İbrət

Analıq qiyamətə qədər davam edəcək bir fədakarlıq və xidmətdir. Səid Niursi— İslam alimi və filosofu

“Gəmi batmağa başlayır. Ər və arvad xilas olmaq üçün gəminin ehtiyat qayığına minməyə tələsirlər, lakin əfsuslar olsun ki, qayıqda cəmi bir nəfər üçün yer qalmış olur. Kişi qayığa özü minir və arvadının okeanda batmasına çarəsiz olaraq tamaşa edir. Qadın okeanın onu udmasına az qalmış çığıraraq kişiyə həyatda son kəlməsini işlədir.”
Ədəbiyyat müəllimi növbəti dərsinə bu epizodla başladı.
O, sinifdə oturan uşaqlardan soruşdu:
– Necə bilirsiniz, qadın son kəlməsində nə deyə bilərdi?
Sinifdə uşaqların əksəriyyəti “Mən sənə nifrət edirəm”, “Mən necə də kor olmuşam, səni tanımamışam” – cavabını verdilər.
Bütün sinif müxtəlif cavablar sitat gətirərək qaynaşırdı.
Birdən müəllimin diqqətini sakit oturmuş oğlan uşağı cəlb edir və ona yaxınlaşıb soruşur:
– Bəs sən necə fikirləşirsən, qadının kişiyə son sözü nə olar?
Oğlan cavab verdi:
– Mənim fikrimcə, qadın kişiyə “uşağımıza yaxşı bax, onu qoru” demiş olar.
– Sən bu əhvalatı bilirsən? – deyə, müəllim təəccübləndi.
– Xeyr, sadəcə, mənim anam da dünyasını dəyişərkən atama belə vəsiyyət etmişdi.
Bu cavab, bütün sinfi və müəlliməni kədərləndirdi.
– Bəli, bu doğru cavabdır – deyərək müəllimə qürurlandı.
Və beləcə gəmi batdı. Kişi evinə qayıtdı və yeganə qızını təkbaşına böyütməyə başladı. Uzun illər keçdi. Kişi də yaşlanıb dünyasını dəyişdi. Bir gün atasının əşyalarını yerbəyer edəndə qız bir məktuba rast gəldi:
“Biz səyahətə gedəndə, ona artıq çox ciddi diaqnoz qoyulmuşdu. Yaşaması üçün az bir vaxt qalmışdı. Allahım, onun yerinə mən batmaq istərdim, amma qızıma görə məcbur qaldım, bunu edə bilmədim. Tək bacardığım, onu okeana yola salmaq oldu”.
Bütün sinif susurdu. Hamı ANA adlı xilqətin övladı üçün canıyananlığından bərk mütəəssir olmuşdu: müəllim də, şagirdlər də. İndi onlar başa düşmüşdülər ki, doğrudan da, analıq qiyamətə qədər davam edəcək bir fədakarlıq və xidmətdir. Ona görə də heç bir məsələnin kökünü bilmədən mülahizə yürütmək, hökm vermək doğru deyildir.
Mənbə: İnternet
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.