki qızı ilə ailə qurub.

*****
Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

*****
General Əliağa Şıxlinski Molla Vəli Vidadinin nəticəsidir.

*****
Yazıçı Mir Cəlalın nəvəsi Mehriban Xanım Əliyeva Ümummilli Lider Heydər Əliyevin oğlu, Azərbaycan prezidenti İlham Əliyevin həyat yoldaşıdır.

*****

Görkəmli ictimai xadim Məhəmməd Əmin Rəsulzadə ilə yazıçı Seyid Hüseyn yeznə- qayın olublar. Rəsulzadə yazıçının bacısı ilə ailə qurub. Maraq üçün qeyd edək ki, Rəsulzadənin birinci evliliyi Ümbülbanu Rəsulzadə ilə (Seyid Hüseynin bacısı), ikinci evliliyi Vanda (Leyla) Rəsulzadə ilə olub.

*****

Seyid Hüseynin oğlu Oqtay Sadıqzadə həmkarı, xalq rəssamı Elmira Şahtaxtinskaya ilə evli olub.

*****

Səməd Vurğunun həyat yoldaşı Xavər xanım Abdulla Şaiqin baldızı idi.

*****

Cəlal Bərgüşadın həyat yoldaşı Suleyman Rüstəmin bacısı idi.

*****

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

*****

Xalq şairi Vaqif Səmədoğlunun ilk nikahı əfsanəvi bəstəkar Qara Qarayevin qızı ilə olub.

*****

Əliağa Kürçaylı məşhur xanəndə Cabbar Qaryağdıoğlunun qızı Şəhla xanımla evlənib.

*****

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

*****

Görkəmli bəstəkarlar Müslüm Maqomayev və Üzeyir Hacıbəyov bacanaq olmuşlar.

*****

Görkəmli yazıçı Seyfəddin Dağlı Cəfər Cabbarlının qızı Gülarə xanımla evli olub.
Məşhur diktor Aydın Qaradağlı C.Cabbarlının qardaşı qızı Gültəkinlə evli idi. Xatırladaq ki, tanınmış diktor Aygül Qaradağlı və ATV-nin hazırki prezidenti Vüqar Qaradağlı bu cütlüyün övladlarıdır.

*****

Azərbaycanın görkəmli şairləri Balaş Azəroğlu və Mədinə Gülgün həyat yoldaşı olmuşlar.

*****

Görkəmli şairlərimiz Rəsul Rza və Nigar Rəfibəyli həyat yoldaşı olmuşlar.

*****

Baş nazirin sabiq müavini, yazıçı Elçin Əfəndiyevlə tanınmış alim Vasim Məmmədəliyev bacanaq idilər: onlar tanınmış şair Teymur Elçinin kürəkənləridir.

*****
Xalq artistləri- mərhum muğam ustadı Hacıbaba Hüseynov Sara Qədimova ilə qohum idi: H.Hüseynov Qədimovanın bacısıyla evlənmişdi.

*****

Şair Musa Yaqubun nəvəsi ilə həmkarı Ramiz Rövşənin qardaşı qızı ilə ailə qurublar.

*****

Xalq şairi Məmməd Arazın qızı, publisist-jurnalist İradə Tuncay millət vəkili, yazıçı-jurnalist Aqil Abbasla evlidir.

*****

Şair Adil Babayevin oğlu, ATV-nin vitse-prezidenti Etibar Babayev isə şair Gəray Fəzlinin kürəkənidir.

Mənbə: İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Previous Post
Next Post

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!