Səhnəmizin sönməyəcək ulduzları

Ədəbiyyat və İncəsənət

Amaliya Pənahova

Amaliya Əliş qızı Pənahova 15 iyun 1945 –ci ildə Gəncədə anadan olub.

 M.A.Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1966). Azərbaycan Dövlət Dram Teatrında (1964-1975), “Azərbaycanfilm” kinostudiyasında işləyib. 1992-ci ildə Bakı Bələdiyyə Teatrını təsis edib. Rusiya istehsalı olan “Yasmin” serialında (2013, rejissorlar Kseniya Zarutskaya, Vyaçeslav Kaminski) Aynur rolunda çəkilib. 10-dan çox televiziya və teatr tamaşasına quruluş verib. Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub (2000-2005). Bakı Bələdiyyə Teatrının təsisçisi, direktoru və bədii rəhbəri olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub.

“Şərəf” və “Şöhrət” ordenləri laureatı, Xalq artisti (1985), sənətşünaslıq doktoru, professor Amaliya Pənahova 2018-ci ildə vəfat edib.

 Amaliya Pənahova 1964-cü ildən ömrünün sonunadək teatr və kino sahəsində 500-dən çox müxtəlif obrazlar yaradıb. O, Natəvan, Medeya, Burla Xatun, Məhsəti, Larisa, Ofeliya, Linza kimi rolları ilə məşhurlaşıb. Amaliya xanım “Babək” filmində canlandırdığı “Zərnisə” obrazı ilə Azərbaycan kino tarixinə ən açıq səhnələrdə rol alan aktrisalardan biri kimi düşüb.

Aktrisa Amaliya Pənahova aktyor Yusif Muxtarovun həyat yoldaşı olub.

Səfurə İbrahimova

Xalq artisti (2002), Dövlət Mükafatı Laureatı (1984) Səfurə (Safurə) Ağabala qızı 1938-ci il dekabr ayının 27-də Bakıda doğulub. 1955-ci ildə 14 saylı orta məktəbi bitirib. 1955–1960-cı illərdə “Stalinneft”də, 44 saylı orta məktəbdə işləyib, dram dərnəyinə gedib. O, 1960-cı ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Birinci kursda oxuyarkən Akademik Milli Dram Teatrının repertuarında olan İslam Səfərlinin “Ana ürəyi” dramının tamaşasında Xatirə roluna dəvət edilib. Bundan sonra daha bir neçə rol oynayan tələbə-aktrisa 1961-ci il noyabr ayının 1-də Akademik teatrın truppasına daxil olub.Səfurə İbrahimova 2005-ci ilə qədər bu teatrda işləyib.

1967-ci ildə SSRİ dövründə Novruz bayramı keçirilərkən ilk bahar qızı Səfurə İbrahimova olub.

 Aktrisa 21 dekabr 2020-ci ildə vəfat edib.

Filmoqrafiya

“Bizim küçə” (film, 1961) – Asya

“İstintaq davam edir” (film, 1961) – Məryəm

 “Arşın mal alan” (film, 1965) –Telli

 “Yun şal” (T.filmi, 1965) – Südabə

“Bizim Cəbiş müəllim” (film, 1969) – Nəcəfovun arvadı

“Sevil” (film, 1970) – Dilbər

“O qızı tapın” (film, 1970) – Xalidə

 “Qatır Məmməd” (film, 1974)- Həbibə

 “Alma almaya bənzər” (film, 1975) – Mədinə

“Tütək səsi” (film, 1975) – İsmət

        “Dərviş Parisi partladır” (film, 1976) – Gülpəri

“Şir evdən getdi”  (film, 1977) – tülkü

“Qayınana” (film, 1978)  – Sədaqət

“Əlavə iz” (film, 1981) – Leyla

“ Sən həmişə mənimləsən” (film, 1987) – Nəzakət

“Sahilsiz gecə” (film, 1989) – Dürdanə

“ Təxribat “ (film, 1989) – Aida

“Qətl günü” (film, 1990) – Sədi Əfəndinin arvadı

“Hökm” (film, 1994) – Suğra

“ Min birinci söz”  (film, 1997) – arxiv kadr iştirakçısı

 və teatr səhnəsindəki  bir-birindən bənzırsiz  30-dan artıq rolu

Xalidə Quliyeva

Xalidə Camal qızı Quliyeva (Xalidə Qasımova) Bakıda anadan olub. M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb (1974). İnstitutun nəzdindəki “Səda” Tədris Teatrında (1973-1976), 1972-ci ildən “Azərbaycanfilm” kinostudiyasında aktrisa kimi fəaliyyət göstərib. 2004-cü ildən Lider TV-nin dublyaj redaksiyasında çalışıb. İran kinematoqrafçılarının istehsal etdikləri “İtirilmiş pay” (2007, rejissor Həsən Nəcəfi) filmində ana rolunda, “Səkkizinci asiman” (2011, rejissor Həsən Nəcəfi) filmində baş rolda çəkilib. Əməkdar artist (2008), Xalq artistidir (2019).

Aktrisa Xalidə Quliyeva ssenarist Eldəniz Quliyevin həyat yoldaşıdır.

Filmoqrafiya

“Qızıl qaz” (film, 1972)

“Nəsimi” (film, 1973)

“Bakıda küləklər əsir” (film, 1974) —   Solmaz

“Tütək səsi” (film, 1975)

“Dörd bazar günü” (film, 1975)

“Çətirimiz buludlardır” (film, 1976)

“Xoşbəxtlik qayğıları” (film, 1976)

“Bir ailəlik bağ evi” (film, 1978)

“Anın quruluşu (film, 1980)-  Sona

“Bağlı qapı” (film, 1981)

“Qocalar, qocalar…” (film, 1982)

“Asif, Vasif, Ağasif” (film, 1983)

“Gedərgəlməz” (film, 1984)

“Köhnə bərə” (film, 1984) — Xalidə

“Qoca palıdın nağılı” (film, 1984)

“Süd dişinin ağrısı” (film, 1987)

“Şahid qız” (film, 1990)

“Bəylik dərsi” (film, 2007)

“Kuklalar” (film, 2009)

“Səkkizinci səma” (2010)

“Əlavə təsir” (film, 2010)

“Səhərə inan…” (film, 2011)

“Sübhün səfiri” (film, 2012)

“Həyat çiçəyi” (serial, 2013)

“Qanun naminə” (serial, 2013)

“Cehizsiz gəlinlər” (serial, 2016)

“Suğra və oğulları” (film, 2021)

İnarə Quliyeva

İnara Aleksnadrovna Quliyeva 1950-ci il yanvarın 4-də Moskvada anadan olub. Atası azərbaycanlı, anası rus idi. Atası Bakıda yaşayıb, zabit kimi fəaliyyət göstərib. Bakıda xeyli qohumları olsa da, babası ilə nənəsi boşandıqdan sonra aktrisanın azərbaycanlı qohumları ilə əlaqəsi kəsilmişdir. 1972-ci ildə Rus teatral incəsənət akademiyasını (GİTİS) bitirib. 1994-cü ildən Rusiyanın Əməkdar artistidir.

İnara Quliyeva Moskva operetta teatrının solisti olub. 1978-ci ildə “müsiqili teatr rejissoru” ixtisasını alan İ.Quliyeva bu gün rus telekanallarında bir sıra məşhur verilişlərin müəllifidir. İnara Quliyeva çoxlu sayda musiqili teatr tamaşalarının quruluşunu verib.

O, bir sıra bədii filimlərdə çəkilib. Sovet İttifaqında populyar film olan “Dövlət sərhəddi”, “Sönən ulduzların işığı” kimi filmlərdə yaddaqalan obrazlar yaradıb.

Azərbaycanın bir neçə bədii filmlərindən rol alıb. İlk dəfə onu Azərbaycana filmə çəkilməyə yaxın dostu Oqtay Mirqasımov dəvət etmişdir. Rejissor onu Rəşid Behbudov haqqında ekranlaşdırdığı “1001-ci qastrol” filmində İradə roluna çəkilməyə dəvət edib. İnarə Quliyeva “Qaynana”da Afət rolunda, və “Alma almaya bənzər” filmində müəllimə rolu ilə tamaşaçıların yaddaşında qalıb.

İnara Quliyeva operatta tamaşalarında çoxsaylı rollar oynayıb. Sonuncu quruluş verdiyi operatta Ştrausun “Qaraçı baron” klassik operettasıdır. Hazırda teatr məktəbində həm də dərs deyir.

Rusiya televiziyasında bir sıra musiqili verilişlərin müəllifidir. Hazırda ölkənin müxtəlif teatrlarında rejissorluqla məşğuldur və hal-hazırda Moskva Operetta teatrında fəaliyyətini uğurla davam etdirir.

Opera artisti Vitali Mişle ilə evlidir.

Filmoqrafiya

“Gün hələ qabaqdadır” (film 1970) – Nataşa

“1001-ci qastrol” (film, 1974) – İradə

“Alma almaya bənzər” (film, 1975) –  Aişə

“Dədə Qorqud” (film, 1975) – Selcan

“Qraf Lüksemburq” (film-tamaşa 1975) – Nini

“Qızlar qalmaqalı” (film-tamaşa 1975) – Lukerya

“Günlərin bir günü…” (film, 1976) – Sənubər

“Yeddi qaçırılan bəylər” (film 1976) – Malikə Usmanova

“Şir evdən getdi” (film, 1977) – Kenquru

“Espanyola və ya Lope de Veqadan işarə” (film-tamaşa 1977)

“Fənd” (film, 1978)

“Qayınana” (film, 1978) – Afət / Zərifə

“Medallara aparan yol” (film 1980) – Sveta Sergeyeva

“Dövlət sərhədi” (Şərq hüdudları, 3-cü film) (film 1982) – Olqa

“Operetta bayramı” (film-tamaşa 1982) – Eva

“Kəndimin insanları” (film 1983) – Xaltac

“Min birinci söz” (sənədli film, 1997)

Tanilə Əhmərova

Tamaşaçıların   yaddaşında daha çox “Qayınana” kinokomediyasından məsum simalı  Sevda xanım  

1950-ci il iyunun 1-də Bakının Sabunçu qəsəbəsində dünyaya göz açıb. Orta məktəbdə oxuyarkən məktəbin dram dərnəyində çıxış edib. 1972-ci ildə Dövlət Teatr İnstitutuna (indiki ADMİU) daxil olub, teatr, kino sənətinin sirlərini öyrənib. İnstitutu 1977-ci ildə bitirdikdən sonra həmin ildən “Azərbaycanfilm” kinostudiyasında aktrisa kimi fəaliyyətə başlayıb.

Kinoda debütü (Nərgiz) “Üzü küləyə” (1977) filmində olub. Xəzər dənizinin çirklənməsindən, quşların qorunmasından, gənclərin təbii sərvətlərə qayğı ilə yanaşmasından və onların mənəvi kamilliyindən bəhs edən filmdə Tanilə Əhmərova yaradıcılıq qismətinə düşən ilk ekran personajını səmimi, inandırıcı ifa tərzi ilə təqdim edib, bununla da növbəti kino obrazlarının ardıcıllığına zəmin yaradıb.

70-ci illəri Tanilə Əhmərova üçün nailiyyət dövrü adlandırmaq olar. “Üzü küləyə” filmindən sonra aktrisa Rasim İsmayılov, Eldar Quliyev və Hüseyn Seyidzadə kimi peşəkar kinematoqrafçıların filmlərinə dəvət alıb, uğuruna uğur qatıb.

Görkəmli kinorejissor Hüseyn Seyidzadənin “Qayınana” kinokomediyasındakı Sevda obrazı aktrisanın şöhrətini daha da artırdı, geniş tamaşaçı auditoriyasına sevdirdi. “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan 10-dan artıq filmdə (“Əlavə iz”də Bağırova, “İlıq dənizdə buz parçası”nda gəlin, “Qəribə adam”da Aytən, “Tələ”də Rübabə Babayeva və s.) irili-xırdalı rol oynayan aktrisa hər bir personajını özünəməxsus çalarlarla yaratdı, yaddaşlara yazdı. Aktrisanın yaradıcılıq qismətinə düşən obrazlar genişplanlı olmasa da, personajların həyat mövqeyini, düşüncə tərzini, psixologiyasını realist səpkidə çatdırdı, tanıtdı.

Həyata, düşüncələrə, insan münasibətlərinə obrazları vasitəsi ilə müdaxilə etməyi bacaran aktrisanın uğurlu rollarından biri də “Şir evdən getdi” filmindəki Şəfiqə müəllimə roludur. Aktrisa kiçikplanlı rolun təfsirində pedaqoji fəaliyyət üçün uşaq psixologiyasının incəliklərinə bələd olmağın labüdlüyünü, başlıca şərt olduğunu incə nüanslarla göstərib, təbliğ edib.

Əməkdar incəsənət xadimi, kinorejissor Elxan Cəfərov aktrisanı böyük sevgi hissi ilə yad edir: “Tanilə xanımla ilk dəfə “Sevinc buxtası” (1977) filminin çəkilişləri zamanı görüşmüşəm. Filmdə o, baş qəhrəman Nazimin sevdiyi qadını (Leyla) oynayırdı, mən isə susatan oğlan rolunu (Atamoğlan) canlandırırdım. Elə həmin andan o mənim yaddaşımda məsum simalı, zərif, həssas bir xanım kimi qalmışdı. Onda mən uşaq idim, bu xanımın kimliyini o qədər də dərk etmirdim. Amma sonralar başa düşdüm ki, Tanilə xanımın Azərbaycan kinosunda özünəməxsus yeri var.”

“Sevinc buxtası” filmində Leyla rolunun təfsirində həyatı çətinliklər, məşəqqətlər içərisində keçən, qarşılaşdığı çətinliklərə güclə tab gətirən sadə ev xanımının ümumiləşdirilmiş obrazını  yaradıb.   Obrazda köməksiz, əlacsız prototipin nisgilli ömür yükünü, çıxılmaz həyat tərzini məsum, kədərli baxışlarında duyuruq, hiss edirik.

Tanilə Əhmərova ona həvalə olunan bütün rollarına böyük məsuliyyətlə yanaşıb, hər bir personajın həyat mövqeyini, tale yükünü, sevincini, kədərini, hiss və duyğularını inandırıcı, dolğun, koloritli formada çatdırıb.

Aktrisa uzun sürən xəstəlikdən sonra 4 avqust 2015-ci ildə Bakıda vəfat etmişdir.

Filmoqrafiya

    “Arşınmalçı” (film, 1985)-Alverçi qadın

    “Evlənmək istəyirəm” (film, 1983)-Epizodik rol

    “Əlavə iz” (film, 1981)-Bağırova

    “İlıq dənizdə buz parçası” (film, 1983)-Gəlin

    “İşarəni dənizdən gözləyin” (film, 1986)-Qadın

    “Qayınana” (film, 1978)-Sevda

    “Qəribə adam” (film, 1979)-Aytən

    “Sevinc buxtası” (film, 1977)-Leyla

    “Səndən xəbərsiz” (film, 1985)-Sərvinaz

    “Şir evdən getdi” (film, 1977)-Şəfiqə müəllimə

    “Təhminə” (film, 1993)-Ad günündəki qonaq

    “Tələ” (film, 1990)-Rübabə Babayeva

    “Üzeyir ömrü” (film, 1981)-Üzeyirin anası

    “Üzü küləyə” (film, 1977)-Nərgiz

Almaz Əsgərov

Almaz Balabəy qızı Əsgərova (Almaz Süleymanova) Bakıda anadan olub. Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində təhsilini yarım qoyaraq Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə qəbul olunub. Burada Moskvada kinorejissorluğu bitirib Bakıya qayıtmış Azər Süleymanovla tanış olub. Azər Almaza aktrisa olmağı məsləhət görür. Adil İsgəndərovun kursuna daxil olan Almazla Azərin birgə, amma çox qısa həyat yolları başlayır. Ustadı Adil İsgəndərov onu çəkəcəyi “Vaqif” filmində Xuraman obrazı üçün hazırlayırdı. Ustadın ölümü bu ideyanın həyata keçməsinə mane olur. Almaz Əsgərova Tacikistan istehsalı olan “Rüstəm və Söhrab” filmində (1976, rejissor Bension Kimyagərov) çariça rolunda çəkilib. Almaz yalnız bircə dəfə Azər Almazdan ayrılıqda səfərə çıxıb. Azər ümumi iş üçün Moskvaya yollanıb və geri tabutda qayıdıb. O gündən Almaz dost-tanışdan, qohum-əqrəbadan, sevimli insanından olduğu kimi, sevimli sənətindən də ayrılıb öz iç dünyasına çəkilir. 11 ayın içində amansız xəstəliyə düçar olan Almaz Əsgərovanın 1988-ci ilin   avqustunda dünyaya  vida edib.

Filmoqrafiya

“Qanun naminə” (film, 1968)

“Mən ki gözəl deyildim” (film, 1968)

“Bir cənub şəhərində” (film, 1969)

“Ulduzlar sönmür” (film, 1971)

“Bizim küçənin oğlanları” (film, 1973)

“Nəsimi” (film, 1973)

“Ürək… Ürək…” (film, 1976)

“Xatirələr Sahili” (film, 1976)

“Siyavuş hakkında dastan” (film, 1977)

Tamilla Rüstəmova

Tamilla Rüstəmova Azərbaycanın görkəmli bəstəkarı Səid Rüstəmovun ailəsində anadan olmuşdur. 1959-cu ildə Qnesinlər adına Musiqi institutunun “fortepiano” ixtisası üzrə bitirmişdir. Həmin il institutun tələbəsi olan vokalçı Olgerd Krastınşa ərə gedərək Riqaya köçmüşdür.

 Bir neçə bədii filmdə yadda qalan obrazlar yaratmışdır. Onun ən yaddaqalan obrazları “Ulduz” filmində Ulduz və “Böyük dayaq” filmində Maya bacı rollarıdır.

2020-ci ildə Moskvada vəfat etmişdir.

Filmoqrafiya

    “Böyük dayaq” (film, 1962) — Maya

    “Ulduz” (film, 1964) — Ulduz

    “Zirvə” (1964) — Sevda

    “Axırıncı aşırım” (film)-  Növrəstə