Dilimiz varlığımızdır

Məcazi mənada: şəxsin hər hansı xüsusiyyətini müəyyənləşdirmək üçün onu sınamaq, yoxlamaq.
İfadənin həqiqi mənası C.Məmmədquluzadənin “Leontiyev” felyetonunda çox aydın şərh edilmişdir. “Məlumdur ki,uşaqlar yumurta döyüşdürəndə əvvəl bir dadışırlar, yəni, yumurtaları dəyişib vururlar dişlərinə və sonra qaytarıb verirlər bir-birinə. Sonra başlayırlar oynamağa.

Məsələn, Əli bunu qanır ki, yumurtası Vəlinin yumurtasından bərkdir. Odur ki , əvvəl deyir: – Tut!
Vəli deyir: – Sən tut! Axırda Əli tutur, çünki bilir ki, tutsa daVəlinin yumurtası sınacaq”.
S. Rəhimovun “Nağıl” hekayəsində deyilir:”İndiyə qədər olan qonaqçılarını Novruz yumurtası kimi bircə-bircə dişinə vurub qırağa qoyan Məhbub, öz əziz qonaqçısı Məhcubu ürküdüb
qaçırmaq istəmirdi”.
Ülkərin “Bu da sizin əmriniz…” hekayəsində deyilir:
“İşçilər, mən bura təyin olunana qədər də burada işləyirdilər.
Mən gələn kimi onları bir-bir bayram yumurtasıtək dişimə vurdum”.
Tədricən ifadə ümuiləşərək məcazi məna kəsb etmişdir.
Anarın “Beşmərtəbəli evin altıncı mərtəbəsi” romanında Dadaş deyir:” Həyat bilirsən nə uzundur. Zaur, yalan deyirlər, qısa deyil ömür, biz çox yaşayırıq, lap çox, o qədər, o qədər şey görüb bilirik, o qədər şeydən keçirik ki, həyatımız boyu hər cür bərkə-boşa düşürük, dünyanı necə deyərlər, əməlli-başlı dişimizə vururuq”.

Musa Adilov – Filologiya elmləri doktoru, professor
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.