Dilimiz varlığımızdır

Bu ac göz xan gördüyündən göz, eşitdiyindən qulaq kirəsi istəyir. A.Şaiq, “Eloğlu” dramı

Bu arxaik ifadə Orta əsrlər Azərbaycanının ictimai mü
nasibətləriniəks etdirən nümunədir. Xanın adamları kəndə gələndə ən hörmətli qonaq kimi qarşılanar, onun şərəfinə qonaqlıq təşkil edilərdi. Lakin qonaq süfrədəki nemətdən, yemək-içməkdən imtina edərdi ki, bu za man da onun məqsədi “diş kirəsi” almaq olardı. Ev yiyəsinin hazırladığı ləziz təamları yemək üçün qonağın dişləri zəhmət çəkib işləməli olurdu. Dişlərinin zəhməti müqabilində qonağa xüsusi əlavə pay da verilirdi. Bu “diş kirəsi” vermək (və ya almaq) adə ti XVIII –XIX əsrlərdə xüsusilə geniş yayılmışdı. Tədricən bu adət başqa qonaqlar (məsələn, qız evində çörək yeyən oğlan qohumu və s.) ilə də əlaqələnməyə başladı, habelə oğlan ilk dəfə qız evində çörək yeyəndə ona “diş kirəsi” olaraq pul və ya mal hədiyyə edərdilər. Bu ifadəyə analoji olaraq “göz kirəsi”, “qulaq kirəsi” ifadələri düzəlmişdir.
A.Şaiqin “Eloğlu” dramında Anaxanım deyir: “Bu ac göz xan gördüyündən göz, eşitdiyindən qulaq kirəsi istəyir”. Raffinin “Xent” əsərində göstərilir ki, əgər hakim sinfin nümayəndəsi yoxsulun evində qonaq olub, onun çörəyini yeməklə bu yoxsulu şərəfə nail edirdisə, onda ev sahibi “hörmətli” qonağına “diş kirəsi” verməyə məcbur olurdu.
Müəllif: Professor Musa Adilov




Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.