Mövqe
Mətbuat millətin kollektiv səsidir. Bir milləti maarifləndirməkdə, doğru yola yönəltməkdə, bir millətə ehtiyac duyduğu ziyalı qidasını verməkdə, bir sözlə, xalqın ortaq bir istiqamətdə getməsini təmin etməkdə məqsəd özlüyündə bir qüvvədir, məktəbdir, yol göstərən də mətbuatdır.
Atatürk

Bu əsrdə ideyalar uğrunda mübarizə aparırıq və qəzetlər qalalarımızdır.
Heyne
Qəzet sadəcə olaraq olduğu kimi xəbər verən bir şvasitə deyil. Onun məqsədi insanları düşündürmək və duyğulandırmaqla bu mövzuda bir şey etməyə təşviq etməkdir.
Mark Tven
Qəzet bütün insanları bir əqidədə birləşdirməyə çalışır. Mənim başıma, mənim düşüncəmə qarşı mübarizə aparır. Bütün insanların beynini və düşüncələrini ələ keçirməyə çalışır.
Erix Seyrman
Mətbuat azadlığı ləğv olunarsa, vicdan, təhsil və söz azadlıqları da yox olacaq. Ruzvelt
Xatırla, oğlum, media elə bir şeydir ki, səni qurd kimi, qurdu da quzu kimi göstərir.
Xəlil Yaşar
Bir insan onu maraqlandırmayan yüzlərlə suala məruz qaldıqda sağlam bir qiymətləndirmə edə bilməz. Media dilində buna “məlumatlı yağış” deyilir. Ani informasiya bombardmanının təsiri ilə fikirlər dəyişə bilər. Ona görə də biz şərh verə bilmirik, keçmişi görə bilmirik və bu günü dəyərləndirə bilmirik.
Ümumiyyətlə, Türkiyədə media ölüm və fəlakətin bütün təfərrüatlarını verir, amma ədalətin olub-olmaması ilə çox maraqlanmır, hadisələri izləmir.
Doğan Cücəloğlu
Qəzet müxbiri ilə söhbət edəndə məntiqli sözlər söyləmək lazımdır. Çünki sözləriniz kağız üzərindədir və ertəsi gün, hətta ömürlük sizi təqib edir.
Maykl Connyelli
Media yalnız əyləncə üçündürsə, deməli, nələrsə çürüyüb.
Banu Avar
Mətbuat azadlığı olmayan bir ölkədə demokratiya yoxdur!
Əziz Nesin
Mənə satılan medianı verin, mən də sizə cahil cəmiyyət verəcəyəm.
Cou Hebel
Yaxşı bir qəzet öz-özünə danışan millətdir.
Özdəmir Asəf
Üç qəzetdən daha çox qorxuram, nəinki yüz min süngüdən .
Napoleon Bonapart
Tərəfdar olmağa çalışan mətbuat gələcəkdə nifrətlə xatırlanmağa məhkumdur.
Anonim
Bizi idarə edən hökumətlər və qəzetlərdir.
D.Meyson
Mətbuat azadlığı digər azadlıqların təhlükəsizlik klapanıdır.
Q.Mason

“Müsabiqə” sözü ərəbcə ” rəqabətli yarış” anlamındadır , eyni zamanda ortaya üstünlük çıxartdığı üçün özündə həm də müşahidə, diqqət, nəzarət anlamlarını da ifadə edir.
Həyatımızdakı yerinə gəlincə isə , istər məktəbəqədər yaşımızda, istərsə də məktəb yaşlarıımızda hər zaman yarışmışıq da, rəqabət də aparmışıq. Bu sözün mahiyyətini, nominativ funksiyasını bilməsək belə, əgər orada varıqsa, özümüzü göstərmək və adımızı uğurla tanıtmaq istəmişik. Seçilmək, fərqlənmək istəmişik: birinci olmaq istəmişik, “ən” olmaq istəmişik. Bunun nəyi pisdir ki?
Yarış, rəqabət bir tərəfdən maddi nemətlər bolluğuna xidmət edir, sistemli, düşünülmüş inkişafa yol açır, digər tərəfdən isə mənəvi keyfiyyətləri zənginləşdirir, bu keyfiyyətlərə yeni çalarlar gətirir. Rəqabət məqsədə çatmaq üçün hərəkətverici qüvvəyə çevrilir, məqsədə yönəlməyə imkan verir.İnsan həmişə yaradıcı olmağa motivasiyalanır. Belə sağlam rəqabətlərin nəticəsi təkcə fərdlərə deyil, cəmiyyətə də təsir edir. Həyat, inkişaf, dialektika bu amilin üstündə davam edir.
Amma gərək rəqabət, fəqaliyyəti öçmə, hesabaalma, dəyərləndirmə şəffaf ola, etibarlı ola, obyektiv ola, ədalətli ola…. Bütün fəaliyyətlərə ahəngdar ritm gətirə, halallıq gətirə…
Görmədik…
İli dəqiq yadımda deyil, təxminən 30-35 il bundan əvvəl “Azərbaycan gəncləri” qəzetində Novruz bayramı ilə bağlı müsabiqə elan edilmişdi. 1-ci yerə layiq görülən İspaniyaya putyovka əldə edəcəkdi, 2-3-cü yerlərin qalibləri isə keçmiş İttifaq dövlətinə.
Mən sualları cavablandırıb, sifarişli (tələbnaməli)məktubla redaksiyaya göndərdim. Məktubun ünvana verildiyi barədə bildiriş də
almışdım. Nəticələr elan ediləndə, gözlərimə inanmadım. 1-ci yerə heç kim layiq görülməmişdi. Nəinki 2-3-cü yerlərin qalibləri arasında, heç fərqlənən iştirakçılar arasında da adım yox idi. Halbuki, qəzein təqdim etdiyi nümunəvi cavablarla mənim cavablarım daha dolğun idi. İştirakçılar heç də bütün suallara doğru cavab yazmamışdılar, amma mən yazmışdım. Redaksiyaya getdim. Məktublar şöbəsinin müdiri Kamil Muradov idi. Mənim məktubumu tapıb göstərə bilmədilər.
Nəşriyyatda qapıdan daxil olanda poçt şöbəsi vardı, şəxsən onlara müraciət etdim. Onlar qeydiyyat dəftərini mənə göstərdilər ki, biz şəxsən məktubu redaksiyanın əməkdaşına təqdim edib imza etdirmişdik. Gərək ki, o vaxt redaktor Yusif Kərimov idi, onun da yanında oldum, amma bir nəticə hasil olmadı.
Müsabiqə Novruz ərəfəsində təşkil edildiyi üçün bütün suallar folklorla bağlı idi . Filoloq olaraq folklor mənim böyük maraq göstərdiyim sahə idi. Ali məktəbdə oxuduğum illərdə dəfələrlə Tələbə Elmi Cəmiyyətinin konfranslarında folklorşünaslığa aid araşdırmalarım yüksək qiymətləndirilmişdi.
Bəs indi niyə belə oldu? Onda belə çıxırdı ki, mənim məktubumu qəsdən itiriblər. Təbii ki, indiki məlumatlılığım o zaman olsa idi, məhkəməyə müraciət edərdim: səni 1-ci yerdən məhrum edirlər, hətta fərqlənənlər arasında adın yer almır. Sifarişli göndərdiyin məktub da yoxa çıxır, sən də susursan. Susursan, bu susqunluq o deməkdir ki, ədalətli münsif ola bilməyən münsiflər haqlı imişlər .

Bir vaxt Fövqəladə Hallar Nazirliyi də jalə şirələri ilə bağlı müsabiqə keçirimişdi: inşa yazı.
Qardaşım oğlunu bu müsabiqəyə həvəsləndirdim, istiqamət verdim, o da böyük maraqla bir yazı hazırladı. İnşanı redaktə edib göndərdik. Təşkilat komitəsi elan verdi ki, heç bir yazı göndərimədiyi üçün müsabiqənin vaxtı bir qədər də uzadıldı. Ədalətlidirmi, bəs bizim göndərdiyimiz inşa nə üçün hesaba alınmamalı idi?
Jalə şirələri Qəbələnin nemətidir. Qəbələli məktəbli öz torpağının neməti haqqında günlərlə zəhmət çəkib inşa yazır, həm də yeganə inşa göndərən olur, amma buna heç əhəmiyyət verilmir. Əlavə verilmiş müddətdə kimlər yazdı, nə yazdılar, bu isə məlum olmadı. Nəticə elan olunanda , Nohurqışlaq kənd məktəbinin X sinif şagirdi Nurlan Səmidlinin adı heç yerdə çəkilmədi.
Deməli, sadəcə, sosial fəaliyyət xatirinə müsabiqə keçirirb, hədiyyəni də özləri qalib müəyyən etdikləri şəxslərə verirlər.
Gərək hər addım demokratik ola, şəffaf ola. Kimdir münsiflər heyəti, qaliblər kimdir, onlar hansı yazı ilə qalib olublar? Hər 3 yazını mətbuatda dərc etdirəydilər, insanlar da baxıb görərdilər ki, bəli, bu yazı mükafata layiqdir və mükafata layiq görülməyən iştirakçıların yazısından daha sanballıdır.
Sonuncu iştirak etdiyim müsabiqə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi tərəfindən elan olunan müsabiqə oldu.
Agentliyin elan etdiyi kimi, məqsəd onlayn media
subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliklərinin gücləndirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi üçün stimul yaratmaqdan ibarət olmuşdur.
Kütləvi informasiya vasitələrindən məlum olduğu kimi, müsabiqə üçün ümumilikdə 96 veb-sayt müraciət etmiş, onlardan yalnız müsabiqə qaydalarına cavab verən 39 veb-sayt qalib seçilmişdir. Həmin veb-saytlar bunlardır: azpolitika, info bizimyol.info, yeniçağ.az, bakupost.az, 7nevs.az, day.az, modern.az, cebhe.info,
moderator.az, azvision.az, moderator. az, visiontv.az,
qazet.az, bizim.media , azxeber.com, sportinfo.az, sonxeber.az, qaynarinfo.az, sportal.az, tezadlar.az,
sia.az, football-plus.az, editor.az,apastrof.az , avropa.info, demokrat.az, offsideplus.az, minval.az, qol.az, yenisabah.az, publika.az, visiontv.az qafqazinfo.az, sfera.az, anevs.az, fanat.az, olke.az, ednevs.net, missiya.az, matbuat.az, bakivaxti.az.
Əvvəlki KİVDF-dən fərqli nə oldu bəs? Əvvəlki vaxtlarda vəsait ayrılan siyahılarda da onsuz da həmişə böyük əksəriyyətlə bunlar olub.
Bunların arasılnda layiq olanlar, əlbəttə ki, var. Onları ürəkdən təbrik edirik. Fəqət, şəffaflıq, obyektivlik görmədik.
Biz bu yazımızdan çox -çox əvvəllər də istər öz saytımızda, istərsə də feysbuk statuslarımızda mətbuatla bağlı fikirlərimizi ifadə etmişik.
Nə üçün müsabiqənin nəticələri ümimi halda təhlil edilməsin? Nə üçün qalib olmayan iştirakçılara heç olmasa, bir ümid bağı buraxılmasın?
Mən Əhməd müəllimə müsabiqədən əvvəl məktubla da müraciət etdim. Həmin qurumdan kimsə mənə zəng etdi. Təəssüf ki, bu cavab da cavab xatirinə cavab oldu.
Bizim saytımız kimi saytları heç vaxt belə həndəvərə yaxın buraxmadılar.
Mən heç vaxt ədalətli, obyektiv və şəffaf müsabiqəyə, ədalətli seçimə rast gəlməmişəm. Artıq 4-5 dəfə belə müsabiqədə iştirakçı olmuşam. O vaxt eşitmişdim ki, bir müsabiqənin qalibi Vüqar Səfərlinin oğlu olub.
İnternetdə bu cür müsabiqələrdən biri haqqında bir yazıya rast gəldim. Əməkdaşı qalib olmuş bir sayt müsabiqəyə həsr etdiyi yazısında ancaq öz əməkdaşının adını çəkib. Belə niyə olmalıdır? Açıqlayın da bütün qaliblərin adını. Bütün qaliblərin yazılarını təqdim edin də ictimai baxışa.
Müsabiqədən əvvəl o da məlum olmalıdır ki, kimlər ekspert olacaq, onların ədalətli ekspert olacağına mətbuat vasitələrində çalışanların hamısı əmindirmi? Eləcə də yoxlama-ölçmə vasitələri, doğrudanmı, etibarlıdır, şərtlər qarşıya qoyulan məqsədləri üzə çıxarmağa, qalibi müəyyən etməyə tam yetərlidirmi və doğrudanmı, müsabiqə istədiyi məqsədə tam ədalətli və şəffaf şəkildə çata bildimi?

O vaxt gərəksiz-gərəksiz saytlara ətək-ətək pul payladılar, bəzən lap axırda “Təhsil Problemləri” qəzetinin adını yazırdılar: ya 2 min, ya 3 min. Unudulmaz Sabirin məşhur beyti necə yerinə düşür:
Xümsi-şərabı seyyidə saqi verib dedi:
Sabir fəqirdir, yetər ancaq zəkat ona.
Mənzil bölgüsü də belə olurdu və həmin bu mükafatlandırılan mətbu vasitələri də öz səhifələrində ədalətli bölgünü, hər şeyin şəffaf olduğunu tirajlayırdı.
Davamı var...

Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.