Tarixdə bu gün
İİlin 357-ci günü (uzun illərdə 358-ci). İlin sonuna 8 gün qalır.
Mühüm hadisələr:
1930 – Türkiyə və Yunanıstan arasında ərazi mübadiləsi həyata keçirilib.
1989 – Azərbaycan Xalq Cəbhəsi Naxçıvan MSSR sərhəd dəstəsi komandirinə ultimatum verərək dekabrın 31-dək sərhəddən adamların müəyyən qayda ilə keçərək qohum əqrəbası ilə əlaqə saxlamasına imkan yaratmağı tələb edib. Ultimatum yerinə yetirilməyib.
1994 – Qaqauz türklərinə Moldovanın tərkibində muxtariyyat verilib.

2005 – Saat 22:19-da havaya qalxan Bakı aeroportundan AN-140 tipli sərnişin təyyarəsi təxminən 7 dəqiqədən sonra beynəlxalq hava limanından 18 kilometr aralıda, Nardaran qəsəbəsi yaxınlığında yerə düşmüş, təyyarədə olan 18 sərnişin və 5 heyət üzvü həlak olmuşdur.
Doğum günləri:

1913 — Aktyor İmamverdi Bağırov Bakıda doğulub.
Yeddillik təhsil aldıqdan sonra 1929-cu ildə yeni yaradılan İşçi Uşaq Teatrının (bugünkü GTT) truppasına götürülüb.
Müxtəlif vaxtlarda İrəvan Dövlət Azərbaycan Teatrında , Milli Dram Teatrında aktyorluq edib. Daha sonra Qazax (1938) və Quba (1939) Kolxoz və Sovxoz Teatrında aktyor və rejissor kimi çalışıb. 1954-1956-cı illərdə Soltan Dadaşovun yaratdığı və dövlət statusu olmayan Musiqili Komediya Teatrında rollar oynayıb.
1956-cı ildən fasiləsiz olaraq 19 il Musiqili komediya Teatrında maraqlı yaradıcılıq yolu keçib. Mürəkkəb dramatik səciyyəli və satirik çalarlı, ictimai-sosial mahiyyət daşıyan personajların istedadlı ifaçılarından sayılıb.
İmamverdi Bağırov 1964-cü il iyun ayının 29-da Azərbaycan Respublikasının Əməkdar artisti fəxri adı ilə təltif olunub.
6 may 1985-ci ildə Bakıda vəfat edib.

1944 – “İgidliyə görə” medalı ilə təltif olunmuş Qarabağ müharibəsi şəhidi Şöhrət Usub oğlu Həsənov Xocalı şəhərində anadan olmuşdur.
Şöhrət Həsənov uzun müddət müxtəlif vəzifələrdə çalışıb. Xocalı soyqırımı baş verən zaman rayon icra hakimiyyəti başçısının birinci müavini olub.
Bakının Şəhidlər xiyabanında dəfn edilmişdir. on nəfəsinə və son gülləsinədək vuruşdu. Avtomat silahının darağında olan 30 güllənin hamısı artıq qurtarmışdı. Amma o, son ana kimi insanların sağ-salamat çayı keçməsinə çalışıb, erməni snayperinin gülləsinə də burada tuş gəlib. Ələ keçən qəhrəmanımızı işgəncə verərək öldürüblər. Əvvəlcə sağ qolunu və sağ qıçını kəsiblər, sonra sağ gözünü çıxarıblar və bu cür işgəncələri davam etdirərək onu qətlə yetiriblər.
“Xocalının səsi” qəzetinin nəşr edilməsinə də böyük dəstək göstərirdi .
Bakının Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Bu faciələr unudulmamalıdır…

1946 — Azərbaycan balet artisti , Xalq artisti , Azərbaycan SSR Dövlət mükafatı laureatı Çimnaz Məmməd qızı Babayeva Bakıda anadan olmuşdur.
1964-cü ildə Bakı Xoreoqrafiya məktəbini bitirmişdir . 1964-1977-ci illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olmuşdur.
Əsas partiyaları:
Şirin (“Məhəbbət əfsanəsi”, A. Məlikov); Ayişə, Sari (“Yeddi gözəl”, “İldırımlı yollarla”, Q.Qarayev), Gülyanaq (“Qız qalası”, Ə.Bədəlbəyli); qız, Nəsiminin sevgilisi (“Şur”, “Nəsimi haqqında dastan”, F.Əmirov); Kitri (“Don Kixot”, L.Minkus); xanım (“Xanım və xuliqan”, D.Şostakoviç) və s. 1977-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının məşqçi baletmeysteridir.
Teatrın balet truppası ilə xarici ölkələrdə (Fransa, İtaliya, Norveç, İsveç, Birma, Hindistan, Türkiyə və s.) çıxış etmişdir.
Vəfat etmişdir:

1991 – Milli Qəhrəman Faiq Ağayev Vətən uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur.
1969-cu il iyun ayının 6-da Ağdam rayonunun Papravənd kəndində doğulmuşdur. 1986-cı ildə Papravənd kənd orta məktəbini bitirmiş, keçmiş Sovet ordusu sıralarında xidmət etmişdir. 1989-cu ildə ordu sıralarından tərxis olunduqdan sonra, Yevlax şəhərində əmək fəaliyyətinə başlamışdır. Torpaqlarımız erməni qəsbkarları tərəfindən zəbt olunanda Faiq də silaha sarılaraq, Vətənin müdafiəsinə qalxmışdır.
Faiq 1990-cı ilin sentyabr ayında Ağdam Rayon Polis İdarəsinin tərkibində yaranmış polis alayına yazılır.
1991-ci il… Dekabr ayının 23-ü… Meşəli kəndi erməni yaraqlılarının hücumuna məruz qalmışdı. Düşmənin zirehli texnikası, onun arxasınca piyadalar tüstüyə bürünmüş meşədən kəndin üzərinə yeriyirdi. Güllələrdən, mərmilərdən evlər alovlanır, qocalar, qadınlar, uşaqlar həlak olurdular. Od alıb alovlanan evlərdə diri-diri yananlar da az deyildi. Özünü birtəhər bayıra atıb ölümdən can qurtarmağa cəhd edənləri erməni faşistləri xüsusi qəddarlıqla gülləbaran edirdilər.
Döyüşçülərimiz dinc əhalini təhlükəsiz yerə çıxarmağa çalışırdı. Vəziyyət son dərəcə ağır idi. Uçurulmuş evlərin birini istehkama çevirmiş Faiq sərrast atəşlə erməni yaraqlılarını yerə sərir, dinc əhalinin qaçıb meşədə daldalanması üçün imkan yaradırdı.
Düşmən atəşini özünə cəlb etməklə Faiq onlarla qadını, uşağı ölümdən xilas elədi. O, döyüş mövqeyini axıradək tərk etmədi, son nəfəsinə kimi vuruşdu. Qəhrəman Vətən oğlu başqalarının həyatını xilas edərkən öz həyatını qurban verdi.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Ağayev Faiq Alış oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.
Ağdam rayonunun Papravənd kəndində dəfn edilmişdir.

1991 — Azərbaycanın Milli Qəhrəmanı Hidayət Eldar oğlu Rüstəmov Vətən uğrunda döyüşlərdə həlak olmuşdur.
Hidayət Rüstəmova 19 avqust 1970-ci ildə Ağdam rayonunun Xıdırlı kəndində anadan olmuşdur. Burada orta məktəbi bitirən Hidayət daha sonra Ağdam 50 saylı texniki-peşə məktəbində təhsilini davam etdirib.
1988-1990-cı illərdə Sovet Ordusunda hərbi xidmətdə olmuşdur. 1991-ci il Ağdam rayon Daxili İşlər Şöbəsinin Post-patrul alayında xidmət etmişdir.
23 dekabr 1991-ci il erməni işğalçıları Meşəli kəndinə hücum edərək ağlasığmaz vəhşiliklər törədirdilər. Boş evlərin birini özünə istehkam seçən cəsur polis çavuşu Hidayət sərrast atəşlə erməni quldurlarının xeyli canlı qüvvəsini məhv etdi. Murdar erməni faşistləri evə od vurdular. Qorxunun nə olduğunu bilməyən Azərbaycan döyüşçüsü son nəfəsinə qədər vuruşdu və andına sadiq qalaraq qəhrəmancasına da həlak oldu.
Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Hidayət Eldar oğlu Rüstəmova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir.
Ağdam rayonunun Şəhidlər Xiyabanında dəfn edilib.




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.