Təbriklər

Yanvarın  4-də  sinfimizin şirinlərindən biri –  dostumuz Amir Kərimlinin  11 yaşı oldu.  Bu anlar yanında olmasaq da, bütün sinfimizlə ona arzularımızı  səsləndiririk.

Sinfimizdə 24 uşaq olsa da,  bu anlar dünyanın bütün 11 yaşlı uşaqlarını da  özümüzlə  bir yerdə hiss edirik.  Amir dostumuzun sevinclərini onlarla da bölüşürük. Dünyada ədədi Sülh  olsun.   Bu gün Yer kürəsinin qaynar nöqtələri çoxdur . Bizim  həmyaşıdlarımız günahsız yerə həyatlarını itirir. Onların məktəbləri, oyun yerləri bombalanır.  Biz  hərbi pisləyirik. İstəyirik dünyanın bütün uşaqları sərgilərdə, festifallrda, olimpiadalarda  görüşək. Arzularımız, niyyətlərimizi qovuşduraq,  xoşbəxt dünya naminə…
  Amirin də, sinfimizin digər uşaqlarının ad günlərində dəbir yerdə olaq. Kommunikasiya texnologiyaları buna imkan verir…


Əziz Amir,  ad günün mübarək!
  Sənə uzun  ömür, can sağlığı arzulayırıq. Arzu edirik ki, dərs əlaçısı olasan. Sinfimizin, məktəbimizin, Azərbaycanın adını daim  ucalarda tutasan. Biz  buna inanırıq…
Bu təbriki  hazırlayanda  əvvəlcə yaşını 10 yazmışdım. Sonra müəlliməmizdən dəqiqləşdirəndən sonra 11 olduğunu bildim. Şəkilləri babam hazırlayırdı. Xahiş etdim ki,  sıfırı silsin,  yanına bir dənə də  “1”  əlavə etsin. Hamımızın ümumi babasına da dua edərik ki,  11-in yanına bir dənə də “1” O, əlavə edər , olar 111 yaşın…))

  Səhifəni hazırladı:   V A   sinif  şagirdlərin adından Akif Əhməd

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!