Ədəbiyyat və İncəsənət

~Məni qurdların arasına atın, mən sürünün lideri kimi qayıdacağam.
~Məşhur qoyundansa, tək canavar olmaq daha yaxşıdır. ~İçimdə iki canavar var: biri qəzəblə, digəri isə sülhlə doludur. Hansını bəsləsəm, qalib gəlir.
Çeroki əfsanəsi

Türk və Monqol tayfalarında canavar yaranışdan bələdçi və azadlığın simvolu hesab olunmuşdur, bu gün də belədir. Onlar indi də azadlıq, sədaqət və qətiyyət kimi iradi instinktlərin rəmzi kimi istifadə olunur. Canavarların xarakterik xüsusiyyətləri bunu təsdiq etməkdədir. Nədir bu xüsusiyyətlər:
– itlərdən və digər heyvanlardan fərqli olaraq canavarlar ram edilmir, bu, çox mürəkkəb və təhlükəli bir prosesdir, onlar vəhşi təbiətlərini ömürləri boyu qoruyub saxlayırlar;
– bir gözü açıq yatır və fürsətdən istifadə edirlər ayıqlıqla fürsətlərdən yararlanırlar;
– tək ola bilsələr də, əsas gücləri sürü ilə əməkdaşlıqdadır.
– ailəyə çox yönəli heyvanlardan biri kimi tanınır, öz cütlüyünə sadiqdirr; ömür boyu cütləşir və balalarına qayğı göstərirlər .
Qu quşları , albatroslar, qartalalr, pinqvinlər, durnalar, qunduzlar, dəniz atları və s. bu kimi quş və heyvanlar da monoqam yaşayırlar və insanabənzər ailə strukturları yaradırlar.
Bütün bunlar qurdlarla bağlı çoxlu atalar sözlərinin, rəvayətlərin yaranmasına səbəb olmuşdur. Onlardan biri də “Qurdla qiyamətə qalmaq” ifadəsidir.
“Qurdla qiyamətə qalmaq!” Bu, bir bədii təsvir vasitəsidir, metaforadır. Qurdar kimi öz sürülərinə bağlılıq, sədaqət kimi xüsusiyyətləri əxz edən metaforadır və güclü olmaq üçün tək qalmaqdan qorxmamaq, inamla davam etmək , var olmaq yolunda bu keyfiyyətlərə sadiq qalmaq kimi iradi xüsusiyyətəri simvolizə edir.
Yazımızın hədəfi məlum ifadə olduğu üçün bunlardan yalnız qurdlarla bağlı həyat və davranış tərzinə aid nümunələrə üz tuturuq. Bu qorxulu, yırtıcı hesab etdiyimiz heyvanların elə davranış tərzi var ki, insanı şaşırdır. Əgər cüt halında yaşayan canavarlardan biri ölərsə və yaxud öldürülərsə, sağ qalan canavarın psixologiyası zədələnir, yoldaş itkisi ilə barışa bilmir. Hətta , çox keçmir ki, tənhalıqda da həlak olur. Tərəfini itirdiyi müddət ərzincə, yoldaşına xəyanət etmir, başqa heş bir heyvanla, hətta öz cütünün anası və ya bacısı ilə cütləşmir və xəyanət etmir. Qurdların bu həyat tərzindən, ailə bağlılığından insanlar üçün də sədaqət simvolu olaraq istifadə edilməsi doğru qəbul edilməlidir.
“Qurdla qiyamətə qalmaq” çətin və keçilməz yol olsa belə, bu yola düşmək və davam etmək niyyətinə işarədir. Təəssüf ki, insanlar bi idadəni işlədərkən onun nüvəsindəki əxz edilməli olanları deyil, fiziki anlama üstünlük verirlər. Əslində, doğru başa düşülüb, doğru qəbul edilərsə, bu anlam müsbətdir ki, mənfi deyil: çox yaşamaq, ölməmək, həmişə yaşamaq niyyətinə işarə etməkdir. Fəqət, məişətdə bu ifadəni kiminsə haqqında özü eşyməyəcəyi halda “qurdla qaiyamətə qalacaq” şəklində ironik tərzdə işlədirlər, ya da şəxd özü və yaxud yaxını şeşitdiyi halda, zarafat olaraq deyirlər. İfafdəni işlədrlər, amma onun ehtiva etdiyi mənanı bilmirlər. Qurdla qiymətə qalmaq hər kəsin işi deyil. Bunun üçün sağlam həyat tərzi keçirməli, zərərli vərdişlərdən uzaq olmalı, xeyirxah əməl sahibi olmaq lazımdır ki, dua və alqış qazanasan.
