

~ İnsan öz qüsurları ilə gizlənpaç oynayan və başqalarının qüsurları ilə oynayan biridir! Buna görə də heç kim başqasını mühakimə edəcək qədər qüsursuz deyil!
*****
~ Bu dünyaya istədiyimiz kimi gəlmədik, bu dünyadan istədiyimiz kimi getməyəcəyik.
*****
~ Səni arxadan bıçaqlayan birinə qəzəblənmə, ona etibar edən və səni geri çevirən sənsən. Sənin arxandan pis danışan birinə görə incimə, onu insan hesab edən sənsən!
*****
~ Dünyada günah etməyən varmı, de mənə! Günah etmədən yaşamaq olarmı, de mənə; Ey Uca Tanrı, əgər mənə pislik deyirsənsə və mənə pislik edirsənsə, səninlə mənim aramda nə fərq var, de mənə?
*****
~ Kədər olsun o ürəyə ki, orda yandırıcı eşq yoxdur. Sevgi əzabı olmayan yerdə, sevinc xəyalları da olmaz. Sevgisiz keçən gün hədərdir, bu bəhrəsiz gündən daha tutqun və daha solğun, daha sıxıcı gün ola bilməz.
*****
~ İnsanın ruhu nə qədər alçaq olarsa, o burnu bir o qədər dik tutar. Ruhunun yüksələ bilmədiyi səviyyəyə burnu ilə dartınar.
~ Biz bir də bu dünyaya gəlməyəcək, əzizlərimizlə bir süfrə arxasında yığışmayacağıq. Onda hədər gedən hər zərrə anı belə tutmağa çalış – çünki heç nəyi sonradan geri qaytarmaq mümkün deyil.
*****
~ İki nəfər eyni pəncərədən baxırdı. Biri yalnız yağış və çirk görürdü. Digəri isə yaşıl yarpaqların canlanmasını, baharın gəlişini, mavi səmanı və ağacların nəfəs almasını sezə bilirdi.
*****
~ Biz həm sevinc mənbəyi, həm də kədər yatağıyıq. Biz rəzalət yuvası və şəffaf bulağıq. İnsan sanki güzgüdəki çoxüzlülər dünyasıdır. O, həm cılız, həm də dünyaya sığmayacaq qədər əzəmətlidir.
*****
~ Həyatda çox vaxt səhv edərək, bizə dəyərli olanları itiririk. Yadların xoşuna gəlməyə çalışırkən, doğmalara yad düşürük. Bizə layiq olmayanları bəzən ucaldır, ən sadiqlərə isə arxa dönürük. Bizi ən çox sevənlərin qəlbinə dəyir, özümüz isə üzürlər gözləyirik.
*****
~ Külək əsir, ümidlər dağılır; Bağlar və meyvə bağları sənsiz və mənsiz qalır; Nə qızılın və gümüşün varsa, onu xərclə! Öləcəksən və düşmənin gəlib onu alacaq.
*****
~ Kim isə qızılgülün ətrini anlamaz. Kim isə acı otlardan belə bal hazırlayar, kiməsə etdiyin ən xırda yaxşılığı belə əbədi xatırlayar, kiməsə həyatı belə bağışlasan, yenə anlamaz, qədrini bilməz.
*****
~ Yaradan dünyanı neçin yaratdı?
Sonra dəyişməyə neçin əl atdı?
Əgər gözəldirsə, məhvə nə layiq
Çirkinsə, nə üçün qüsura batdı?
*****
~ Kimin bir çörəklik buğdası vardı,
Başını çəkməyə yuvası vardı.
Nə ağadı, nə də kimsəyə nökər,
Şad olsun, zənn etsin dünyası vardı.
*****

Mənbə : İnternet

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.