At Balaxanım

Dilimiz varlığımızdır


Bəzən də sadəcə “Balaxanım” və ya “atlı Balaxanım” şəklində işlənən bu ifadə davakar, həyasız, yekəpər, acıdil, erkək xasiyyətli qadınları səciyyələndirmək üçün işlədilir.
XIX əsrin sonu XX əsrin əvvəllərində dilimizdə işlənməyə başlayan “admiral” sözünün daxili forması geniş xalq kütlələrinə aydın olmadığından xalq etimologiyası təsiri ilə bu söz “atmaralı” şəkli almışdı. “Maral” obrazı qədimdən bəri dilimizdə qadınlarla assosiasiya yaradan obraz idi. Bu assosiativ əlaqə nəticəsində “at” sözünün “atmaralı” tərkibindən ayrılıb “Balaxa
nım” sözünə yanaşması mümkün olmuşdur.
C.Cabbarlının “1905-ci ildə” pyesində Salamov deyir:”O gedə şpiyondur, köpəy oğlu. Mən onu məsciddə danışanda görmüşəm. Rəhmətlik gemurnat özü də dedi…O biri də ki, vələddü
zinanın cövhəri, atmaralıdır ki, tayı yoxdur. Özü də ki, Ağamyanın qaynı. Həmişə də mədənlərə şuluq salan o olmuşdur”.
Diqqət yetirək ki, xalq etimologiyaı nəticəsində yaranmış “atmaralı” tərkibində hələ cins anlayışı yoxdur, həm kişilərə, həm də qadınlara bu epitet aid edilə bilər. Lakin “atbalaxanım”
artıq yalnız müvafiq səciyyəli qadınlara aiddir. “Admiral”dan “Balaxanım”a gələn bu yol oxucuları təəccübləndirməməlidir.
Belə hallar başqa dillərdə də olur.
S.Rəhimovun “Saçlı” romanında belə bir replika vardır:
“–Hayan olsun, hayan, ay arvad! Buraya bal-yağ satmağa gəlmi
sən, yoxsa atlı Balaxanım kimi cıdıra çıxmağa?”
B.Bayramovun “Mən ki gözəl deyildim” povestində deyilir:”Kəndimizin keçmiş sədrini indi burada stolun arxasında yayxanıb oturduğunu gördüm. Onun gözü mənə sataşan kimi bərəldi: –A qız, Cırtdan Qəndab deyilsən?
Məni içəri aparan kişidən utana-utana cavab verdim: –Bəli, Qəndabam! – Sonra da dilimi farağat qoymayıb əlavə etdim: – Biri cırtdan olar, biri də sənin qızın kimi atbala
xanım”.
C.Əlibəyovun “Dözümlü məhəbbət” romanında Mənzər haqqında danışarkən Mirzə müəllim deyir: ” …Ancaq xasiyyəti bir qədər…
maarif müdiri gərək bir az atmaralı olsun. Bizim yerdə belə arvadlara Atbalaxanım da deyirlər, kişi kimi”.
Anarın “Adamın adamı” komediyasında Məlik Xədicəyə deyir: “Qadası, acıdil olma. Sən Atbalaxanım deyilsən ki, sən, maşallah, konfet kimi şipşirin qızsan. Dilin də şirin olsun”.

Musa Adilov – filologiya elmlər doktoru, professor

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.