İntim həyat
Uzun əsrlər sevgililəri bir ülfətdə birləşdirən ailə həyatına ehtiyacı zaman özü yaratdı, populyasiyalar özü zəruri etdi. Amma bu ehtiyac, seks ehtiyacı deyildi. Ailə qurublarsa, ata-ana olmaq istəyirlərsə, bunun yolu yataqdan keçir. Heç də uşaq vaxtı inandığımız kimi, heç bir ailəyə uşağı, əlbəttə, durnalar gətirmirdi.

Yoxsa, bu ona bənzəyəcəkdi ki, kimsə lotereya bileti almır, amma avtomobil qazanmaq istəyir.
Evlilikdə də eynən belədir: cinsəl birlikdəliyi yaşamayan həyata necə uşaq gətirə bilər.
Amma keşmiş vaxtlarda bu izdivacın adı yox idi, onu gərdəkdən bayıra çıxartmaq yox idi. Etdiklərini, eləmədiklərini kimə gəldi danışmaq yox idi.
Danışılası da nə olacaqdı ki,? Ana rəhminə uşaq düşsün deyə yatmaq lazım gəlirdi: ər qadınından, qadın da ərindən ar-həya edib qızarırdı.
Üzü bəri gəldikcə ailə qurmağın demoqrafik mahiyyəti arxaya keçdi. İndi , sanki toyu yalnlz seks həyatı üçün seçiblər.
və getdikcə qadın obrazından da, qadın bədənindən də sui-istifadə etməyə başlayıblar, həm də fəal şəkildə. Cinsi həyatı körükləyən bütün audiovizual yazlları, şəkil və süjetlərin birini gözdən qaçırmırlar , hətta bu qəbildən olan nə qabaqlarına çıxsa, klikləyirlər. Mövcud mətbu vasitələr hər xəbərdə əməl etməyə borclu olduğu etik dəyərlərdən kənara çıxır, təqdim olunan xəbərin həqiqətən də oxucu üçün faydalı olub-olmamasını deyil, sadəcə, daha çox izləyici cəlb etməsini hədəfləyirlər. Ona görə də lazım gəldi-gəlmədi, sırf cinsəllik vasitəsilə diqqəti cəlb etməyə çalışırlar. Bəlkə kütləvi informasiya vasitələrinə seks mövzusu işıqlandırmağı qadağa etsinlər? Bunun tibbi gərəkliliyi əhəmiyyət kəsb edirsə, sadəcə, həkimlər müəyyən məlumat verələr. Siz necə düşünürsünüz?
“Ana və Uşaq”

Seksuallıq bioloji, psixoloji və sosial ölçüləri olan bir anlayışdır. Seksuallıq həyatın təbii və sağlam bir hissəsidir. Seksuallıq fiziki, əqli və emosional, eləcə də sosial və sosial elementləri əhatə edir. Unutmaq olmaz ki, qarşılıqlı sevgi və hörmətə əsaslanan münasibətdə seksuallıq daha çox doyurucu olur.
Xoşbəxt və sağlam cinsəlliyin ilk şərti həyat yoldaşları arasında qarşılıqlı hörmət və təsirli ünsiyyət və paylaşımdır. Xoşbəxt cinsi həyat qarşılıqlı inam, dürüstlük, açıqlıq, paylaşma və hörmət üzərində qurulmalıdır. Seksuallıq ilk növbədə özünü tanımaqla başlayır. Fərdin cinsi həzz nöqtələrini dərk etməsi və cinsi partnyoru ilə paylaşmaqdan çəkinməməsi daha doyumlu cinsi əlaqəni təmin edəcək. İnsanlar bir-birinə qarşı məsuliyyətli davranmalı və unutmamalıdırlar ki, hər kəsin şəxsi həyatı və dəyəri var. Heç kim sevmədiyi cinsi davranışı yaşamamalı və ya davam etdirməməlidir. Unutmamalısınız ki, qarşılıqlı sevgi və hörmətə əsaslanan münasibətdə cinsəllik daha çox doyurucu olacaq.
Uşaqlar doğulduğu gündən kişi və ya qız olmasına görə fərqli şəkildə böyüdülür. Böyümə prosesində kişilər və qadınlar böyüdükləri mədəniyyətə uyğun olaraq nə etməli və etməməli olduqlarını öyrənirlər. Yeniyetməlik dövründən başlayan cinsi məlumatlara maraq adətən dostlar, sosial mühit və ya qəzet və jurnal kimi çap mediası ilə kifayətlənir. Öyrənilən bu məlumatın doğru olduğu güman edilir. Ancaq bu məlumatların əksəriyyəti qeyri-dəqiq, hətta tamamilə səhvdir. Əksik və ya səhv olan bu məlumat həddindən artıq narahatlıq, uğursuzluq qorxusu və ya böyük cinsi funksiya pozğunluqlarına yol açır.
Kişilər həmişə cinsi əlaqəyə girmək istəyir və buna hər zaman da hazırdır. Amma qadınlara gəldikdə, bu gün də cəmiyyətdə “cinsi əlaqə istəyini göstərən qadın yüngüldür” kimi yanaşma tərzi var . Bu,həm ikitərəfli münasibətlərinə, həm də cinsi həyatlarına mənfi təsir göstərəcək və bir-birləri haqqında mənfi mühakimə yürütmələrinə səbəb olacaq.
“Sevgi etmək cinsi əlaqə deməkdir; kişi cinsi əlaqəyə başlamalı və davam etdirməli, intim yaxınlıq həmişə təbii və kortəbii olmalıdır. Cinsi əlaqə zamanı danışmaq, düşünmək və ya xəyal qurmaq guya, münasibətlərin ahəngini pozur” kimi ehtiyatlılıq münasibətləri, birlikdəliyi mexaniki hala gətirəcək.
Ümumiyyətlə, bütün cinsi miflər seksuallıqdan azad həzz almağa mane olan mühakimələrdir.
Cinsi problemlər və onların müalicəsi
Dünyanın müxtəlif ölkələrində və mədəniyyətlərində aparılan araşdırmalar bütövlükdə cinsi problemlərin ümumi olduğunu üzə çıxarmışdır. Bir çox araşdırmanın qiymətləndirilməsində təqribən hər üç adamdan birinin cinsi həyatının istənilən dövründə ən az bir cinsi disfunksiya yaşadığı ortaya çıxır.
Cinsi disfunksiyalar həm kişilərin, həm də qadınların cinsi həyatına mənfi təsir göstərərək cinsi həyatın müxtəlif sahələrinə zərər vursa da, müalicəsi mümkün olan pozğunluqlardır.
Ən çox rast gəlinən patalogiyalar kişilərdə vaxtından əvvəl boşalma, erektil disfunksiya; qadınlarda ağrılı cinsi əlaqə və ya ümumiyyətlə, əlaqədə olmamaq, orqazm pozğunluqları kimi problemləri sadalaya bilərik.
Cinsi disfunksiyaların səbəblərini bioloji və psixoloji səbəblərdan baş verir. Ürək-damar xəstəlikləri, diabet, hormon problemləri kimi xəstəliklər üzündən cinsi funksiya problemləri yarana bilər. Psixoloji səbəblər olaraq keçmiş travmatik təcrübələrin psixoloji mənfi təsirləri, depressiya və narahatlıq pozğunluqları kimi pozğunluqlar cinsi funksiya problemləri yarada bilər. Bunlara əlavə olaraq cinsi məlumatsızlığın, cinsiyyətə yanaşmada sərt rəftar və tabuların, cinsi əfsanələrin, özünə inam problemlərinin yetərsizliyi cinsi disfunksiyaya səbəb ola bilər.
Əgər əlaqənizdə cinsi funksiya probleminiz varsa, ixtisaslı həkimlərdən dəstək almaq lazımdır.
Xoşbəxtlik, məmnunluq və gözləntilərin yerinə yetirilməsi qarşılıqlı harmoniya ilə mümkündür ki, bu da birgə evlilik anlayışına gətirib çıxarır. Ailə qurmaqda vacib amillərdən biri cinsi uyğunluqdur. Emosional yaxınlıq və fikir mübadiləsi ilə tamamlanmayan bir əlaqədə cinsi funksiyanın adekvatlığı və məmnunluğu azala bilər.
Evlilikdə ünsiyyət və geniş ailə problemləri artdıqda cinsi problemlər başlaya bilər. Bundan əlavə, uşağın doğulması və uşağın əlaqənin mərkəzinə qoyulması nəticəsində cinsi problemlər başlaya bilər. Belə problemlərin qarşısını almaq üçün nə etmək lazımdır?
Əvvəla, cinsəlliyi bir performans kimi qiymətləndirməməlisən, amma təbii şəkildə axmasına icazə ver. Cütlər bir-birlərinə gözləntilərini, bəyəndiklərini və bəyənmədiklərini açıq şəkildə ifadə etməlidirlər. Seksuallığı əhəmiyyətsiz, lazımsız və utanc verici hesab etməməlidir. Sağlam və xoşbəxt bir evlilik üçün nizamlılıq həm cinsi məmnunluq, həm də cütlüyün ünsiyyəti üçün vacibdir.

Klinik psixoloq: Gülçin Şenyuva
Yetkinlər üçün psixoterapiya xidmətləri
Qeyd: Türkcədən tərcümə

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.