Hikmət bağçası/Kəlamlar

Görkəmli türk şair və yazıçısı Camal Sürəya (Cəmalətddin Səbər)
1931-ci ildə Türkiyənin Ərzincan vilayətinin Pülümür bölgəsində dünyaya gəlmişdir. O, Zaza mənşəli ailədə doğulmuşdur. 1938-ci ildə baş verən Dersim hadisələri nəticəsində ailəsi dövlət tərəfindən sürgün edilərək Bilecik bölgəsinə köçürülmüşdür. Bu sürgün uşaqlıq dövründə Cemal Süreyanın psixologiyasında dərin izlər buraxmış, onun poeziyasında tez-tez rast gəlinən itki, köç, yalnızlıq və yadlaşma mövzularının formalaşmasına təsir etmişdir. Orta təhsilini Bilecik və İstanbulda alan Süreya, ali təhsilini Ankara Universitetində almışdır. Təhsilini bitirdikdən sonra dövlət qulluğunda çalışmış, lakin əsas fəaliyyətini ədəbiyyat sahəsində davam etdirmişdir.
Camal Süreya 1950–60-cı illərdə Türkiyədə formalaşan İkinci Yeni poeziya hərəkatının əsas simalarından biri olmuşdur. O, türk ədəbi mühitində yalnız şair kimi deyil, həm də ədəbi jurnal redaktoru kimi mühüm rol oynamışdır. O, məşhur “Papirüs” jurnalının qurucusu və redaktoru olmuşdur.
Camal Süreya fransız dilindən türk dilinə 40-dan çox əsər tərcümə etmişdir. O, xüsusilə Fransız poeziyası və fəlsəfi mətnləri ilə maraqlanmış, bu tərcümələr türk oxucusunun Qərb ədəbiyyatı ilə tanışlığında mühüm rol oynamışdır.
Ədib 9 yanvar 1990 -cı ildə 69 yaşında vəfat etmişdir.

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!