Hikmət bağçası/Kəlamlar

Xridtofor Kolumbun gündıliyindən:
“Onlara qılınclarımızı göstərdik. İti dəmir silahları ilk dəfə gördükləri bəlli idi. Kəsməyin nə olduğunu bilmədiklərindən bəziləri qılıncların iti tərəfini tutunca əllərini kəsdilər… Bu insanlar nə hansı bir təriqətə bağlıdırlar, nə də bütə tapınırlar. Pisliyi tanımırlar, bir-birilərini öldürmürlər. Heç silahları da yoxdur… Son dərəcə sadə, dürüst, əliaçıq insanlardır. Hər hansı birindən sahib olduğu hər hansı bir şeyi istədikdə dərhal verirlər. Pisliyin nə olduğunu heç bilmirlər, oğurlamırlar, öldürmürlər. Dünyada onlar qədər şirin dilli insanlar yoxdur. Həmişə gülümsəyirlər. Bu insanlar yer üzünün mələkləridir”

~Təbiət bizim üçün deyil. O, bizim bir parçamızdır. O, sənin dünyəvi ailənin parçasıdır.
~Uşaqlar gələcəyimizin toxumlarıdır. Onların ürəklərinə sevgi ək, müdriklik və həyat dərsləri ilə sula. Onlar böyüyərkən, böyümələri üçün yer saxla.
~Başqalarının qəlbini qırmaqdan çəkin. Verdiyin əzabın zəhəri sənə geri qayıdar.
~Hər zaman dürüst ol.
~ Bir atın su içdiyi yerdən su iç. At heç bir zaman pis su içməz.
~ Pişiyin yatdığı yerdə yat, qurdun yediyi almanıı ye.
~ Köstəbəklərin qazdığı yerdə ağac ək.
~ İlanın qızındığı yerdə ev tik.
~ İsti günlərdə quşların yuva qurduğu yerdə quyu qaz.
~ Xoruzlarla bərabər oyan ki, ən sarı qarğıdalılar sənin olsun.
~ Çox göyərti ye ki, bir heyvandakı kimi güclü ayaqlara və güclü bir qəlbə sahib ola biləsən.
~ Daha çox suda üz ki, dünyada bir balığın özünü dənizdə hiss etdiyi kimi hiss edə biləsən.
~ Daha çox göy üzünə bax, daha az ayaqlara. Beləcə, düşüncələrin daha qəti və incə olacaqdır.
~ Danışmaq yerinə daha çox səssiz qal. Beləliklə, ruhun dincliyə və hüzura qovuşa biləcək.





Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.