Dilimiz varlığımızdır

Kinayə və ya zarafat əsnasında kef-damaqda, nəşə içərisində, xoşbəxtlik və səadətin ən yüksək zirvəsində (ən son həddində) olmaq deməkdir.
Qədim yunanların təsəvvürünə görə göy hərəkət etməyənyeddi şəffaf təbəqədən (qatdan) ibarətdir. Məşhur yunan filosofu Aristotel (e.ə. 384 – 322) “Göy haqqında” adlı əsərində göy
qübbəsinin qurluşunu məhz belə aydınlaşdırırdı.
Qədim Şərq xalqlarının təsəvvürüncə də göy yeddi qatdır. Hələ dörd min il bundan əvvəl Babilistanda səma hadisələri
üzərində müşahidələr aparılır, bu yolla da çayların daşması və s. kimi bir çox hadisələrin baş verib-verməyəcəyi əvvəcədən müəyyən edilirdi. O vaxt insanlara yeddi səyyarə məlum idi, vaxtda bunlara görə hesablanırdı. Yeddi günlük həftə meydana gəlmişdi (bəzi xalqlarda həftə beş, on və s. gündən ibarət hesablanmışdır). Qədim sami dillərində (aorlar, ərəblər, yəhudilər) yeddi rəqəminə and içirdilər və bu dillərdə “and içmək” feili yeddi rəqəmi ilə əlaqədardır. Bibliyada dəfələrlə bu rəqəm yada salınır.
Brəhmən və budda dinlərində də yeddi müqəddəs rəqəm hesab olunur. Yaponiyada yeddiyə qalıqsız bölünən bütün rəqəmlər bədbəxtlik rəmzi sayılır.

“Avesta”da Yer yeddi hissəyə bölünmüş təsəvvür edilir. Yeddi günlük həftəni sonralar yəhudilər qəbul etmişdilər. Onlardan xristianlara keçdikdə isə yeddi günlük həftə müqəddəs
məna kəsb etmişdir. Odur ki, bir sıra hadisələr yeddi rəqəmi ilə bağlanılmışdır. İslam dininə görə Allah və onu əhatə edən mələklər göyün yeddinci qatında olurlar. Guya Quranı mələklər göyün yeddinci qatından gətirmişlər.
Dilimizdə bu rəqəmlə bağlı olan bir çox ifadələr vardır: Yeddi iqlim. Yeddi dərya. Yeddi dağ (aşmaq). Yeddi səyyarə.Yeddi qardaş (ilan). Yeddi qardaş (bir bacı). Yeddi arxa dönən.
Yeddi ton (musiqidə). Yeddi oğul istərəm (bircə dənə qız, gəlin). N.Gəncəvinin əsəri “Yeddi gözəl” adlanır. Yeddi rəqəmi bir sıra xalqlarda say sisteminin son rəqəmi hesab edilirdi və buna görə də sonuncu rəqəm olaraq müqəddəs sayılırdı. Nəzərə almaq lazımdır ki, göy qurşağı adətən yeddi rəngdən təşkil olunur. Tədqiatçılar əsas yeddi cür iy növü olduğunu göstərirlər.
ABŞ-da yeddi xoşbəxt rəqəm hesab edilir. 1959-cu ildən uçmağa başlayan ilk kosmonavtlar dəstəsinin hər bir üzvü 7 rəqəmini öz gəmisinə əlavə etmişdir. Kosmonavt Kuperin gəmisi
“Feyt -7” (“feyt” – inam deməkdir), Qlennin gəmisi “Frendşip7” (“frendşip” – dostluq deməkdir), Rarnepterin gəmisi “Avrora7”, Şirranın gəmisi “Siqma -7” və s. adlandırılmışdır.
Musa Adilov
Filologiya elmlər doktoru, professor




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.