Poeziya buketi / nəğmə çələngi

Ön söz əvəzi: Auditoriyamızın kontingentini dəyərli qadınlarımız təşkil edir. Bu gün bazar günüdür: paylaşımda yumor ovqatı olmamış deyil. Amma yumorlu olsa da, təbii ki, etiraf etməli olanlarımız hələ də var, bu yumor onların qədirşünaslıq duyğularında mütləq bir assosiativlik doğuracaq.
Gəlin, gülə-gülə etirafdan etiqada keçək… Onda bizə başqa kim lazımdır ki…
Qayıt, nə olar
Sözləri və musiqisi: Könül Xasıyeva
Sən gedəndən iki gözüm ,
Ağlar qalıb, qayıt nə olar.
Sinəm üstə çalın- çarpaz,
Dağlar qalıb, qayıt nə olar.
Sovrulubdur ayım, ilim,
Lal olubdur susmaz dilim,
Səni sevən dəli qəlbim,
Viran qalıb, qayıt nə olar.
Dözmək olmur həsrətinə,
Kədərinə, möhnətinə,
Düşüb qərib izlərinə,
Yalvarıram, qayıt nə olar.
Sənsiz solub saralaram,
Bəxtim kimi qaralaram,
Cavan yaşda qocalaram,
Yalvarıram, qayıt nə olar..











Bilməzdim…
Musiqisi / Music : Elza İbrahimova
Sözləri / Lyrics : Oqtay Şamil
Sevgimiz elə bu qədərmiş…
Məhəbbət qürbətə gedərmiş…
Bilməzdim, bilməzdim, bilməzdim…
Qəlbimdən uzaqlara açıldı bir pəncərə,
Ayrılıqdan bu yana dünya olur mu, görən?..
Gözlərinin önündə eşqimiz pərən-pərən…
İnandım ayrılığa, inandım ayrılığa, inandım ayrılığa…
Nəqərat:
Sevgimiz elə bu qədərmiş…
Məhəbbət qürbətə gedərmiş…
Bilməzdim, bilməzdim, bilməzdim…
Bu illərin içində mən də qocaldım tamam
Sənsiz nəğmələrimdə – yalan, hamısı yalan!..
Ayrılığın havası agır olurmuş yaman!..
İnandım ayrılığa, inandım ayrılığa, inandım ayrılığa…
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.