Hara üz tutsaq, qarşımıza uşaqlar çıxsın

Nostalji

Hüseyn Arif Qayıt, uşaqlığım

Qayıt, uşaqlığım, qayıt bir anlıq…

İtən günlərimi tapmaq istərəm.

Minib axşamüstü qarğı atımı,

Yollardan-yollara çapmaq istərəm…


Qayıt, uşaqlığım, qayıt bir anlıq…

Yeriyib, yıxılıb, qaçmaq istərəm.

Səhərlər çiynimdə məktəb çantası,

Sinif otağını açmaq istərəm.

******

Qayıt, uşaqlığım, qayıt bir anlıq…

Mən səni bağrıma basmaq istərəm.

Nənəmin saxlancı ala çatıyla,

Ağacdan yelləncək asmaq istərəm.

*****

Qayıt, uşaqlığım, qayıt bir anlıq…

Sən niyə tez keçdin? Bilmək istərəm…

Həyat şirin imiş, mən bu dünyaya,

Yenidən doğulub gəlmək istərəm…

Leave a Reply