Mövqe

Son vaxtlar bir çox saytlarda və sosial şəbəkələrdə kişilər/ ərlər/ atalar haqqında qərəzli yazılar dərc olunur. Məsələnin dərinliyinə vara bilməyən müəlliflər kişiləri ittiham edirlər.
Guya, bəzi kişilər qadınlara qarşı, yəni öz qadınlarına qarşı xüsusi qəddarlığı ilə seçilirlər və guya belə kişilər bunu özlərinin güclü cinsin nümayəndəsi olduğunu nümayiş etdirmək üçün edirlər. Biz bütün zorakılıq və şiddət hallarını pisləyirik. Baxmayaraq ki, artıq kişilərin şiddətə məruz qalmaları haqqında narahatçılı formalaşmaqdadır. Bu şiddət fiziki şiddət olmadan daha çox mənəvi şiddətdir.
Dağıstanıda aulda yaşayan bir dağlıdan soruşurlar ki, belə şöhrətli mənsəbə necə nail olmusan? O da cavab verir ki, mənə əvvəlcə evdə qadınım dəyər verdi, hörmət etdi. Qadınıma baxıb uşaqlar, sonra məhələ, daha sonra aul və belə-belə şöhrətləndim.
Əslində, bu rəvayət dağlılara aid edilsə də, eynilə Azərbaycan Qadınının qanına, canına, ruhuna hopmuş bir vəfa, sədaqət əhdi olub. Bir qədər yaşı nəslin nümayəndələri öz ana və nənələrini belə görüb. Analar, nənələr belə olubdusa, atalar, babalar da buna qarşılıq ərlik, pasibanlıq nümayiş etdiriblər.
Amma indi fikir verin, hansı qadından əri haqında bir az siyasətlə fikirlərini bilmək istəsən, həmin qadın çox ucuz qiymətə ərinin mövqeyini aksiyaya çıxaracaq.
Bizim əsəbiyyat və sənət əsərlərinin ən dəyərli nümunəsi Ana, Qadın mövzusunda olub və bu gün də belədir.
Yalandan heç vaxt əzəmətli QASIN, ANA obrazı yaratmaq olmaz. Nə ədəbiyyatda, nə rəngkarlıqda nə də musiqidə. Mən inanmıram belə nümunəyə. Qələm adamı var ki, şeirin texnologiyasını dürüst bilir. Lap qadına aid bir yox, bir neçə şeir də yaza bilər. Amma onun yazdıqlarında duyğu, hiss olmur.
Mən bu yaşıma çıxıb Azərbaycan Qadınının istər baxışlarda, istər cəmiyyətdə nə qədər müqəddəs olduğunu görmüşəm. Buna paralel olaraq da hər qadının ərini vüqarlı. Onları belə vüqarlı edən ilk növbədə, qadınlarımız olub.
XX əsrin 80-ci illərinin sonuna qədər bu, birmənalı olaraq belə olub. Nə baş verdisə, bundan sonra oldu.
Bu yazını paylaşmaqda məqsədim isə odur ki, proletarların bir nümyəndəsi kimi onlar haqqında baxışlardakı, ürəklərdəki etimadsılıqları, şübhələri paramparça edim.
Baxın, proletar nümayəndələri Sizə necə dəyər vermişlər….
















Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.