Dilimiz varlığımızdır

Yəqin ki, “Timsah göz yaşları” ifadəsini eşitməmiş deyilsiniz. Hardan yaranıb bu ifadə, mənası nə deməkdir?
Qədim mənbələrdə ağlayan timsahlar haqqında mətnlər mövcuddur. 17-ci əsrin köhnə rus “Azbukovniki”sində (bir növ ensiklopediyada) deyilirdi ki, timsah insanı yeyərkən ağlayır, sonra da yeməyə davam edir.
İfadə özünü əsəbi və ya kədərli kimi göstərən, əslində isə laqeydlik hiss edən, hətta qürur duyan insanı təsvir etmək üçün istifadə olunur.
Tədqiqatlar göstərir ki, timsahlar əslində emosional olaraq ağlamırlar, əksinə, göz yaşlarının sırf anatomik bir səbəbdən qaynaqlandığını göstərir. Belə ki, timsahların gözlərinin yaxınlığında duz məhlulu ifraz edən tər vəziləri var. Timsah yemək yeyən zaman onun çənələrindəki əzələlər büzülür ki, bu da bu vəzilərin işləməsinə və “göz yaşlarının” görünməsinə səbəb olur.
Yaranışı qədim zamanlara gedib çıxır və bir çox dillərdə mövcuddur. Bu ifadə mərhəmət və humanizmdən uzaq adamların özünü peşman kimi göstərdiyi zaman, qeyri-səmimi, yalançı emosiyasının nümayişidir. Saxta kədəri ifadə edir.
Timsahın göz yaşları (Afrika xalq nağılı)

Bir kişi meşədə məskunlaşdı, burada özünə daxma tikdi və ovçuluq etməyə başladı. Hər gün ovdan əlidolu qayıdırdı, amma bir-iki il keçəndən sonra meşədə heyvanlar tükənir və ovçü daxmasına çoxvaxt əliboş qayıdır. Ona görə də ovçu ov tapmaq üçün uzun müddət meşəni dolaşmağa məcbur olurdu.
Bir dəfə də ovçu iki gün meşə cığırları ilə gəzdi, lakin lakin qarşısına heç nə çıxmadı. Fikirli halda qayıdarkən birdən kolların arasında bir timsah gördü. Görünür, timsah çaydan uzağa sürünərək tanış olmayan meşədə azıb.
Ovçu gözlənilməz şikardan sevindi, silahını qaldırdı və timsahın başına nişan aldı.
– Məni vurma! – timsah yalvardı.
– Niyə səni vurmamalıyam? Silahım artıq doludur. Mən ovçuyam və heç vaxt ovumu əldən verməməliyəm.
Ovçu yenidən silahını qaldırdı. Timsah ağlamağa başladı:
– Məni öldürmə, yalvarıram!
Ovçu yavaş-yavaş silahını endirib timsaha dedi:
– İki gün və bir gecə meşədə gəzirəm, amma bir heyvan və ya quşla qarşılaşmadım. Əgər səni öldürüb evə ət gətirməsəm, ailəm ac qalacaq axı.
Timsah yenə qanlı göz yaşları tökərək ovçuya yalvarır ki, məni həyatdan məhrum etmə. Boğazım tamamilə quruyub və mən öz başıma suya sürünə bilməyəcəm. Ona görə də məni çaya apar, bunun əvəzini sənə var-dövlət bağışlayım. Mən çox zənginəm! Çayın dibində çoxlu qızıl və gümüşüm var…
Ovçu bu haqda fikirləşib dedi:
– Yaxşı, səni öldürməyəcəyəm, amma mənə çoxly pul, qızıl-gümüş vermək vədini çatan kimi yerinə yetirəcəksən.
Ovçu:
-Amma səni çaya necə aparım? Çox ağırsan!
– Sən məni birtəhər, yavaş-yavaş, dayana-dayana, dincini ala-ala da olsa, apar, çoxlu sərvətə sahib ol.
– Yaxşı, – ovçu razılaşdı, – belə olsun, səni çaya aparacağam. Amma qorxuram ki, yolda məni yeyəsən, ağzın, dişlərin çox qorxuludur.
– Elədirsə, səni yeyə bilməməyim üçün ağzıma qalın bir ağac qoyun və kəndirlə bağlayın.
– Axı sənin güclü pəncələrin var, imkan verməyəcəksən! Yox, səni daşımaq qorxulu olacaq.
Timsah yazıq dilini yuenə işə saldı:
– Elə isə, pəncələrimi kəndirlə bağla.
Ovçu timsahın ağzına ağac qoyur və burnu da iplə möhkəm dolayır. Sonra isə timsahı kürəyinə qaldırıb yoluna davam edir.
– Təşəkkür edirəm! Sənin mehriban ürəyin olduğunu bilirdim! – deyə, timsah hönkürdü.
Ovçu onu beləcə meşədən çaya apardı.
O, yavaş-yavaş yeriyir, tez-tez dayanırdı. Belə bir cəmdək daşımaq asan deyildi. Ovçunun üzündən tər axdı, ayaqları büküldü, amma birtəhər də olsa, bu əzablı yolu qət etdi.
İrəlidə çay göründü.
Ovçu ağır-ağır ah çəkdi:
Çatdıq, indi səni açım, özün sürünərək suya baş vur.
Amma timsah yenə ovçuya yalvarmağa başladı:
– Xahiş edirəm, məni çaya lap yaxınlaşdır! Mən tamamilə yorulmuşam və susuzluqdan ölürəm. Üstəlik, pəncələrim o qədər uzun müddət bağlıdır ki, tamamilə uyuşmuşdur.
Ediləcək bir şey yoxdur. Ovçu ah çəkdi və timsahı bir az da irəli apardı və suyun kənarında əyilib yerə qoydu.
– Yaxşıdırmı, indi suya baş vura bilərsənmi, amma mənə verdiyin vədi yerinə yetir.
****************
– Yox, məni daha dərin olan yerə apar!
Ovçu bu dəfə də timsahı sürüyüb çayın dərinliyinə çəkdi. İndi su ovçunun dizlərinə qədər idi.
– Xeyr, bir az da apar ki, mən Rahat siyun dibinə enib sənə verəcəyim qızıl-gümüşü gətirim.
Artıq su ovçunun belinə qədər idi. Amma o, yenə bir neçə addım atır.
– Bəs indi?
– Yox! Bura hələ çox dayazdır. Bir az sa irəli apar.
Ovçu timsahın yalançı vədinə görə məcbur idi və su boğazına çatana kimi ehtiyatla bir neçə də addım atdı.
– Yaxşı, yəqin ki, vaxtıdır. Daha gedə bilmirəm, boğulmaqdan qorxuram.
– Yaxşı ! – seyə, timsah razılaşdı və gözlərindən iri yaşlar axdı.
Ovçu timsahın bağını açıb dedi:
– İstəyinizi yerinə yetirdim, səni öldürməyib, sağ-salamat çaya gətirdim. Amma mən kasıb adamam, çoxuşaqlı ailəm var, indi mənə vəd etdiyin qızıl -gümüşü ver. Gedib kasıbçılığın daşını atım.
– Narahat olma! -deyə, timsah başını tərpətdi.
– O qədər təşəkkür edəcəyəm ki, bir daha kasıbçılığınız olmayacaq!
– Səni yaxşıca yeyəcəyəm! Bilmirsən ki, yaxşılıq pisliklə əvəzlənir? Timsah göz yaşlarının nə olduğunu bilmirsən? Qurbanımızı yemək istəyəndə ağlayırıq. Ha-ha-ha!
Ovçu cavab verir ki, siz vicdansızlıq edirsiniz. Yaxşılıq yaxşılıqla ödənilməlidir, kim istəyirsən soruş!
Timsahla ovçu uzun müddət mübahisə etdilər və nəhayət ,çaya gələn ilk üç heyvandan kimin haqlı olduğunu soruşmağa qərar verdilər. Heyvanlar mühakimə etdikləri kimi, belə də olacaq!
Bir kolluqda gizləndilər və gözləməyə başladılar.
Çox çəkmədi ki, bir ceyran göründü.
Timsah soruşdu:
– Sən kimsən?
– Mən ceyranam!
– Mənim meşəmdə nə gəzirsən?
Ceyran deyir ki, susuzluqdan ölürəm, icazə verin su içim.
Timsah qışqırdı:
– Mən sənə mənim çayımdan içməyi qadağan edirəm! Amma sualıma cavab vermən xoşuma gəlsə, bəlkə sənə içməyə icazə verərəm.
– Yaxşı, ver sualını.
Timsah olanları danışmağa başladı:
– Ovçu məni güllələmək istədi, amma göz yaşlarına boğuldum və məni öldürməməyə, çayın dərin yerinə aparmağa inandırdım.
Bunun üçün ona vasr-dövlət vəd etdim. Amma o, timsahın göz yaşlarının nə olduğunu bilmirmiş. Bilmirmiş ki, yaxşılıq həmişə pisliklə əvəzlənir. Bizi mühakimə et!
Mən onu yeyə bilərəmmi?
Ceyran çox susamışdı. O, ovçuya da baxır, susuzluğunu da yaddan çıxarmır və son anda timsaha deyir:
– Bu adamı yeyə bilərsiniz. O, tüfəngi ilə çox heyvanlar öldürüb, amma bu gün onun da vaxtı yetişdi. O, timsah göz yaşlarının nə olduğunu bilməli idi!
Timsah sevincək ovçudan soruşdu:
– Ceyranın nə dediyini eşitdin?
– Eşitdim, deyə – ovçu kədərləndi.
Ceyran çaydan doyunca içib meşəyə qaçdı, timsah və ovçu isə daha iki heyvanın mühakiməsini dinləmək üçün gözləməkdə davam edirlər.
Bir azdan çayın kənarında çaqqal peyda oldu. Suya çatan kimi timsah ona səsləndi:
– Dayan, sən kimsən?
– Çaqqal.
– Burda, sənə nə lazımdır, bilmirsənmi buralar ancaq mənə məxsusdur?
– Su içməyə gəlmişəm.
– Əvvəlcə bir suala cavab ver, sonra doyunca iç.
Timsah ceyrana söylədiklərini çaqqala da danlşandan sonra soruşdu:
– Bu adamı yeyə bilərəm?
– Əlbəttə, yeyə bilərsənə Fikirləşəcək nə var?! Gərək o, timsah göz yaşlarının nə olduğunu biləydi!
Timsah ovçuya sevinclə diqqət yetirərək çaqqala su içməyə icazə verdi. Çaqqal da sudan doyunca içdi və tez qaçıb gözdən itdi.
Ovçu və timsah üçüncü vəhşi heyvanı uzun müddət gözlədilər… Amma heç nə gözə dəymirdi.
Timsah nərə çəkdi:
– O qədər acam ki, daha gözləyə bilmirəm! Artıq səni yeyəcəyəm! Ceyranın və çaqqalın dediyini öz qulağınla eşitdin. Hər hansı bir heyvan sizə eyni şeyi söyləyəcək. Sadəcə vaxtımızı boşa keçiririk…
Lakin ovçu razılaşmadı və dedi:
— Üçüncü heyvan desə ki, düz deyirsən, o zaman məni yeyə bilərsən. Bu arada, gözləyək!
Nəhayət, bir dovşan meşədən sahilə atıldı. Ətrafına baxdı, çaya tərəf qaçdı və elə suiçmək istədi ki, birdən timsahın boğuq səsini eşitdi:
**************
– Dayan, sən kimsən?
– Dovşan!
– Mənim mülkümdə nə edirsən?
– Su içməyə gəlmişəm. Mən həmişə bu vaxt burada içirəm.
– Amma bu gündən burden suğ içməyi sənə qadağan edirəm! Amma bir sualıma cavab versəniz, icazə verə bilərəm.
Timsah necə ki məsələni ceyrana, çaqqala söyləmişdi, eləcə də dovşama da söylədi. Dovşan ona diqqətlə qulaq asıb dedi:
– İcazə verin içim, sonra sizə cavab verim. Susuzluqdan boğazım ağrıyır, səhv cavab versəm məni sudan qovacağınızdan çox qorxuram.
Timsah düşündü və razılaşdı:
– Yaxşı, iç! Amma sualıma cavab ver, bu adamı yeməyə haqqım varmı, qorxmadan cavab verməyinizi istəyirəm.
Dovşan içdi, bığındakı suyu silkələdi və timsah dedi:
– Mən sizə cavab verərdim, amma çayın yanında ədalətli hökm verə bilmərəm. Sahilə çıxıb meşəyə daha da sürünməli olacaqsınız.
Timsah bir az şübhələndi:
– Niyə bizi burada mühakimə edə bilmirsən? Bəlkə suyun səsi düşünməyə mane olur?
– Yox, ona görə deyil! Mənim babam sənin babanla çayın kənarında bir kişi arasında olmuş belə davanıçayın kənarında mühakimə etməyi öz üzərinə götürdü və sonu ölümlə nəticələndi. Buna görə çox erkən yetim qaldım. Yox, mən səni yalnız meşədə, sudan uzaqda mühakimə etməyə razıyam!
Timsah könülsüz razılaşdı:
– Yaxşı, onda ovçu qoy məni özü yenə meşəyə aparsın. Quru yerdə sürünmək mənim üçün çətindir!
Ovçu dedi:
– Onu belə aparmaqdan qorxuram, ağzına və pəncələrinə bax!
Dovşan dedi:
– Onun böyük ağzından və güclü pəncələrindən qorxma, dişlərindən və caynaqlarından ehtiyatlı olmaq lazımdır. Timsahı meşədən çaya gətirmisən, indi də çaydan meşəyə aparacaqsan. Yoxsa bu məsələni mühakimə edə bilməyəcəm!
Hər üçü razılaşdı.
Dovşan ovçuya kömək etdi. Ovçu timsahın pəncələrini bağlayıb, burnunu bərk-bərk bağlayıb sahilə sürüklədi.
Su ovçunun belinə çatanda timsah dovşana dedi:
– Bəlkə burada bizi mühakimə edə bilərsən?
Dovşan cavab Verdi ki, sən hələ də sudasan, quruda yox. Qoy ovçu daha uzağa getsin!
Ovçu timsahı lap meşəyə yaxınlaşdırdı. Timsah yenə dovşandan soruşdu:
—Yaxşı, indi bizi mühakimə edə bilərsinizmi? Artıq qurudayıq. Ovçu timsahı meşəyə lap çatdıranda dovşan dayandı:
— İndi, ovçu, timsahı yerə at, indi fikrimi deyəcəyəm. – Ovçu! Bu timsahı öldürün! O, səni aldatdı, az qala səni yeyəcəkdi. Ailəniz çörəksiz qalacaqdı. Onu öldürün! Hər kəs bilsin ki, yaxşılıq yaxşılıqla, pislik isə pisliklə əvəzlənir. Onu öldürün! Və heç vaxt timsahın göz yaşlarına inanma.
Ovçu da sərrast nişanla timsahı öldürdü.
O vaxtdan heçkim timsahın göz yaşlarına inanmır.

Mənbə: İnternet
Hörmətli istifadəçilərimizi yazılar haqqında münasibət bildirməyi, öz təklif və iradlarını bildirməyə dəvət edirik.