Dilimiz varlığımızdır


Başqa sözlə: arzu olunmayan ailə ilə qohum olmaq, xoşa gəlməyən ailə üzvü ilə evlənmək.
İfadə çox qədim adətlərin izlərini özündə yaşadır. Atəşpərəstliklə əlaqədar ölən adamları müqəddəs torpağa basdırıb torpağı insan əti ilə murdarlamaq olmazdı. Ölünü damxalara qoyurdular ki, orada quşlar ölünün ətini yeyir, sümükləri isə bir yerəyığırdılar. Hər qəbilə və ya tayfanın özü üçün xüsusi damxasıolardı ki, ölüləri o damxaya aparardılar. Digər tərəfdən qəbiləninüzvləri mütləq başqa qəbilə üzvləri ilə evlənməli və son nəticədəgələcəkdə sümüklərin bir-birinə qarışmasına (qəbiləyə gələn hər kəs öləndə sümükləri ümumi damxaya götürülürdü) bais olmalı idi. Beləliklə, qəbilə üzvü başqa qəbilədən evlənməklə iki qəbilənin sümüyünü bir-birinə calamış olurdu. Bununla belə, qədimdə hər qəbilə üzvü yalnız öz qəbilədaşlarını ən yaxşı əsl “adam”hesab edirdi.
Tarixdən məlumdur ki, V əsrdə qədim türk dilində danışan 500 ailə Ordodan gələrək Altay dağlarının cənub ətəklərindəməkan salmışlar. Orada isə yerli xalq da türkdilli idi. Odur ki, gəlmələrlə yerlilərin dili tez bir vaxtda qaynayıb-qarışırdı. Lakin uzun müddət onların arasında qəbilə ayrı-seçkiliyi davam etmişdi. Gəlmə 500 Aşin ailəsi özlərini kübar hesab edir, yerliləri qara camaat sayırdılar. Əsilzadələr ağ sümüklərini xalqın qara sümüyünə qatmamaq üçün kübar qızların qara camaatdan olanlara ərə getməsini qadağan etmişdilər.
Ümumiyyətlə, qəbiləni birləşdirən, təmsil edən sümük qədimdə çox yüksək qiymətləndirilirdi. Müqayisə et: Südlə gələn sümüklə çıxar. Əti mənim, sümüyü sənin. Sümüyünə kimi yan(dır)maq. Sümük Süleyman olsa, süd də bahadır gərək.
İ.Əfəndiyevin “Dağlar arxasında üç dost” romanında Gülnisə deyir: “Mən oğuldoğmamışam ki, sümüyümü hər itin-qurdun sümüyünə calayım…Kafir qızı! Elə bil kişini ovsunlayıb, dilini-ağzını bağlayıb”.
C.Əlibəyovun “Sınaq” romanında Qonça arvad deyir: “Mənim o madarım da gedib ilişib onun qızına. Sümüyümü it sümüyünə calamaq istəyir. Ha dedim ki, a bala, Manaf kimilərdən uzaq ol, olmadı. Dedi varsa da Nailədi, yoxsa da”.
“Sümük” əvəzinə bəzən “qan” işlənir.
S.Rəhmanın “Dirilər” komediyasında Kəblə Muxtar oğlu Əlibalaya deyir:” O avara dayına oxşadığın gün dağılaydı. Caladım qanımı it qanına”.
XI əsrdə oğuzlarda qəbilə və tayfa bölmələri bəy, oba, kök adlanırdı. M.Kaşqaridən məlum olur ki, bir zamanlar “boy” sözü “tayfa” mənasında işlənirdi. “oba” və “kök” sözləri isə qəbilə anlayışını bildirirdi. Oğuzlar bir-birini görəndə , ən əvvəl, hansı
boya və kökə mənsub olduqlarını soruşardılar. “Oba” sözü monqolca “oboq”dan olub, “qan qohumlarının səciyyəvi birliyi, ittifaqı” idi. Oba daxilində evlənmək qadağan idi (ekzoqamiya). Qan intiqamı əsas yer tuturdu. Müxtəlif miqdarda obaların birləşməsi oymaq adlanırdı.
XI –XIII əsrlərdə qəbilə daxilində “uruq” qohumluq bölgüsü var idi. Uruqlar adətən bu və ya digər sümüyə daxil idi. Aşağı təbəqələr, sadə adamlar “qara sümük”, yuxarı təbəqələr isə “ağ sümük” nümayəndələri hesab olunurdular. Daha böyük tayfa birləşmələri, ittifaqları”el” hesab edilirdi. Elin tərkibində boylar, oymaqlar və uruqlar mövcud olurdu. “El” sözü xalq,dövlət mənasına gəlir. Elin başçısı “elxan”, “elbaşı” adlanırdı.

Musa Adilov,
Filologiya elmləri doktoru, professor

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.

Son yazılar

Sitatlardan seçmələr:

   

Həcər, ad günün mübarək!