Dilimiz varlığımızdır

Şamaxı, ey mənim sevimli yurdum ,
Mən sənin qoynunda xaniman qurdum.
Əfzələddin Xaqani

İşi düz gətirməmək, vəziyyəti ağırlaşmaq mənasında işlə dilir.
Şamaxı və onun ətraf rayonları tarix boyu Azərbaycanın ən çox və fəal zəlzələlər baş verən mərkəzi olmuşdur. Çox-çox qədimlərdən bəri qüvvətli zəlzələrin nəticəsində burada tez-tez böyük dağıntılar baş vermişdir ki, bu da həmin ifadənin meydana gəlməsinə səbəb olmuşdur. Ən şiddərli zəlzələlər aşağıdakı
illərdə olmuşdur:
1192-ci ildə qüvvətli zəlzələ Şamaxını dağıtmışdır.
XVII əsrin ortalarında Yan Strey adlı bir holland dənizçisi Azərbaycanı səyahət etmişdi. O, öz xatirələrində Şamaxıda çox tez-tez zəlzələlər baş verdiyindən söhbət açır və göstərir ki, Şamaxıda olduğu bir ildə zəlzələ baş verməyən gün görməmişdir, hər gün ən azı üç dəfə zəlzələ, yer tərpənməsi özünü göstərirmiş,
xüsusilə 1667-ci ildə baş verən zəlzələ çox güclü və dəhşətli ol
muşdur.

1667-ci ildə baş verən zəlzələ üç ay davam etmişdir. Hətta bir neçə dağ uçmuş, ölənlərin sayı 80.000 nəfərə çatmışdı.
1669-cu ildə güclü zəlzələdən şəhər tamamilə dağılmış, 8000 min nəfər adam tələf olmuşdu.
1670 və 1674-cü illərdə də güclü zəlzələlər baş vermişdir.
1828-ci ildə Şamaxı və ona yaxın yerlərdə dağıdıcı zəlzələ olmuş, otuza qədər kənd zərər çəkmişdir. Şəhərdə 233 ev uçmuşdu.
1829-cu, 1855-ci və 1856-cı illərdə də burada zəlzələlər qeydə alınmışdır.
1859-cu ildə güclü zəlzələ nəticəsində şəhər evlərinin çoxu dağılmış və ağır zərər çəkmişdi.
1869-cu ildə zəlzələ rayonun 29 kəndində hiss edilmiş, şəhərdə 227 ev uçmuşdu.
1872-ci ildə şəhər tamamilə dağılmış, cəmi 20-yə qədər ev salamat qalmışdı.
1895-ci ildə baş verən zəlzələ də qüvvətli olmuşdur.
1902-ci il fevralın 13-də dağıdıcı zəlzələnin qurbanı olan şəhərə çox böyük ziyan dəymişdi. O zamanlar 27 minə qədər əhalisi olan Şamaxı yerlə yeksan olmuş, şəhər ətrafındakı 30 kənddə də dağıntılar baş vermişdi.
Bütün bunlar həmin ifadənin yaranmasına səbəb olmuşdur.

Musa Adilov– Filologiya elmləridoktoru, professor
P.S:
Fikrət Sadıq– Şamaxı
Səni necə anmayım,
Atəşinə yanmayım,
Başına dolanmayım?!
Laləli bulağına,
Qız qalası dağına…
Nəqarət:
Mehr salmışam, axı,
Heyran olmuşam, axı,
Qüdrət almışam, axı!
Şamaxı, ay Şamaxı!
Necə sevməyim səni,
Xəqanilər vətəni?!
Dağı, daşı, çəməni
Şeir dolu xəzinə,
Sənətinə, sözünə…
Nə gözəldir bu çağın,
Nə istidir qucağın.
Cənnətdir hər bulağın
Şirin arzularından.
İlk bahar sularında…
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.